Araz Əzimov Braziliyada səfərdə olub
Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov noyabrın 25-27-də Braziliyada səfərdə olub.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, səfər çərçivəsində A. Əzimov və Braziliya xarici işlər nazirinin müavini Karlos Paranyos arasında ikitərəfli siyasi məsləhətləşmələr keçirilib.
Məsləhətləşmələr zamanı tərəflər son 20 ildə iki ölkə arasında əlaqələrin inkişaf dinamikası və əldə olunmuş nailiyyətlər haqda müzakirələr aparıblar. Həmçinin ikitərəfli münasibətlərin cari vəziyyəti və gələcək əməkdaşlıq perspektivləri də diqqət mərkəzində olub. Tərəflər regional, beynəlxalq sülh və təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparıblar.
Görüşdə qarşılıqlı səfərlərin intensivləşdirilməsinin, müqavilə-hüquq bazasının möhkəmləndirilməsinin, ikitərəfli və çoxtərəfli əsasda siyasi dialoq mexanizminin gücləndirilməsinin əhəmiyyəti vurğulanıb.
Səfər zamanı A. Əzimov Braziliya parlamentində, Braziliya Müdafiə Nazirliyində və digər qurumlarda yüksək səviyyəli görüşlər keçirmişdir.
Digər Xəbərlər
2025-02-23 20:16:35

2025-02-23 20:02:18

2025-02-23 19:34:38

2025-02-23 19:22:50
2025-02-23 18:27:34

2025-02-23 17:08:42

2025-02-23 16:50:09

2025-02-23 16:41:33

2025-02-23 16:25:47

2025-02-23 16:13:37

2025-02-23 15:53:41

2025-02-23 15:22:37

2025-02-23 15:05:37

2025-02-23 15:03:00

2025-02-23 14:28:41

2025-02-23 13:07:15

2025-02-23 12:35:32

2025-02-23 12:21:47
.jpeg)
2025-02-23 12:17:24

2025-02-23 12:09:01
