Moskvadan Naxçıvana uçan Utair reysindəki sərnişin uçuş zamanı təyyarənin qapısını səhvən tualetlə səhv salaraq açmağa çalışıb.
"Unikal" xəbər verir ki, hadisə iyunun 6-da baş verib. Xəzər dənizi üzərindən uçarkən tualet axtaran qadın təyyarənin arxa hissəsindəki xidməti qapını dartmağa başlayıb.
Onun hərəkətləri pilot kabinəsində "Master Caution" siqnalizasiyasını işə salıb. Siqnal tezliklə söndürülüb və kabindəki təzyiq azalmayıb.
Təyyarə normal uçuşunu davam etdirib və Naxçıvana təhlükəsiz şəkildə çatıb.





















.jpg)

































