Rüfət Aslanlının komitəsi ilə bağlı daha bir müəmma
10:59 30-11-2013
CƏMİYYƏT
Rüfət Aslanlının komitəsi ilə bağlı daha bir müəmma
İnvestisiya fondunu yaradacaq şirkətin adı niyə açıqlanmır?
Bu ilin sonu üçün Rüfət Aslanlının sədri olduğu Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi qiymətli kağızlar üzrə tədris mərkəzinin yaradılmasını başa çatdıracaq. Mərkəzin yaradılması kapital bazarının müasirləşdirilməsi proqramında nəzərdə tutulub.
Srağagün QKDK 2014-cü ildə ölkədə ilk özəl investisiya fondunun yaradılmasının anonsunu verib. Hazırda QKDK investisiya fonduna lisenziya verilməsi haqda müraciətə baxır.
Qeyd edək ki, Azərbaycanda "İnvestisiya fondları haqqında qanun" 2010-cu ilin dekabrından qüvvədədir.
Ortada isə maraqlı, eyni zamanda müəmmalı bir məqam var. Söhbət investisiya fondunun yaradılmasını planlaşdıran şirkətin adının məlum olmamasından gedir. Bir müddət əvvəl bəzi qaynaqlar bildirirdilər ki, bu şirkət "İnvest-AZ" MMC olacaq. Amma həmin iddia indiyədək nə təsdiq, nə də təkzib edilib. Adıçəkilən komitə isə hələ də bununla bağlı müəmmalara nəyə görəsə aydınlıq gətirmir və ya gətirmək istəmir.
Bu ilin mayında Rüfət Aslanlının rəhbərlik etdiyi komitə "İnvest-AZ" Məhdud Məsuliyyətli Cəmiyyətinə broker və diler fəaliyyəti ilə məşğul olmaq üçün 5 il müddətinə yeni xüsusi razılıqlar (lisenziyalar) verib. Beləliklə, ölkədə qiymətli kağızlar bazarında 14 broker fəaliyyəti, 13 diler fəaliyyəti və 2 qiymətli kağız sahiblərinin reyestrinin aparılması, 3 depozitar, 1 fond birjası və 1 klirinq üzrə peşəkar fəaliyyətə verilmiş xüsusi razılıqlar (lisenziyalar) qüvvədədir.
İnvestisiya fondunun yaradılmasını planlaşdıran şirkət "İnvest-AZ" olacaqsa, bu seçimin hansı şərtlər əsasında reallaşacağı da bəlli deyil. Ümumiyyətlə, adıçəkilən fondun yaradılmasını planlaşdıracaq şirkətin rəsmi adı kimi, onun müəyyənləşdirmə kriteriyaları da çoxları üçün qaranlıq olaraq qalır.
Xatırladaq ki, hələ sentyabr ayında Rüfət Aslanlı jurnalistlərlə söhbətində bildirmişdi ki, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə (QKDK) investisiya fondunun yaradılmasına dair konkret təklif daxil olub. Komitə sədri demişdi ki, ilin üçüncü rübü ərzində yeni qanunvericilik əsasında ilk dəfə aktivlərin idarə edilməsi fəaliyyətinə lisenziya veriblər: "Artıq ilk dəfə olaraq investisiya fondunun yaradılmasına dair Komitəyə konkret təklif daxil olub. Hazırda təklifin ətrafında təşəbbüsçülərlə müzakirələr gedir. Ümid edirik ki, ilin sonuna qədər investisiya fondunun yaradılmasının şahidi olacağıq".
Nəzərə alsaq ki, ilin sonuna çox az - cəmi bir ay qalır, onda ehtimal etmək olar ki, qarşıdakı həftələrdə qeyd etdiyimiz müəmmalı məqamlara aydınlıq gələcək. Amma bu, ortadakı bütün sualların aradan qalxması demək olacaqmı? Bunu isə zaman göstərəcək. Yaşayıb görərik.
Günel Əkbər
Digər Xəbərlər
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22