Bakıda şirkət prezidentini güllələyən şəxslə bağlı yeni məlumatlar açıqlandı
2012-ci ildə Bakının Nərimanov rayonu Teymur Əliyev küçəsində "Azər-Ross" MTK-nın ofisində həmin şirkətin rəhbəri Əflatun Piriyevin və şirkətin baş mühasibi Əmiraslan Əhmədovu güllələnməsi hadisəsində adı hallandırılaraq beynəlxalq axtarışa verilən Ramil Hacıyevlə bağlı yeni məlumatlar açıqlanıb.
İnterpol xətti ilə axtarışa verilən Rusiya və Gürcüstan vətəndaşı 35 yaşlı Ramil Hacıyev Azərbaycan, rus, gürcü və türk dilində danışa bilir. O, qəsdən adam öldürmə, sifarişlə qətl törətmək, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qətl, bir və ya bir neçə nəfəri qətlə yetirməyə cəhd, qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə maddələri ilə təqsirləndirilir.
Qeyd edək ki, məlum cinayət hadisəsi ilə bağlı Ə.Piriyevin şəriki Hümbət Məmmədov, eləcə də Tofiq Bəkirov, Fərman Hacıyev, Ramil Hacıyev, Sahil Şamilov və Şamil Şamilov həbs ediliblər. Fərman Hacıyev və Sahil Şamilov Gürcüstanda yaxalanıb. Digər üç nəfər, o cümlədən Hümbət Məmmədov, Tofiq Bəkirov və Şamil Şamilov Bakı şəhərində tutulublar. Məhkəmə hökmü ilə Hümbət Məmmədov və qətlin icraçısı Vüsal Qurbanov ömürlük, Tofiq Bəkirov 14 il, Fərman Hacıyev 14 il 6 ay, Sahil və Şamil Şamilov qardaşları hər biri isə 12 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.
Onu da qeyd edək ki, əməliyyat araşdırmaları ilə məlum olub ki, Əflatun Piriyevin kooperativdə olan payını ələ keçirmək üçün onu öldürmək qərarına gələn həmtəsisçilərdən biri Hümbət Məmmədov bu məqsədlə Rusiya vətəndaşı Tofiq Bəkirovu Bakıya dəvət edib. Onlar may ayının sonlarında görüşüb, qətlin ilkin olaraq 36 000 ABŞ dolları müqabilində həyata keçirilməsinə razılaşıblar. Öz növbəsində, Tofiq Bəkirov sifarişin yerinə yetirilməsini həmyerlisi Fərman Hacıyevə tapşırıb, sonuncu isə cinayətin icrasına tanışları Sahil və Şamil Şamilov qardaşlarını cəlb edib. Adları çəkilənlər qətlin planını hazırlayaraq Əflatun Piriyevin hərəkət marşrutunu izləyib, ofisini və yaşadığı ünvanı nəzarətdə saxlayıb, iyulun 11-də isə aldatma yolu ilə iş otağına daxil olub onu öldürüb, Əmiraslan Əhmədovu ağır yaralayıb hadisə yerindən qaçıblar. Cinayətin iştirakçılarının müəyyən edilib saxlanılması üzrə Azərbaycan DİN-in Gürcüstanın müvafiq dövlət orqanı ilə beynəlxalq müqavilələrə uyğun qarşılıqlı hüquqi yardım çərçivəsində birgə həyata keçirdiyi xüsusi əməliyyat nəticəsində Fərman Hacıyev və Sahil Şamilov Gürcüstanda yaxalanıb. Digər üç nəfər, o cümlədən Hümbət Məmmədov, Tofiq Bəkirov və Şamil Şamilov Bakı şəhərində tutulublar. Ramil Hacıyev isə hadisədən az sonra Azərbaycanı tərk edib. Onun hazırda Rusiyada olduğu bildirilir. Bəzi məlumatlara görə isə, R.Hacıyev Rusiyada adam oğurluğuna görə 14 il müddətinə azadlıqdan məhrum edilib.
İstintaq araşdırmaları zamanı cinayət işi üzrə dələduzluq faktları da üzə çıxıb. Belə ki, "Azər-Ross"un inşa etdiyi binalarda vətəndaşlara ev satılsa da, onlara mənzil verilməyib. Məlum olub ki, şirkətin rəhbər şəxsləri - H.Məmmədov və F.Hacıyev vətəndaşları aldadıb bir mənzili bir neçə nəfərə satmaqla dələduzluq ediblər. Cinayət işi üzrə dələduzluqla üzləşən 26 vətəndaş zərərçəkən qismində tanınıb. Zərərçəkən 24 nəfərdən 1 milyon 777 min manat pul alınıb və onların heç birinə mənzil verilməyib.
Alı
Digər Xəbərlər
2024-12-24 23:48:13
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49