Ramil Usubov: “Azərbaycan cinayətlərin sayının azlığına görə MDB və Şərqi Avropa məkanında öncül yerlərdən birini tutur”
10:49 05-12-2013
CƏMİYYƏT
Ramil Usubov: “Azərbaycan cinayətlərin sayının azlığına görə MDB və Şərqi Avropa məkanında öncül yerlərdən birini tutur”
Daxili işlər naziri, general-polkovnik Ramil Usubov İtaliyanın Azərbaycandakı yeni səfiri Ciampaolo Kutillonu qəbul edib.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, qonağı salamlayan nazir səfir təyin olunması münasibətilə onu təbrik edib, fəaliyyəti müddətində Azərbaycan-İtaliya əlaqələrinin daha da dərinləşəcəyinə ümidvar olduğunu bildirib.
R.Usubov səfirə Daxili İşlər Nazirliyinin funksiyaları və fəaliyyət istiqamətləri, ötən əsrin 90-cı illərinin əvvəllərində respublikamızdakı gərgin ictimai-siyasi vəziyyət, Ermənistanın təcavüzü ilə kriminogen durumun daha da ağırlaşdığı barədə məlumat verilib.
Dövlət başçılarının siyasi iradəsi və qarşılıqlı səfərlər nəticəsində ölkələrimiz arasındakı münasibətlərin daha da genişləndiyini diqqətə çatdıran nazir ötən il noyabrın əvvəllərində İnterpolun Baş Assambleyasının İtaliyanın paytaxtı Roma şəhərində keçirilmiş 81-ci sessiyasında iştirakını, orada «Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və İtaliya Respublikasının Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş»in imzalanmasını məmnunluqla xatırladıb, bu sənədin hər iki ölkənin analoji qurumları arasında əməkdaşlıq üçün yaxşı imkanlar açdığını bildirib.
Daha sonra daxili işlər naziri ölkəmizin Avropaya inteqrasiya etdiyini, demokratik prinsiplərə söykənən, polisin fəaliyyətini tənzimləyən yeni qanunlar qəbul edildiyini, bu işdə bir sıra beynəlxalq təşkilatların, inkişaf etmiş dövlətlərin, o cümlədən italiyalı mütəxəssislərin böyük rolu olduğunu, bu qanunların icrasının mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib. Qeyd olunub ki, insan hüquqlarının qorunması ilə bağlı qanunvericiliyin və beynəlxalq hüquqi aktların müddəalarının daha dərindən öyrənilməsi məqsədilə Polis Akademiyasında «İnsan hüquqları» üzrə xüsusi kurs təşkil olunub.
Nazir əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayının azlığına görə Azərbaycanın MDB və Şərqi Avropa məkanında öncül yerlərdən birini tutduğunu qeyd edən R.Usubov cinayətkarlıqla mübarizədə qazanılan uğurların, sabitliyin dönməzliyinin təmin edilməsinin nəinki ölkə vətəndaşlarının, eləcə də əcnəbilərin təhlükəsiz şəraitdə yaşayıb işləmələrinə, iqtisadiyyatımıza külli miqdarda xarici sərmayə yatırılmasına imkan yaratdığını vurğulayıb.
R.Usubov Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn hamılıqla tanınmış prinsipləri və normaları, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə ədalətli şəkildə həlli prosesinə verdiyi dəstəyə görə İtaliya tərəfinə minnətdarlığını bildirib.
Daxili işlər orqanlarının qarşılaşdığı problemlərdən də danışan nazir transmilli mütəşəkkil cinayətkarlığın ayrı-ayrı növlərinə, o cümlədən narkotiklərin qanunsuz dövriyyəsinə, terrorçuluğa, qeyri-qanuni miqrasiyaya və insan alverinə qarşı mübarizənin tək bir dövlətin işi olmadığını, bu sahələrdə birgə mübarizə aparılmasının vacibliyini önə çəkib.
Səfir Ciampaolo Kutillo səmimi qəbula və ətraflı məlumatla görə minnətdarlığını bildirib, ölkələrimiz və xalqlarımız arasında bir sıra oxşar cəhətlərin mövcudluğunu xatırladaraq, Azərbaycanda özünü çox rahat və təhlükəsiz hiss etdiyini qeyd edib, əlaqələrin daha da dərinləşməsi istiqamətində səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb.
Digər Xəbərlər
2024-12-24 23:48:13
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49