Ukrayna gərginliyi Bakıda?
11:13 27-11-2013
CƏMİYYƏT
Ukrayna gərginliyi Bakıda?
Qərb Azərbaycana təsir edə bilməyəcək
Ukraynada durum get-gedə ağırlaşır. Belə ki, Avropa Birliyi ilə əlaqələri dayandıran hakimiyyət müxalifətin və xalqın ciddi etirazına səbəb olub. Demək olar ki, Ukraynanın hər yerində kütləvi aksiyalara start verilib və artıq tətillərə başlanıb. Ukraynada fəaliyyət göstərən 3 universitetdə tələbələr hökumətin avrointeqrasiya prosesini dayandırmaq qərarına etiraz əlaməti olaraq tətil elan ediblər.
Bu gün ölkənin ən nüfuzlu və qədim ali təhsil ocaqlarından olan “Kiyev-Mogilyan Akademiyası” Milli Universitetinin və Ujqorod Milli Universitetinin tələbələri tətilə başladıqlarını bildiriblər. Bir gün əvvəl - noyabrın 25-də isə İvano-Frankovsk Universitetinin tələbələri tətil elan etmişdilər.“Kiyev Mogilyan Akademiyası” Milli Universitetinin tələbələri Taras Şevçenko adına Kiyev Milli Universitetinin tələbələrini də aksiyaya cəlb etmək üçünü həmin universitetə doğru yürüş keçiriblər. Ekspertər hesab edir ki, bir anın içində Ukraynada belə bir etiraz dalğasının yaranması heç də təsadüf deyil və bildirilir ki, bu prosesin arxasında məhz qərb institutları dayanır. Həqiqətən də bir neçə gün öncə Avropa Birliyinin rəsmiləri bəyanat verərək bildirdilər ki, Ukrayna hakimiyyəti bu məsələyə yenidən baxmalıdır və hələ ki, şansları var. Əslində bu Ukrayna rəhbərliyinə bir xəbərdarlıq idi. İndi isə təzyiqlər artmağa başlayıb və bildirilir ki, bir müddətdən sonra hakimiyyət bu dalğanın qarşısında duruş gətirə bilməyəcək. Amma qərblə yanaşı Rusiyada boş oturmayıb və Rusiyaya meyilli qüvvələrdə ayağa qaldırılır. Belə ki, Ukraynanın şərq bölgəsində də hakimiyyəti dəstəkləyən yürüşlər təşkil edilir. Ekspertlər bildirir ki, hazırda faktiki olaraq Ukrayna iki yerə bölünmüş vəziyyətdədir və Rusiya ilə Avropa Ukraynada açıq savaşa başlayıblar. Bildirilir ki, qərbin belə sərt addım atması həm də digər dövlətlərlə bağlıdır. Belə ki, Ukrayna ilə yanaşı Azərbaycan və gürcüstanda Avropa Birliyi ilə bağlı seçim etməlidir. Ukraynanın belə addım atmasından sonra gözlənilir ki, Gürcüstanla Azərbaycanda eyni addımı atsın. Bu isə qərbin regiondan çıxması deməkdir. Buna görə də Ukraynada belə bir siyasi gərginlik yaradılır ki, digər ölkələrdə bundan nəticə çıxartsın. Maraqlıdır, bəs Azərbaycanda da eyni proseslər ola bilərmi? Ekspertlər bildirir ki, Azərbaycanda da hansısa etirazlar ola bilər. Amma bunun Ukraynadakı kimi kütləvi olması gözlənilmir. Nəyə görə? İlk növbədə ona görə ki, Azərbaycan tərəfi ilk gündən bəyan edib ki, istər Avropa Birliyi ilə istərsə də Gömrük İttifaqı ilə eyni məsafədə duracaq və heç birinə qatılmayacaq. Bu xətti isə cəmiyyət artıq qəbul edib və buna görə də hansısa problem yaşanmayacaq. Bundan başqa Azərbaycanda kütləni ayağa qaldıracaq elə bir siyasi qüvvədə yoxudr. Bu yaxınlarda keçirilən prezident seçkilərində də göründü ki, müxalifət meydanlara 10 mindən artıq adam toplaya bilmir və buna görə də heç bir siyasi mübarizənin effekti yoxdur. Nəhayət ciddi məqamlardan biri də budur ki, Azərbaycandan fərqli olaraq Ukraynada müxalifət partiyaları demək olar ki, qərb və ABŞ tərəfindən formalaşdırılıb və istənilən an onların sifarişi ilə bu qüvvələr ayağa qalxır. Həmçinin qərbin dəstəyi ilə Ukrayna müxalifəti maddi baxımdan da yaxşı durumdadır və buda proseslərə təsir edir. Azərbaycan müxalifətinə gəldikdə isə bu günə qədər qərb heç vaxt müxalifətə dəstək olmayıb və bu güclərə alternativ güc kimi baxmırlar. Azərbaycan müxalifəti də kifayət qədər sürüşkən olduğundan effekt zəifdir. Elə götürək son prezident seçkilərini. Hər zaman qərb xətti tutan müxalifət bir anın içində Rusiya projesinə qatıldılar və qərb üçün etibarsız portnyora çevrildilər. Buna görə də ekspertlər hesab edir ki, qərb institutları Ukraynada etdiklərini burda təkrarlaya bilməyəcəklər. Buna baxmayaraq müşahidəçilər hesab edir ki, hakimiyyət həssaslığını artırmalı və siyasi proseslərin şəffaflığını təmin etməlidir. Başqa cür desək İlham Əliyev hər zaman neytral və balanslı siyasət yürüdəcəyini bildirsədə Ukrayna prezidenti bir mənalı olaraq qərb xəttini dəstəkləyirdi. Amma son anda bu xətdən imtina ciddi narazılıq yaratdı. Buna görə də bildirilir ki, Azərbaycan hakimiyyəti balanslı siyasətini sona qədər qorumağa çalışmalıdır.
Fuad Əliyev
Digər Xəbərlər
2024-11-24 21:51:00
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41