Aleksandr Vasyak: “Artıq Müdafiə Nazirliyində dəyişikliklər aşkar gözə çarpır”
11:53 14-11-2013
CƏMİYYƏT
Aleksandr Vasyak: “Artıq Müdafiə Nazirliyində dəyişikliklər aşkar gözə çarpır”
Azərbaycan Müdafiə Nazirliyinin nümayəndəsi, general-mayor Aleksandr Vasyak öz fəaliyyəti ilə bağlı danışaraq bildirib ki, səhhəti ilə bağlı Silahlı Qüvvələrdən istefaya getsədə, ordu ilə əlaqələri kəsməyibmiş. Bu illərdə Müdafiə Nazirliyində xidmətimi davam etdirmişəm. Əvvəlcə Hərbi-Elmi Mərkəzdə, sonra isə Hərbi Təhsili İdarəsində işləmişəm. Eyni zamanda hərbi ekspert kimi Azərbaycan və beynəlxalq kütləvi informasiya vasitələrində tez-tez çıxış etmişəm.
Azərbaycanın hüdudlarından kənara çıxmamışam və daimi yaşayış yeri üçün heç yerə getməmişəm. Mən Azərbaycan vətəndaşıyam və indi də ölkəmin vətəndaşı olaraq qalıram. Ukrayna və ya Belarusda yaşamağım, o cümlədən erməni təbliğatının səsləndirdiyi kimi hansısa “qaranlıq və şübhəli” layihələrin həyata keçirilməsində iştirakım barədə uydurmaları oxumaq özümə bir qədər gülünc gəlir. Bir daha bəyan edirəm ki, mən və mənim yaxınlarım 20 ildən artıqdır ki, Azərbaycan vətəndaşlarıyıq.O, həmçinin Müdafiə Nazirliyinin rəhbərliyindəki dəyişikliklərə toxunaraq bildirib:-“ Artıq dəyişikliklər aşkar gözə çarpır. Köhnə problemlərin həllinə kosmetik və ya yarımçıq yanaşma tədbirlərindən deyil, əsaslı yeni yanaşma tərzindən danışmaq lazımdır. Düşünürəm ki, qısa zaman ərzində biz cəmiyyətimizdə çoxdan gözlənilən və düşmənlərimizin də ciddi ehtiyat etdiyi, keyfiyyətcə yeni mərhələnin sıçrayışının şahidi olacağıq.
Hələlik vətəndaşlarımızın heç də hamısı güc strukturları, o cümlədən Müdafiə Nazirliyi barəsində verilən məlumatların qapalılığı zərurətini qəbul etmirlər. Sadə oxucunun anlaması üçün hazırda ordu mühitində baş verənləri psixoloji aspektdə mən qaçışdan əvvəlki start həyəcanı ilə müqayisə edərdim. Bir çoxları görüb, kim görməyibsə bilir ki, iti qaçan at meydana çıxarılan zaman ayaqları ilə yerə vurur, yüyəni qırmağa çalışır, səbirsizliklə irəli şığımağa və hamını ötməyə çalışır. Hazırda orduda buna bənzər vəziyyət baş verir. Əsl peşəkarlara öz bacarıqlarını və iş qabiliyyətini nümayiş etdirmək, bərabər start şəraitində olanlara birinci olmaq, tapşırılmış mövqedə real nəticələr əldə etmək və hər kəsin nəyə qadir olduğunu göstərməyə imkan veriblər.
Qeyri-döyüş itkiləri və hərbçilərin sosial müdafiəsi barədə deyə bilərəm ki, Silahlı Qüvvələrdə ciddi nizamnamə qaydalarının və bütün hərbi hissələrdə sərt idarəetmənin tətbiqi ilə qısa zamanda tabeçilikdə olanların qayğısına qalınmasına, insan haqlarına riayət olunmasına, hərbiçilərin şərəf və ləyaqətlərinin qorunmasında müsbət irəliləyişə nail olunacaq. Bunun ardınca hərbi kollektivlərdə vəziyyətin sağlamlaşması, hər bir hərbi qulluqçunun nüfuzun artması və onun müdafiəsi baş verəcək ki, bu da öz növbəsində əsassız itkilərin azalmasına və ümumi qəbul edilmiş haqq və azadlıqlara riayət edilməsinə gətirib çıxaracaq. NATO sisteminə inteqrasiya məsələsi üzərində ayrıca dayanmaq istərdim. Ölkə rəhbərliyi tərəfindən əməkdaşlıq istiqamətləri müəyyən edilib, tapşırıqlar qoyulub və biz də üzərimizə düşən vəzifələri uğurla yerinə yetiririk. Düşünürəm ki, burada problem başqa bir müstəvidədir və fikrimcə, ictimaiyyət tərəfindən hələ sonadək aydınlaşdırılmayıb. Şimali Atlantika Alyansına üzv olma istəyi dünyada dəb halını alıb. Öz hərbi xərclərini azaltmaq istəyən və suverenliklərini qorumaq arzusunda olan, kiçik Silahlı Qüvvələrə malik ölkələr “NATO çətiri” altında gizlənməyə çalışır. İlk baxışdan bunun şübhəsiz ki, hərbi büdcə xərclərdən azad olunmaq kimi müəyyən üstünlükləri var. NATO sisteminə keçid üçün xərc çəkmək, hətta beynəlxalq maliyyə təşkilatlarından və ya daha da inkişaf etmiş ölkələrdən borc götürmək lazım olur. Amma nəzərə almaq lazımdır ki, NATO regional münaqişələrə qarışmır və hər hansı tərəfin xeyrinə ərazi mübahisələrini həll etmir. Deməli, Azərbaycana əvvəlcə Dağlıq Qarabağla bağlı problemləri, bütün sərhədyanı mübahisələri və münaqişələri həll etmək, NATO standartlarını qəbul və tətbiq etmək, yalnız bundan sonra NATO-ya üzv olmağa cəhd göstərmək lazımdır. Bloka üzv olmanın siyasi şərtləri və ölkə qanunvericiliyinin müəyyən edilmiş tələblərə uyğunlaşdırılması məsələlərini də unutmaq olmaz. Bir də heç kim hesablamayıb ki, bizim respublikanın NATO standartlarına keçidi büdcəmiz üçün hansı xərclərə gətirib çıxaracaq, NATO əməliyyatlarında iştirak üçün nə qədər qüvvə və vasitələrimiz tələb olunacaq. Eyni zamanda milli maraqlarımızın təmin edilməsi üçün üzləşə biləcəyimiz itkiləri də hesablamaq lazım gələcək. Bu gün bizim Silahlı Qüvvələrimizin qarşısında təcavüzkar tərəfindən işğal olunmuş ərazilərin azad edilməsi, düşməndən qüvvətli və keyfiyyət baxımından üstün məhvetmə və özünü müdafiə vasitələrinin inkişaf etdirilməsi üzrə vəzifələr qoyulub. Silahlı Qüvvələrin rəhbərliyinin diqqəti də məhz bu tapşırığın həll edilməsinə yönəlib”. General həmçinin ordudakı neqativ hallardan danışaraq deyib ki, neqativ halların azaldılması üçün nizamnamə qaydalarının tətbiq edilməsi, hərbi nizam-intizamın möhkəmləndirilməsi, hərbiçilərin, həmçinin ön cəbhədə təmas xəttində yerləşən hərbi hissələrində normal məişət şəraitinin təmin edilməsi üzrə kompleks proqram qəbul olunub və icra olunur. Bu proqram müasir tibbi təminat, sosial müdafiə, mənzillə təmin edilmə, hərbçi ailələri ilə iş və digər məsələləri özündə ehtiva edir.
Fuad Əliyev
Digər Xəbərlər
2024-12-23 20:41:44
2024-12-23 20:34:54
2024-12-23 20:20:25
2024-12-23 20:07:03
2024-12-23 19:57:23
2024-12-23 19:20:35
2024-12-23 17:50:00
2024-12-23 17:16:45
2024-12-23 16:58:00
2024-12-23 16:57:00
2024-12-23 16:46:46
2024-12-23 16:40:00
2024-12-23 16:16:00
2024-12-23 16:01:34
2024-12-23 15:47:54
2024-12-23 15:25:00
2024-12-23 15:02:57
2024-12-23 14:25:00
2024-12-23 14:22:10