Toy karvanlarında baş vermiş qəzalarda 6 nəfər ölüb
11:07 30-11-2013
KRİMİNAL
Toy karvanlarında baş vermiş qəzalarda 6 nəfər ölüb
Toy karvanlarında belə xoşagəlməz hadisələrin qarşısının alınması üçün müvafiq təbdirlər həyata keçirilir
İlin əvvəlindən bu günə qədər toy karvanlarının iştirakı ilə 41 yol qəzası baş verib. Nəticədə 6 nəfər dünyasını dəyişib, 29 nəfər xəsarət alıb. Baş verən hadisələrin əsas səbəblərindən biri ötmə əməliyyatlarının düzgün aparılmaması və yüksək sürətdir.
Bakı Şəhər Baş Dövlət Yol Polis idarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Vaqif Əsədovun sözlərinə görə avtomobillər tərəfindən yolun hər bir zolağının maşınlar tərəfindən tutuluması, yol boyu səs siqnallarından lüzumsuz istifadə edilməsi müəyyən problemlər yaradır.
"Bəzən olur ki, sürücülük vəsiqəsi olmaya-olmaya maşını idarə edirlər. Sürətlə idarə edilməsi nəticəsində toy yasa dönür".
Toy karvanlarında belə xoşagəlməz hadisələrin qarşısının alınması üçün müvafiq təbdirlər həyata keçirilir və bunun davamlı olacağı bildirilir.
"Bizim müşahidə kameralarımız var. Onun vasitəsilə biz müşahidə edirik və belə sürücülərə qarşı cəzalar tətbiq olunur".
Bu il ərzində ölkədə toy karvanlarında baş verən 41 qəzadan yalnız 20-si avtomobillərin müəyyən dərəcədə əzilməsi ilə yekunlaşıb. Qalanı isə insanların ölməsi və ağır bədən xəsarətləri alması ilə nəticələnib.
Digər Xəbərlər
2024-12-25 09:46:00
2024-12-25 09:12:09
2024-12-25 09:00:09
2024-12-24 16:40:53
2024-12-24 16:28:43
2024-12-24 15:49:55
2024-12-24 12:37:49
2024-12-24 12:35:00
2024-12-24 12:04:26
2024-12-24 10:42:52
2024-12-24 10:35:08
2024-12-24 10:23:03
2024-12-24 10:16:42
2024-12-24 10:06:58
2024-12-24 09:50:20
2024-12-24 09:05:55
2024-12-24 09:01:18
2024-12-23 19:12:14
2024-12-23 14:32:52
2024-12-23 14:06:54