SSRİ-in bərpası başlandı
11:11 27-11-2013
CƏMİYYƏT
SSRİ-in bərpası başlandı
Növbə Azərbaycanındır
Avrasiya Ittifaqının və Gömrük İttifaqının yaradılması artıq qaçılmazdır. Çünki Rusiya bu məsələdə yetərli qədər təzyiq imkanlarından istifadə edir və qərb bu təzyiqin qarşısında deyəsən acizdir. Çünki bu günlərdə Ukraynanın yaşadıqları buna nümunə ola bilər. Belə ki, Avropa Birliyi ilə saziş imzalamağa hazırlaşan Ukraynaya Rusiya konkret şərt qoydu;əgər Avropa Birliyinə daxil olarsa Ukrayna ilə iqtisadi əlaqələr kəsiləcək.
Söhbət Rusiya ilə sənaye sahəsində olan iqtisadi əlaqələrdən gedir. Ekspertlər hesab edir ki, bu əlaqələr kəsilərsə Ukrayna sənayesini yenidən dirçəltmək üçün 300 milyon dollara qədər vəsait lazım olacaq. Amma Avropa Birliyi nə bu pulu verməyə razı oldu, nə də Rusiyanın özünə təzyiq etdi. Nəticədə Ukrayna çıxılmaz duruma düşdü və hazırda siyasi proseslər kifayət qədər gərginləşir. Digər tərəfdən, bir neçə ay öncə Ermənistan da Avropa Birliyi ilə əməkdaşlıq etmək üçün lazımi prosedur qaydalarını həyata keçirtmişdi. Amma son anda Rusiyanın təzyiqi ilə Ermənistan da mövqeyindən imtina etdi. Hazırda isə Rusiyanın hədəfində Azərbaycanla Gürcüstan qalıb. Rusiya isə Avrasiya İttifaqının daha da şaxələnməsi üçün yeni təkliflər səsləndirməkdədir. İndi isə aydın olur ki, bu ittifaqın ayrıca qanunvericilik bazasıda yaradıla bilər. Belə ki, Rusiya prezidenti Vladimir Putin Avrasiya İttifaqının parlamentinin yaradılması ideyasını dəstəkləyib. Kremldə ötən həftə Rusiya siyasi partiyalarının rəhbərləri ilə keçirlən görüşü zamanı V. Putin bildirib ki, bu təşəbbüslə bağlı Avrasiya İttifaqı ideyası üzrə əməkdaş olan ölkələrlə müzakirələr aparılıb. “Biz Avrasiya İttifaqının parlament orqanının yaradılmasını tam dəstəkləyirik. Ancaq bununla bağlı bizim tərəfdaşlarla razılığa gəlmək lazımdır-deyə Putin vurğulayıb. Rysiya prezidenti qeyd edib ki, bu yöndə mövqelər birmənalı deyil. “Bəzi tərəfdaşlar deyirlər ki, hələ tezdir və bunu indi yaratmaq parlamenti “ölü doğulan uşağa” çevirəcək. Mənə elə gəlir ki, bu istiqamətdə irəliləmək lazımdır. Bunu səliqə-sahmanlı, tərəfdaşlarımızla razılaşdıraraq edəcəyik”-deyə Putin vurğulayıb. Xatırladaq ki, Rusiya Dövlət Dumasında MDB ölkələri üzrə komitənin rəhbəri Leonid Slutski hələ ötən il bu təkliflə bağlı aparılan danışıqlar prosesinə parlamentin yaradılması ideyasının daxil olunmasının vacibliyini bildirib.“Avrasiya inteqrasiyası üçün aparılan danışıqlarda Avrasiya Parlamentinin yaradılması əsas danışıqlar predmeti olmalıdır”-deyən Slutski xatırladıb ki, 2015-ci ildə yaradılacaq Avrasiya İqtisadi İttifaqı özü ilə ciddi yenidənqurma və parlamentlərarası dialoqu vacib edəcək.Rusiya ekspertləri hesab edirlər ki, gələcək inteqrasiyanın qanunvericilik bazasının hazırlanması və yaradılması mühümdür və bunun üçün danışıqlar aparılmalıdır. Artıq yeni parlamentin yerləşəcəyi məkanın da adı çəkilir. Avrasiya Parlamentinin Sankt-Peterburq və Qazaxıstanın paytaxtı Astana şəhərlərində yerləşə biləcəyi vurğulanır. Bunu da qeyd edək ki, Gömrük İttifaqını yaratmaqla vahid sərhəd problemi aradan qaldırılır, Avrasiya İttifaqı ilə siyasi güc formalaşdırılır və parlament yaratmaqla da gələcəkdə vahid konstitusiyanın formalaşdırılması gözlənilir. Bütün bunlar isə təsdiqləyir ki, əslində Putin bütün gücü ilə SSRİ-in bərpası prosesini həyata keçirir. Sonda bunu da qeyd edək ki, hazırda həm də vahid ordunun yaradılması prosesinə başlanılıb. Həm də vahid ordu yaratmaq daha rahat olacaq. Çünki hazırda Kollektiv Təhlükəsizlik Müqaviləsi təşkilatı var və bir sıra MDB dövlətləri bu təşkilatda təmsil olunurlar. Və bu təşkilata üzv olanlar həm də vahid orduya sahibdirlər və zaman-zaman birgə təlimlər həyata keçirirlər. Ekspertlər hesab edir ki, məhz bu təşkilatın bazasında da vahid ordu formalaşdırılacaq. Bununla da demək olar ki, başlanan layihə sona çatacaq.
Mehdi Əli
Digər Xəbərlər
2024-11-22 23:33:36
2024-11-22 22:48:30
2024-11-22 20:35:08
2024-11-22 19:38:04
2024-11-22 18:45:14
2024-11-22 18:41:19
2024-11-22 18:05:14
2024-11-22 17:54:00
2024-11-22 17:28:04
2024-11-22 16:55:08
2024-11-22 16:46:45
2024-11-22 16:39:35
2024-11-22 16:28:54
2024-11-22 16:27:05
2024-11-22 16:24:00
2024-11-22 15:55:41
2024-11-22 15:54:59
2024-11-22 15:46:00