Hakkarinin Yüksekova rayonunda baş verən hadisə Türkiyə mediasının diqqətini çəkib.
"Unikal" xəbər verir ki, yeddi uşaq anası Ayni Özbek ailəsinin yeganə gəlir mənbəyi olan inəyi 200 metr uçurumdan yıxılaraq ölüb.
Belə ki, Özbek ailəsinin böyük zəhmətlə böyütdüyü və yeganə gəlir mənbəyi olan inək otlaqda otlayarkən tarazlığını itirib və təxminən 200 metr hündürlükdəki dik qayadan yıxılıb. İnəyin ölümünü eşidən Ayni Özbek hadisənin baş verdiyi qayalıq əraziyə qaçıb.
"Bu səhər yeganə dayağımız olan inəyimizin ölüm xəbərini alanda dünyam çökdü. Dik dağlardan 200 metr aşağı düşdü və öldü. Ailə olaraq böyük ağrı və çarəsizlik içindəyik, çünki ondan başqa dayağımız yox idi. Xəbəri eşidən kimi düşdüyü yerə qaçdım. İndi onu burada necə bu qədər çarəsiz qoyub gedə biləcəyimi bilmirəm. Uşaqlarım, oğlum, hamımız dolanışığımız üçün bu inəyin südünə və bolluğuna güvənirdik. İndi nə edəcəyik? Çox kədərliyik", - deyə qadın ümidsizliyini bu sözlərlə ifadə edib.
Mediada yayımlanan xəbərlərdə qadının inəyinin ölümünə verdiyi reaksiya "Çarəsizliyin rəsmi" kimi şərh edilib. Yeganə gəlir mənbəyini itirən Özbek indi səlahiyyətlilərdən və xeyriyyəçilərdən kömək gözləyir.
Gülayə Mecid










































.jpg)


.jpg)
.jpg)


