Azərbaycanın ÜTT-yə üzvlüyündən sonra AB azad ticarət sazişi imzalamaq üçün Bakı ilə danışıqlara başlamaq istəyir
“Şərq tərəfdaşlığı”nın Vilnüs sammitinin iştirakçıları Avropa Birliyi ilə Azərbaycan arasında assosiasiya sazişi üzrə danışıqlarda əldə olunan tərəqqini alqışlayıb və bu prosesi davam etdirməyə çağırıblar.
Bu barədə Avropa Birliyinin “Şərq tərəfdaşlığı” proqramının III zirvə toplantısının yekun Bəyannaməsində deyilir.
Bəyannamədə bildirilir ki, Azərbaycan Ümumdünya Ticarət Təşkilatına daxil olduqdan sonra AB assosiasiya sazişi çərçivəsində dərinləşdirilmiş hərtərəfli azad ticarət sazişi (DCFTA) imzalamaqla bağlı Bakı ilə danışıqlara başlamağa hazırdır. Sənəddə Azərbaycanla AB arasında viza rejiminin sadələşdirilməsi haqda sazişin imzalanması alqışlanır və tezliklə readmissiya sazişinin imzalanmasına ümid ifadə olunur. İştirakçılar Azərbaycanla mobil tərəfdaşlıq üzrə irəliləyişi, aviasiya sazişi ilə bağlı danışıqların gedişini də alqışlayaraq Avropanın enerji ehtiyatları ilə təchizatının şaxələndirilməsində Azərbaycanın strateji rolunu qeyd ediblər.
Digər Xəbərlər
2025-02-25 14:17:53

2025-02-25 14:15:00

2025-02-25 13:21:30

2025-02-25 13:15:14

2025-02-25 12:56:51

2025-02-25 12:51:00

2025-02-25 12:47:15

2025-02-25 12:17:59

2025-02-25 11:58:07

2025-02-25 11:40:44

2025-02-25 11:39:47

2025-02-25 11:30:00
2025-02-25 11:23:31

2025-02-25 11:16:41

2025-02-25 11:15:45

2025-02-25 11:12:43

2025-02-25 11:11:11

2025-02-25 11:03:12

2025-02-25 11:01:24

2025-02-25 11:00:44
