Hacıbala Abutalıbovun "ağac biznesi" ilə bağlı şok iddia
10:49 13-11-2013
CƏMİYYƏT
Hacıbala Abutalıbovun "ağac biznesi" ilə bağlı şok iddia
Bakını yaşıllaşdırmaq üçün xaricdən gətirilən bitkilər zərərlidirmi?
Hələ uşaq yaşlarımızda, bağçaya, ibtidai sinfə gedəndə bizə ən çox öyrədilənlərin biri də təbiəti qorumaqla bağlı olub. Müəllimlərimiz həmişə bunu deyib ki, təbiəti qorumaq lazımdır, əks halda təbiətlə bərabər insanlar da məhv olar. İnsanların yaşaması üçün əsas amillərdən olan oksigeni bizə məhz təbiət, yaşıllıqlar verir. Buna qarşılığında biz təbiətə ehtiyacı olanı diqqəti göstəririkmi?
Versəydik, betonlaşan, yaşıllıqların məhv olduğu meqapolislərin sayı bu qədər artmazdı. Bütün ölkələrin paytaxtlarında olduğu kimi, Bakıda da tikinti işləri sürətlə aparılır. Son zamanlar paytaxtımızda yol kənarlarının, parkların yaşıllaşdırılmasına xüsusi diqqət yetirilir. Şəhərin müxtəlif yerlərində yaşıllaşdırmanın aparıldığını müşahidə etmək mümkündür.
Lakin mütəxəssislər hesab edirlər ki, Bakını yaşıllığa bürüyən bu dekorativ bitkilər Azərbaycanda əkib-becərmək ciddi problemlər yaradır. Əsasən, xaricdən gətirilən bu bitkilər Azərbaycanın iqlim şəraitinə uyğun deyil.
Mərdəkan Dendrarisinin elmi işçisi Kamran Zeynalov deyir ki, xaricdən bitkilər kortəbii şəkildə gətirilir, bu cür əkilir və qulluq edilir. Onun sözlərinə görə, bu bitkilərdə olan xəstəlikər yerli bitkilərə zərər verir: "Elə xəstəliklər var ki, əvvəllər bizdə müşahidə edilməyib. Son zamanlar çox sürətlə Abşeron yarmadasında "Amerika kəpənəyi" deyilən qurd yayılıb. Dərmanla da bunun qarşısını almaq olmur.
Elmi işçi deyir ki, hər bitkini xarici ölkədən gətirəndə və əkəndə mütəxəssislə məsləhətləşmək lazımdır: "Yaxşı olar ki, həmin bitkilərin bütün morfoloji xüsusiyyətləri öyrənilsin, nəzərə alınsın ki, hansı şəraitdə əkmək olar. Su problemi bir nömrəli problemdir".
Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin ting yetişdirilmə sexinin rəisi Xanəhməd Əsgərov isə mütəxəssislərin fikri ilə qismən razı olduğunu söylədi. Onun sözlərinə görə, xaricdən gətirilən bəzi bitkilər Azərbaycanın iqlim şəraiti ilə uyğun gəlmir. Amma xaricdən o qədər çox bitki idxal olunmur. Sex rəisi deyir ki, belə bitkilər Azərbaycanda istehsal olunur, xaricdən bitkilər daha çox şəxsi təsərrüfatlar üçün gətirilir: "Şəxsən mənim burda bir milyon yarıma qədər şitil vermək imkanım var. Biz özümüz çalışırıq ki, almayaq. Ola bilsin ki, indi müəyyən vaxtlarda qış mövsümündə bizdə olmaz tülpan götürürük".
Xanəhməd Əsgərovun sözlərinə görə, bitkilərdə hansısa xəstəlik yarananda Yaşıllaşdırma Təssərüfat Birliyi nəzdindəki bitki mühafizəsi idarəsinə müraciə edirlər.
Xaricdən gətirilən bu bitgilərin qulluğuna qaldıqda isə (sexin rəisi) aqranom deyir ki, xaricdə necə qulluq edilirsə, burdada o cür qulluq edilir. Ağacaların sıx əkilməsinə gəlincə, deyir ki, ağacları bir-birinə yaxın əkmək olmaz.
Xatırladaq ki, xaricdən Bakıya ağacların gətirilməsi artıq bir biznesə, büdcə pullarının yeyilməsi vasitəsinə çevrilib və ölkə mətbuatı bunda paytaxt meri Hacıbala Abutalıbovun adını ön plana çıxarır. Qeyd edilir ki, Satınalmalar üzrə Dövlət Agentliyinin saytında yerləşdirilmiş məlumata görə, 2011-ci ildə Bakı şəhər İcra Hakimiyyəti 221 milyon 117 min manatlıq tender keçirib. Həmin il Bakıda gül və gül məhsullarına 20 min, əkin materiallarına 4 milyon 245 min 254 manat, ağac-bəzək bitkilərinə 142 min 550 manat sərf olunub. 340 min manata isə gübrə alınıb. Beləliklə, Hacıbala Abutalıbov 221 milyon dövlət vəsaitinin önəmli hissəsini ağac-bitki, kol-kosa "xərcləyib".
Onu da qeyd edək ki, 2012-ci ildə hökumət yenidən şəhərin abadlaşdırılmasına 327 milyon manat ayırıb. Bu vəsaitin də xeyli hissəsi məhz xaricdən gətirilən ağac və kolların alınmasına, əkininə sərf edilib.
Fikrimizcə, xaricdən alınan ağaclarla bağlı səsləndirilən iddia ilə rəsmi rəqəmlərin müqayisəsi hər şeyi deyir. Əlavə şərhə ehtiyac qalmır. Bircə qalır deyilənlərə Abutalıbovun meriyasının münasibətini bilmək.
Qalib Qabiloğlu
Digər Xəbərlər
2024-12-23 20:41:44
2024-12-23 20:34:54
2024-12-23 20:20:25
2024-12-23 20:07:03
2024-12-23 19:57:23
2024-12-23 19:20:35
2024-12-23 17:50:00
2024-12-23 17:16:45
2024-12-23 16:58:00
2024-12-23 16:57:00
2024-12-23 16:46:46
2024-12-23 16:40:00
2024-12-23 16:16:00
2024-12-23 16:01:34
2024-12-23 15:47:54
2024-12-23 15:25:00
2024-12-23 15:02:57
2024-12-23 14:25:00
2024-12-23 14:22:10