DYP rəsmisindən Ağcəbədi açıqlaması
11:10 26-11-2013
CƏMİYYƏT
Sahib Hüseynovun qanunsuz əməli araşdırılır
Ötən saylarımızdan birində Ağcabədi rayon Pedoqoji Kollecində baş verən qanunsuzluqlardan,təhsilin bərbad durumda olmasından yazmışdıq. Bununla yanaşı qeyd etmişdik ki, kollecin direktor əvəzi Sahib Hüseynov rayonda “danos” yazmaqlada məhşurlaşıb və bir zamanlar kollecin direktoru olan öz doğma qardaşı haqqında da o qədər əsassız şikayət məktubları yazmışdı ki, sonunda o,dünyasını dəyişdi və Sahib Hüseynov kollecə yiyələndi.
Rayonda iri ticarət şəbəkələrinə məxsus olan Sahib Hüseynovun başqa bir qanunsuzluq faktıda ortaya çıxmışdı və bunu da qəzetdə dərc etmişdik. Belə ki, Sahib Hüseynov təhsil ocağının balansında olan 04AA007 dövlət nömrə nişanlı maşının nömrə nişanını çıxararaq öz şəxsi mersedes markalı maşınına taxıb. Bu isə qanunvericiliyin bir başa pozulmasından başqa bir şey deyil. Bir neçə dəfə Sahib Hüseynovun bu əməlinə etiraz olunsada rayonda Dövlət Yol Polis Şöbəsində kapitan olan qardaşı Natiq Hüseynov ona himayədarlıq edib və hazırda da bu qanunsuzluq davam edir.Bu məsələnin araşdırılmasını davam etdirən “Unikal”ın əməkdaşı Baş Dövlət Yol Polis İdarəsinin ictimaiətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyevlə əlaqə saxlayaraq bu məmurun əməlində cinayətin olub-olmamasını aydınlaşdırıb. Kamran Əliyev bildirib ki, belə bir addımın atılması sözsüz ki, qanunaziddir:-“Belə addım atılarsa bu mütləq cəzasını almalıdır. Maşının dövlət nömrə nişanını dəyişmək İnzibati Xətallar Məcəlləsinin 155.3 maddəsinə əsasən 60 manat cərimə edilir və maşını sürən sürücünün sürücülük vəsiqəsinə 4 bal yazılır”. Kamran Əliyevin sözlərinə görə adı çəkilən kollecə məxsus xidməti maşın dəmir(metallik) rəngdədir və buna görə əlimizdə olan faktın ona təqdim edilməsini istədi. Biz isə eyni dövlət nömrə nişanında olan maşının,metallik yox,qara rəngdə olduğunu sübutlayan şəkili Kamran Əliyevə təqdim etdik.Həmçinin Ağcabədi rayon DYPŞ-nin rəisi Dilavər Rüstəmxanlıda “Unikal”a açıqlamasında bildirdi ki, faktı araşdıracaq. Amma hazırda işdə olmadığı üçün onu sən demə elə Sahib Hüseynovun qardaşı Natiq Hüseynov əvəzləyir və bu qanunsuzluğuda elə qanunsuzluğu həyata keçirənin qardaşı araşdırmalıdır. Bu ironik olaya yəqin ki, əlavə şərh verməyə dəyməz. Çünki Sahib Hüseynovun bu qanunsuzluğunu elə rayonda ört-basdır edən Natiq Hüseynovdur. Mövzuya qayıdacağıq.
Elvin Rüstəmov
Digər Xəbərlər
2024-12-24 23:48:13
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49