"Hafka" indi də Afrikaya açılır
12:48 29-11-2013
CƏMİYYƏT
"Hafka" indi də Afrikaya açılır
İş adamı pullarının bir hissəsini "qara qitə"yə yatıracaq
"Hafka" kimi tanınan azərbaycanlı iş adamı, "Bakı" klubunun prezidenti Hafiz Məmmədov Seneqal futboluna da sərmayə yatıra bilər. Bu barədə onun klubunun sabiq qapıçısı və hazırda qapıçılarla işləyən məşqçisi Xalidu Sissoko "Canal+" telekanalına açıqlama verib.
Sissoko bildirib ki, Seneqal rəhbərliyi də bu məsələdə maraqlıdır. Sabiq qapıçının sözlərinə görə, hazırda o, iş adamını belə bir addımın xeyirli olacağına inandırmağa çalışır: "Məmmədov böyük imkanlara malikdir, artıq İspaniyanın "Atletiko" və Fransanın "Lans" klublarına sərmayə qoyub. Mən onun öz ölkəmə də investisiya qoyması üçün çalışıram. Çünki Seneqalda istedadlar azdır".
Ötənlərin tanınmış qolkiperi həmyerlimizdən təkcə Seneqal futboluna deyil, bu ölkənin iqtisadiyyatına da sərmayə qoymasını istəyir. Məmmədovun bacarığına inanan Sissoko deyib: "O, atacağı addıma əmin olsa, maliyyə baxımından problem olmayacaq. Hələlik Seneqal futbolunda "Diambars" və "Generation Fond" kimi modellərə əsaslanan layihələr, güman ki, Məmmədovun hədəfində olacaq. Yaxın və gələcək perspektivdə isə bu varlı biznesmen digər sektorlar, məsələn, karbohidrogen ehtiyatlarına da sərmayə qoya bilər".
Xatırladaq ki, Hafiz Məmmədov son vaxtlar Avropa futbolunda söz sahiblərindən birinə çevrilmək istiqamətində səyləri ilə gündəmə gəlib. Xüsusilə Fransanın "Lans" klubuna sponsor olduqdan sonra iş adamının adı ətrafında bu ölkə mətbuatında çoxsaylı yazılar dərc edilir. Fransalı media nümayəndələri xüsusən Məmmədovun bu qədər böyük sərvəti necə əldə etdiyi ilə maraqlanır.
Artıq biznesmenin Afrikaya da açılmağa başlaması onun adı ətrafında ajiotajı bir qədər də artıra bilər. Hansı ki, bəzi yerli oliqarxlarımızın bundan heç də bir o qədər məmnun olmayacağını demək mümkündür. Çünki bir çox iri məmurlara "Hafka"nın bu şəkildə güclənməsi və şöhrətlənməsi elə də xoş gəlmir. Onlar belə getsə, iş adamının müəyyən yüksək çinlilərin yerini və biznesini dar edə biləcəyindən narahatdırlar.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-11-24 21:51:00
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41