Xələfindən Misir Mərdanova növbəti zərbə
11:08 06-12-2013
CƏMİYYƏT
Xələfindən Misir Mərdanova növbəti zərbə
Mikayıl Cabbarov sabiq nazirin daha bir yaxın adamının səlahiyyətlərini əlindən aldı
İnternat tipli təhsil müəssisələrinin ərzaq təminatı xidməti uzun illərdir ki, Təhsil Nazirliyinin balansındakı təhsil müəssisələrində ərzaq təminatı xidməti göstərən "Məktəbli və tələbə iaşə” Açıq Tipli Səhmdar Cəmiyyətindən alınıb.
Verilən məlumata görə, bu tədris ili boyunca internat tipli təhsil müəssisələrinə ərzaq məhsullarının alınması xidmətini daha Ilham Hacıyevin rəhbərlik etdiyi "Məktəbli və tələbə iaşə” Açıq Tipli Səhmdar Cəmiyyəti göstərməyəcək (hafta.az).
Məlumatlarda həmçinin bildirilir ki, Mikayıl Cabbarov təhsil naziri təyin edildikdən sonra nazirliyin balansındakı təhsil müəssisələrinin ərzaq təminatı xidmətinin keyfiyyətinin yüksəldilməsi ilə bağlı sərt tapşırıq verib.
Hazırda Təhsil Nazirliyinin S.C.Pişəvəri adına Humanitar fənlər gimnaziyasının və digər internat tipli təhsil müəssisələrinin ərzaq təminatı xidməti başqa şirkətlər tərəfindən aparılır. Movqe.az-ın Satınalmalar üzrə Dövlət Agentliyindən aldığı məlumatda da bu fakt təsdiqini tapıb.
2013-cü ilin oktyabr ayının 31-dək müsabiqə əsasında keçirilmiş satın almalara dair məlumatlarda Təhsil Nazirliyinin balansındakı internat tipli müəssisələrə ərzaq məhsullarının satın alınması ilə bağlı keçirilən tenderlərdə qalib olmuş şirkətlər arasında "Məktəbli və tələbə iaşə” Açıq Tipli Səhmdar Cəmiyyətinin adına rast gəlinməyib. Bu il Təhsil Nazirliyinin internat tipli müəssisələrinin ərzaq və sair xidmətlərin satınalınması üzrə keçirilmiş tenderlərdə aşağdakı şirkətlər qalib olub.
"Məktəbli və tələbə iaşə” Açıq Tipli Səhmdar Cəmiyyətinin rəhbəri İlham Hacıyev də bu faktı təsdiqləyib. Bildirib ki, artıq rəhbərlik etdiyi ASC Təhsil Nazirliyinin balansındakı internat tipli müəssisələrin ərzaq və s. xidmətlərin göstərilməsində iştirak etmir: "Bu ildən internat tipli müəssisələr bizdən alındı. İndi internat tipli müəssisələrə ərzaq və sair xidmətlər başqa şirkətlər tərəfindən göstərilir”.
Qeyd edək ki, İ. Hacıyevin əvvəllər keçmiş təhsil naziri Misir Mərdanova yaxın şəxs olması ilə bağlı məlumatlar dolaşırdı. Hətta "Məktəbli və tələbə iaşə” ASC-ə əvvllər uşaq bağçalarının, təhsil müəssisələrinin ərzaq məhsulları təminatı xidmətinin həvalə olunmasında da bu yaxınlığın böyük rol oynadığı bildirilirdi.
Dolayısı ilə Mikayıl Cabbarovun addımını keçmiş təhsil nazirinə yaxınlığı ilə seçilən daha bir vəzifəli şəxsin səlahiyyətlərinin əlindən alınması kimi dəyərləndirmək olar. Cabbarov indiyədək xələfinə yaxınlığı ilə bilinən bir neçə kadrı “vurub”. Belə görünür ki, bu proses hələ başa çatmayıb və bundan sonra da davam edəcək.
Yeni təhsil nazirinin son qərarını həmçinin sabiq təhsil “boss”unun nazirlikdə görəvini davam etdirən kadrlarına qarşı xəbərdarlıq kimi qəbul etmək olar. Görünür, bununla onlara da hər an “vurulma” təhlükəsi ilə qarşılaşacaqlarına dair mesaj verilir.
Azər Aslan
Digər Xəbərlər
2024-11-24 21:51:00
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41