Azərbaycanın XİN başçısı İrana gedir
11:12 26-11-2013
CƏMİYYƏT
Azərbaycanın XİN başçısı İrana gedir
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bu gün İrana səfər edəcək.
Mənbənin məlumatına görə, E.Məmmədyarov noyabrın 26-27-də Tehranda keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) Nazirləri Şurasının XXI iclasında iştirak edəcək.
Məlumata əsasən, E.Məmmədyarovun İran rəsmiləri ilə görüşlər keçirəcəyi və ikitərəfli əlaqələrin inkişafına dair müzakirələr aparacağı ehtimal olunur.
Qeyd edək ki, noyabrın 24-25-də Tehranda İƏT Nazirlər Şurasının XXI iclasına hazırlıq məqsədi ilə üzv dövlətlərin nümayəndələrinin iclası keçirilir. İclasda təşkilatın Bakı şəhərində fəaliyyət göstərəcək Tədqiqat Mərkəzinin nizamnaməsinin razılaşdırılması, nəqliyyat, ticarət, enerji, ətraf mühit və kənd təsərrüfatı sahələri üzrə 2012-2013-cü illərdə görülən işlər, İƏT-in layihə və proqramlarının icra vəziyyətinin dəyərləndirilməsi və 2014-cü ilə dair iş proqramında əksini tapmış təkliflər müzakirə olunur. Həmçinin Nazirlər Şurasında qəbul edilməsi nəzərdə tutulan Kommunikenin mətni hazırlanır.
İƏT Nazirlər Şurasının XXI iclasında Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan, Türkiyə, Əfqanıstan, Pakistan, Tacikistan və İrandan nümayəndələr iştirak edəcəklər.
Digər Xəbərlər
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49
2024-12-24 16:16:33