Avropa komissarı: "Rusiyanın Aİ və Ukrayna arasında assosiasiya üzrə danışıqlara qoşulması istisna edilir"
11:14 30-11-2013
CƏMİYYƏT
Avropa komissarı: "Rusiyanın Aİ və Ukrayna arasında
assosiasiya üzrə danışıqlara qoşulması istisna edilir"
Rusiyanın Avropa İttifaqı (Aİ) və Ukrayna arasında assosiasiya haqqında danışıqlara qoşulması tamamilə qəbuledilməzdir.
Bunu Avropa Komissiyasının sədri Xose Manuel Barrozu Vilnüsdə III "Şərq tərəfdaşlığı" sammitinin yekunlarına həsr edilmiş mətbuat konfransında deyib.
Onun sözlərinə görə, söhbət Aİ ilə Ukrayna arasındakı ikitərəfli sazişdən gedir: "Biz bu danışıqlara üçüncü ölkəni necə cəlb edə bilərik? Biz üçüncü iştirakçı tərəfindən vetonun qoyulmasına yol verə bilmərik".
Bununla belə, X.M.Barrozu enerji təhlükəsizliyi problemləri daxil olmaqla, ayrı-ayrı enerji məsələləri üzrə Rusiya-Ukrayna-Aİ üçtərəfli danışıqlarının keçirilməsini istisna etməyib: "Biz iqtisadiyyat, ticarət və ya enerji kimi ayrı-ayrı sahələr haqqında fikir mübadiləsi apara bilərik. Aİ Ukrayna ilə belə danışıqlara hazırdır. Lakin Rusiyanın assosiasiyalar haqqında danışıqlar formatına qoşulması tam istisna edilir".
Digər Xəbərlər
2025-02-25 14:17:53

2025-02-25 14:15:00

2025-02-25 13:21:30

2025-02-25 13:15:14

2025-02-25 12:56:51

2025-02-25 12:51:00

2025-02-25 12:47:15

2025-02-25 12:17:59

2025-02-25 11:58:07

2025-02-25 11:40:44

2025-02-25 11:39:47

2025-02-25 11:30:00
2025-02-25 11:23:31

2025-02-25 11:16:41

2025-02-25 11:15:45

2025-02-25 11:12:43

2025-02-25 11:11:11

2025-02-25 11:03:12

2025-02-25 11:01:24

2025-02-25 11:00:44
