Eldar Namazov Milli Şuranı yox etdi
12:21 04-12-2013
CƏMİYYƏT
Eldar Namazov Milli Şuranı yox etdi
İbrahimbəyov tərəfdarları yoxa çıxır
Azərbaycanın dövlət himni ilə başlanan tədbirdə Milli Şuranın prezidentliyə vahid namizədi Cəmil Həsənli bildirdi ki, Milli Şuranın sədri Rüstəm İbrahimbəyovun istefası barədə müraciətə baxılacaq. Gündəlikdə duran məsələlər isə bunlardır: Milli Şuranın fəaliyyət istiqamətləri, Ukraynada baş verənlər və ölkədəki qiymət artımı.
Eldəniz Quliyev isə deyib ki, Rüstəm İbrahimbəyova təzyiq var: “Əgər ona təzyiq olmasaydı, biz həmsədrlik institutunu müzakirə edərdik, yəni onun ilk müraciətini”. Ancaq o, təzyiqlər barədə detallı danışmayıb və R.İbrahimbəyovun Milli Şuranın fəxri sədri olması məsələsinin müzakirəsini təklif edib.
ACP sədri Sülhəddin Əkbər isə R.İbrahimbəyovun istefasının əsl səbəblərinin açıqlanmasını istəyib: “Nə baş verir? Rüstəm İbrahimbəyov əvvəlcə həmsədrlik institutunun yaradılmasını təklif edirdi, sonra yeni sədr təklif etdi. O, incik görünür. Ümumiyyətlə, nə baş verir, açıqlaya bilərsinizmi?”.
C.Həsənli isə dedi ki, heç kim R.İbrahimbəyova hər hansı təzyiq etmir və bu, R.İbrahimbəyovun öz qərarıdır.
C.Həsənli həmçinin deyib ki, Milli Şuranın fəaliyyət proqramı müzakirə olunmalıdır. Əsasnamənin təkmilləşməsinə də ehtiyac var. "Milli Şuranın icra aparatının rəhbəri Eldar Namazov vəzifəsindən azad edilməsini istəyir və o, bununla bağlı R.İbrahimbəyova müraciət edib. Bunu nəzərə almaq lazımdır və Rüstəm bəy də məsələyə müsbət yanaşıb. Onun işləri çoxdur, EL Hərəkatı da var. Eldar bəy istəyir ki, bu məsələ də burada diqqətə çatdırınsın və istefa verdiyi açqlansın". Ekspertlərin fikrincə məhz bu toplantı ilə Milli Şura bir dəfəlik dəfn olundu. Çünki Rüstəm İbrahimbəyovun tərəfdarları qısa müddətdə burdan gedəcək. Elə Eldar Namazovun gedişidə bununla bağlı idi
Politoloq Qabil Hüseynli “Unikal”a açıqlamasında bildirdi ki, “İctimai Palatada olduğu kimi hazırda Milli Şuranın da əsas özəyini milli-azadlıq hərəkatından gələn qüvvələr təşkil edir. Eldar Namzov Rüstəm İbrahimbəyova bağlı bir adam idi və çalışırdı ki, yaranmış situasiyadan istifadə edib həmin qurumdakı hərəkatçılara ağsaqqalıq etsin. Hərəkatçılar da əvvəlcə Rüstəm İbrahimbəyova görə Eldar Namazovla ümumi dil tapa bilirdilər. Rüstəm İbrahimbəyov Milli Şuranın sədrliyindən gedəndən sonra Eldar Namazovun burada görəcəyi bir iş qalmamışdı”.
Politoloqun sözlərinə görə, “Eldar Namazovun siyasi partiyası olmadığına görə Milli Şurada real gücə də malik deyildi. Güman etmək olar ki, Milli Şuarada olanlar, heç olmasa, bundan sonra nə istədiklərini, hansı yöndə fəaliyyət göstərməli olacaqlarını müəyyənləşdirə biləcəklər. Mən bir zamanlar da qeyd etmişdim ki, Milli Şura klassik müxalifətçilərlə köhnə iqtidar mənsublarından təşkil olunduğundan onların arasında müəyyən ziddiyyətlərin baş verəcəyi qaçılmazdır. Eldar Namazovun istefa verməsini həm də bu amillə izah etmək mümkündür”.
Millət vəkili Zahid Orucun “Unikal”a bildirdiyinə görə, “Eldar Namazovun Milli Şuradan aralanacağını vaxtilə proqnozlaşdırmışdıq və ona görə də bu gün Sizin bu sualla bizə müraciət etməyiniz bizə çox təbii görünür. Eldar Namazov heç vaxt kollektiv əqli mülkiyyətin məhsulu olmayıb. O daha çox tipik kabinet məmuru təsiri bağışlayır və kütlə ilə, ictimaiyyətlə canlı təmas imkanları baxımından çox yoxsul görünür. Praqmatik siyasətçi üçün vacib olan xarizmatik keyfiyyətlər onda yox dərəcəsindədir. Heç zaman müstəqil qərar və iradə ilə çıxış etməyib, daha çox başqasının cızdığı xətt üzrə hərəkət edib. Buna görə də onun amorf təşkilat olan Milli Şurada duruş gətirməsi çox təəccüblü olardı”.
Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxanın “Unikal”a söylədiyinə görə, “Rüstəm İbrahimbəyovun sədrlikdən istefa verməsi və Eldar Namazovun bu qurumdan aralanması o deməkdir ki, artıq Milli Şura adlı qurum yoxdur. Bu qurumdakılar öz sədrlərini qoruyub saxlaya bilmədilərsə, deməli, qurumun adı dəyişilməlidir. Çünki Milli Şura ideyasını ortalığa atan və onu yaradan Rüstəm İbrahimbəyov idi. İndiki halda isə nə onun niyyətindən,Ş nə də onun nəzərdə tutduğu təşkilatdan nəsə qalıb. Buna görə də hesab edirəm ki, Milli Şurada qalanlar, heç olmasa, elementar etika xatirinə həmin təşkilatın adını dəyişdirəcəklər. Məsələn, adını İctimai Palata qoymaq olar”.
Fuad Əliyev
Digər Xəbərlər
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22
2024-11-23 14:14:36
2024-11-23 12:58:51
2024-11-23 12:44:50