Fərid Şahbazlı-22
Fərid Şahbazlı-22

Gənclər ümumilikdə cəmiyyətin hərəkətverici qüvvəsidir. Sağlam gənclik həm də dövlətçiliyimizin gələcək fəaliyyətinin bugünkü təməlləri sayılırlar. Müstəqil Azərbaycanımızın bu cür layiqli vətəndaşlarından biri də Fərid Şahbazlıdır.
Hər bir gənc özünə bir yol seçir. Və həyatda aldığı bilik və bacarığı sayəsində bu yolda inamlı addımlar atmağa başlayır. Fərid Şahbazlı isə müxtəlif istiqamətlərdə özünü sınayan və uğur qazanan cavanlarımızdandır. O liderlik xüsusiyyətlərini özündə birləşdirməklə yanaşı, həm də digər həmyaşıdlarını da bir yerə yığaraq İslahatçı Gənclər İctimai Birliyini yaradıb. Və bu təşkilata rəhbərliyi də uğurla həyata keçirir. Respublikanın ictimai-siyasi həyatında fəal iştirak edir, taleyüklü məsələlərdə bir gənc kimi dövlətçilik mövqeyini həmişə qətiyyətlə bildirib. 15 yaşından mətbuat səhifələrində çıxış edən Fərid Şahbazlı artıq özünü redaktor kimi də sınayıb. “Editor.az” saytının rəhbəri kimi bu sınaqdan da üzüağ çıxıb desək yanılmarıq.
“Öz üzərində çalışır, köməyini dostlarından əsirgəmir, ətrafdakılara diqqətlidir, yaxşı günün yox, ağır məqamlarda dostlarına arxadır” Bu isə onun yoldaşlarının, həmfikirlərinin sözləridir.
22 yaş həyatda yeni baxıçın başlanğıcıdır. Bu yolda gənc Fərid Şahbazlıya uğurlar arzulayırıq.