Argentinada "Azərbaycanı kəşf et" adlı tədbir keçirilib
Azərbaycanın Argentinadakı səfirliyində Argentina Xarici İşlər və Etiqad Nazirliyinin Milli Diplomatik Xidmət İnstitutunun (ISEN) tələbə və müəllim heyəti üçün "Azərbaycanı kəşf et" adlı tədbir keçirilib.
Tədbir səfirlik və Azərbaycan Diplomatik Akademiyasının (ADA) məzunu, hazırda ISEN-də təhsil alan azərbaycanlı tələbə Elnarə Rzayevanın birgə təşkilatçılığı ilə təşkil olunub.
ISEN-in müəllim və tələbələrini salamlayan səfir Məmməd Əhmədzadə ölkəmizin tarixi, mədəniyyəti, bugünkü reallığı, xarici siyasəti, sosial-iqtisadi inkişafı, Azərbaycan-Argentina münasibətləri barədə danışıb. ISEN və ADA arasındakı əməkdaşlığın iki ölkə arasındakı münasibətlərə verdiyi töhfələrdən bəhs edən M.Əhmədzadə bu xüsusda cari ilin avqust ayında ISEN-də Azərbaycanla bağlı, noyabr ayında isə ADA-da Argentina ilə bağlı keçirilmiş tədbirləri xüsusi vurğulayıb.
Tədbirdə Azəbaycanın mədəni irsini, sosial həyatını, hazırkı inkişafını, xarici siyasət prioritetlərini, ölkəmizdə təşkil olunan beynəlxalq əhəmiyyətli tədbirləri, xüsusilə də 2015-ci il I Avropa Olimpiya Oyunlarına hazırlığı əks etdirən videoçarxlar nümayiş etdirilib.
Tədbirin sonunda iştirakçılara Azərbaycan haqqında müxtəlif nəşrlər paylanılıb.
Tədbirdə Argentina Xarici İşlər və Etiqad Nazirliyinin rəsmiləri də iştirak ediblər.
Digər Xəbərlər
2025-02-23 23:18:42

2025-02-23 22:10:22

2025-02-23 20:02:18

2025-02-23 19:34:38

2025-02-23 19:22:50
2025-02-23 18:27:34

2025-02-23 17:08:42

2025-02-23 16:50:09

2025-02-23 16:41:33

2025-02-23 16:25:47

2025-02-23 16:13:37

2025-02-23 15:53:41

2025-02-23 15:22:37

2025-02-23 15:05:37

2025-02-23 15:03:00

2025-02-23 14:28:41

2025-02-23 13:07:15

2025-02-23 12:35:32

2025-02-23 12:21:47
.jpeg)