"Serj Sərkisyan axmaq deyil ki, əyləşdiyi budağı baltalasın"
10:50 13-11-2013
CƏMİYYƏT
"Serj Sərkisyan axmaq deyil ki, əyləşdiyi budağı baltalasın"
Levon Ter-Petrosyan: "Serj Sərkisyanın istefasına alternativ yoxdur"
Ermənistanın Avrasiya və Gömrük İttifaqaqına daxil olması artıq bu ölkə üçün olduqca ciddi problemlər yaradıb və yeni durum ölkənin KİV-də geniş şəkildə müzakirə edilir, ən müxtəlif baxımlardan analiz olunur. Hakimiyyətyönlü müəlliflər istisna edilsə, müəlliflərin əksəriyyəti hesab edir ki, bu ittifaqa qoşulma Ermənistanı uçuruma sürükləyir. Çünki Ermənistan həmin qurumlara qoşulmaqla Qərbə inteqrasiya edilməkdən tam şəkildə imtina etdiyini nümayiş etdirdi. Belə bir siyasətin nələrə gətirib çıxardacağını anlayan müəlliflər artıq mətbuat səhifələrində prezident Sərkisyanın istefasından danışmağa başlayıblar.
Armenia today saytının yazdığına görə, Ermənistanın eks-prezidenti Levon Ter-Petrosyanda bu diskussiyalardan kənarda qalmayıb və saytların birində öz fikirlərini bölüşüb. Onun fikirlərini olduğu kimi oxucularımıza təqdim edirik.
"Mən qarabağlı deputat Vahan Badasyanı tanımasam da, onun dünənki bəyanatından çıxan nəticə ilə razılaşmaya bilmərəm: Serj Sərkisyan Ermənistanın və Qarabağın gələcəyi xüsusunda səmimi şəkildə narahatdırsa, ağıllı hərəkət edib istefa verməlidir. Şəxsi və klan maraqlarından başqa onun bu postda tamamilə iflasa uğraması heç bir şübhə doğurmur.
Lakin hörmətli deputatdan fərqli olaraq mənim istnad nöqtələrim Serj Sərkisyanın etdiyi cinayətlər deyil, onun heç olmasa bundan sonra Ermənistan və Qarabağ üçün səmərəli bir iş görüb-görməyəcəyi məsələsidir. Cavab nə qədər üzücü olsa da, birmənalıdır: "yox".
Çünki:
Serj Sərkisyan özünün ölçü-biçisiz, daha doğrusu, avantürist siyasi sərgərdanlığı ilə başçılıq etdiyi ölklə ilə birlikdə həm Qərbdə, həm də Rusiyada, yumşaq desək, etibarsız tərəfdaş kimi ad çıxardıb. İlk baxışdan cəfəngiyyat görünən bu vəziyyət həm Ermənistanı, həm də Qarabağı, əslində, fəlakətli olmasa da, konkret nəticələrə gətirib çıxarda bilər.
2. Şübhəsiz ki, etibarlı tərəfdaş və dünya millətləri ailəsində layiqli yer tutmaq üçün Ermənistanın köklü, sistemli islahatlara ehtiyacı var. Serj Sərkisyanın bu islahatları keçirəcəyini gözləmək siyasi korluğa bərabərdir. Bu adamın islahatçıya çevriləcəyi barədə "sadəlövh" fikirlər ancaq "idealist" Avropa məmurlarında ola bilər. Serj Sərkisyan elə bir ideal dövlət idarəçiliyi yaradıb ki, bütünlükdə onun varlanmasına və hakimiyyətinin qorunmasına xidmət edir. O isə axmaq deyil ki, əyləşdiyi budağı baltalasın.
3. Serj Sərkisyan hətta ürəkdən arzulasa da, bircə müsbət addım da ata bilməz. Və ümumiyyətlə, onun düzgün addım imkanı yoxdur. Şahmat dilində desək, Sərkisyan hər bir addımın qaçılmaz məğlubiyyətə apardığı suqsvanqa düşüb. Onun hakimiyyətinin hər bir günü Ermənistan və Qarabağ üçün itkidir - həm demoqrafik, həm iqtisadi, həm maddi, həm siyasi, həm də əxlaqi-psixoloji planda. Suqsvanqa düşmüş ləyaqətli şahmatçı sadəcə, təslim olur, ləyaqətsiz şahmatçı isə şahmat taxtasını rəqibin başına çırpır. Serj Sərkisyan, bax, belə bir dilemma qarşısında durur: ya təslim olmalıdır, ya da erməni xalqına bədbəxtlik gətirəcək.
4.Həqiqətən də elə bir vaxt çatıb ki, o, ağıllı davranıb istefa verməli və xalqa öz iradəsini ifadə edib azad şəkildə elə bir prezident seçməyə imkan verməlidir ki, beynəlxalq aləmin gözündə Ermənistanın nüfuzunu bərpa edə bilsin. Bunsuz ölkənin qarşısında durmuş külli miqdarda problemləri həll etmək mümkün deyil. Ermənistanı və Qarabağı xilas etməyin başqa yolu yoxdur.
5. Bu gözgörəsi faktı anlamayan, əslində isə əməlləri və sözləri ilə Serj Sərkisyanın hakimiyyətinin təbliğinə şüarlar səsləndirən siyasi qüvvələr, ictimai təşkilatlar, "müstəqil" analitiklər, kütləvi informasiya vasitələri və ziyalıların təmsilçiləri ixtiyari və yaxud qeyri-ixtiyari olaraq Ermənistanın və Qarabağın gələcəyini təhlükə altına atanların şərikləri olurlar.
6. Serj Sərkisyanın könüllü istefası qətiyyən siyasi qisası nəzərdə tutmur. Hətta düşünürəm ki, siyasi məqsədyönlülük baxımından istefa ona və onun mülkiyyətinə toxunulmazlıq şərtli ilə baş tutmalıdır.
7. Şəxsi maraqlarda ittiham edilməkdən yayınmaq üçün prezident seçkilərində iştirak etməyəcəyimi bildirməyi vacib hesab edirəm. Sözsüz ki, başqa səbəblərdən olmasa da, ən azından, "1 mart" qırğını yolu ilə Serj Sərkisyanı hakimiyyətə gətirdiyi üçün Robert Köçəryanın da namizədliyinin irəli sürülməsi istisna edilir.
8.Vaxt qalmayıb. Artıq dediyim ki, Serj Sərkisyan əgər suqsvanqa düşübsə, onda erməni xalqı seytnot durmuna düşüb".
Məzahir Avşar
Digər Xəbərlər
2024-12-23 20:41:44
2024-12-23 20:34:54
2024-12-23 20:20:25
2024-12-23 20:07:03
2024-12-23 19:57:23
2024-12-23 19:20:35
2024-12-23 17:50:00
2024-12-23 17:16:45
2024-12-23 16:58:00
2024-12-23 16:57:00
2024-12-23 16:46:46
2024-12-23 16:40:00
2024-12-23 16:16:00
2024-12-23 16:01:34
2024-12-23 15:47:54
2024-12-23 15:25:00
2024-12-23 15:02:57
2024-12-23 14:25:00
2024-12-23 14:22:10