Vahid Əhmədov: "Hesablama Palatasının səlahiyyətləri kifayət qədərdir"
11:26 26-11-2013
CƏMİYYƏT
Vahid Əhmədov: "Hesablama Palatasının səlahiyyətləri kifayət qədərdir"
"Hesablama Palatasının kifayət qədər səlahiyyətləri var ki, istənilən yoxlamanı yüksək səviyyədə aparsın, Azərbaycanın dövlət büdcəsinin səmərəli, şəffaf vəziyyətinə nəzarət etmək imkanına malik ola bilsin". Bunu açıqlamasında millət vəkili Vahid Əhmədov deyib.
Qeyd edək ki, Hesablama Palatasının yeni təyin olunmuş sədri Vüqar Gülməmmədov Palatasının səlahiyyətlərinin artırılmasını təklif edib: "Əsas problemlərdən biri qanunvericilikdə olan boşluqlardır. Qanunvericiliyə dəyişiklik edilməli, Hesablama Palatasının səlahiyyətləri artırılmalı və mandatı dəqiqləşdirilməlidir". V. Əhmədov Hesablama Palatası ilə bağlı əlavə təkliflərin müzakirə oluna biləcəyini istisna etməyib: "Hesablama Palatası qanuna bundan əvvəl dəyişiklər edilib, onun səlahiyyətləri müəyyən qədər artırılıb. Məncə, hazırda Palatanın səlahiyyətləri kifayət qədərdir. Amma əlavə təkliflər olarsa, bu da Milli Məclisdə baxıla bilər".
Digər Xəbərlər
2024-11-24 21:51:00
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41