“Hafka”nın qərb “siyasəti”
12:22 28-11-2013
CƏMİYYƏT
“Hafka”nın qərb “siyasəti”
Milyonları ölkədən çıxaranlar lobbiçilik rolunu da oynayırlar
Son zamanlar Azərbaycan oliqarxları sürətlə sərvətlərini ölkədən çıxartmaqdadırlar. Öncələr əsasən MDB ölkələrində topladıqları çirkli pulları dövriyəyə soxan oliqarxlar, daha sonra bunun o qədər də etibarlı olmadığını görərək Avropaya üz tutdular. Əsasən Kipr adasında ofşor hesablarla işləyən oliqarxlar, bununda dayanıqlı olmadığını görüb, konkret olaraq inkişaf etmiş qərb ölkələrinə üz tutdular.
Avropada iqtisadi inflyasiyanın dərinləşdiyi bir zamanda qərb dövlətləri üçün bu yeni iqtisadi şans demək idi. Bu baxımdan çirkli pulların Avropaya axınının qarşısı alınmadı və azərbaycanlı oliqarxlarda bundan maksimal dərəcədə yararlandılar. Əsasən daşınmaz əmlak biznesinə girişən oiqarxlar, daha sonra daha sürətli pul yuma şanlarının axtarışına başladılar və bunun ən bariz nümunəsi Hafiz Məmmədovda alındı. Belə ki, iş adamı futbol biznesinə əl qoydu. Qısa zamanda bir neçə futbol klubu ilə razılıq əldə edən Hafiz Məmmədov həm də Avropa elitasının tərkib hissəsinə çevrilməyə çalışdı. Amma deyəsən bu ona baha başa gələcək. Çünki Hafiz Məmmədovun pulunu qəbul edən qərblilər, onun özünü həzm etmək niyyətində deyillər. Elə son günlər qərb mətbuatında azərbaycanlı iş adamının hədəfə gəlməsidə bununla bağlıdır. Belə ki, Fransanın “Canal + Sport” telekanalının əməkdaşı, “Hafka” ləqəbli milyarder Hafiz Məmmədov barədə qalmaqallı film çəkən Frederik Roulliyer bəzi məqamları açıb.Nəqliyyat naziri Ziya Məmmədovun biznes ortağı kimi tanınan H.Məmmədovun Azərbaycanda korrupsiya yolu ilə qazanılmış pulları Avropada futbol biznesinə yatırmasından bəhs edən film geniş rezonansa səbəb olub.Fransanın idman ictimaiyyəti çirkli pulların bu ölkədə idman biznesinə yatırılmasının nə dərəcədə doğru olduğunu sual etməkdədir.Xatırladaq ki, H.Məmmədov Fransanın “Lans” futbol klubunun və Azərbaycanın “Bakı” klubunun sahibidir. O, həmçinin “Atletiko” (Madrid) klubu ilə on milyonlarla dollarlıq reklam əməkdaşlığına malikdir.
Portuqaliya mətbuatı da bu aralarda H.Məmmədovdan bəhs edir. Çünki o, “Canal+Sport” kanalına müsahibəsində Portuqaliyanın “Portu” klubunun azarkeşi olduğunu və bu kluba investisiya yatırmağa hazır olduğunu bildirib. Portuqaliya KİV-ləri qeyd edir ki, H.Məmmədov “Lans” klubunu gücləndirmək üçün lazım gəlsə Falkao və Zlatan İbrahimoviçi də transfer etməyə hazır olduğunu bildirib.
“Məmmədov Fransa futbolunda “Monako”nun sahibi olan rusiyalı milyarder Dmitri Rıbolovlev və PSJ klubunun sahibi olan ərəb şeyxi Nasir əl-Xilafi ilə rəqabətə girmək istəyir” - deyə Portuqaliya KİV-ləri yazır. Ekspertlər bunu da bildirir ki, Hafiz Məmmədov kimi şəxslərdən qərb dəfələrlə istifadə edib və zamanı çatanda hətta onların Avropaya gəlmələri belə yasaqlanıb. Çünki istənilən vaxt Hafiz Məmmədovdan gəlirlərinin və biznesə yönəltdiyi pulların mənbəyi və gəlir deklorasiyası tələb oluna bilinər və buna müsbət cavab ala bilməyəndə bütün hesablar dondurulur. Ekspertlər bildirir ki, bir neçə il öncə əsasən ərəb şeyxlərindən bu şəkildə istifadə edilirdi. İndi isə ərəb şeyxlərinin yerini azərbaycanlı və MDB ölkələrindən olan oliqarxlar tutur. Maraqlıdır, bəs nədən Hafiz Məmmədovda başda olmaqla oliqarxlar belə riksə gedir? Ekspertlər hesab edir ki, bunun bir sıra səbəbləri var. İlk növbədə səbəb odur ki, ölkədə korrupsiya əleyhinə kompaniyanın güclənməsi gözlənilir və buna görə müəyyən itkilərlə oliqarxlar çirkli pullarını korrupsiya savaşından qurtarmaq istəyirlər. Digər səbəb siyasi proseslərlə bağlıdır. Hakimiyyət eşalonunda kimlərinsə himayəsi ilə milyonlar qazanan oliqarxlar düşünürlər ki, sabah himayədarları vəzifələrindən azad edilərlərsə onlarda milyonlarını itirəcəklər. Məhz bunları göz önünə gətirən oliqarxlar Azərbaycandan kənarda durmağa daha çox çalışırlar. Bundan başqa həm də bu milyonları qərbdə yumaqla yanaşı, həm də hakimiyyətin rəğbətini qazanmağa çalışırlar. Belə ki, çirkli pullarını yuyan oliqarxlar həm də xaricdə diaspora işləri ilə məşğul olma, lobbiçilik fəaliyyətinə girişmə rəyi yaradırlar. Diqqət yetirsəniz son bir neçə ildə oliqarx məmurlarında xeyli hissəsi lobbiçilik işinə əl qoyublar.
Toğrul Əliyev
Digər Xəbərlər
2024-11-24 21:51:00
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41