Bahalaşma start götürdü
11:44 06-12-2013
CƏMİYYƏT
Bahalaşma start götürdü
İstehlak məhsulları və xidmətlər də bahalaşıb
2013-cü ilin noyabr ayında ərzaq məhsullarının qiymətlərinin 1,4 faiz, qeyri-ərzaq mallarının və əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tariflərinin isə 0,1 faiz bahalaşması, ümumilikdə istehlak mallarının qiymətləri və xidmət tariflərinin əvvəlki ayla müqayisədə 0,7 faiz bahalaşmasına səbəb olub.
Dövlət Statistika Komitəsindən Modern.az-a verilən məlumata görə, ay ərzində qarabaşaq yarması, alma, xurma, limon, portağal, naringi, banan, şabalıd, kələm, çuğundur, kök, göyərti və şəkər tozunun qiymətlərində ucuzlaşma, un, düyü, çörək, makaron, mal və toyuq əti, balıq məhsulları, kolbasa məmulatları, süd və süd məhsulları, yumurta, kərə yağı, bitki yağları, armud, heyva, nar, kartof, soğan və sarımsağın qiymətlərində isə bahalaşma müşahidə olunub.
Noyabr ayında qeyri-ərzaq mallarından iri alət və avadanlıqların, telefon faksimil cihazlarının qiymətlərində ucuzlaşma, geyim və ayaqqabıların, inşaat materiallarının, məişət cihazlarının, minik avtomobilləri üçün ehtiyat hissələrinin, zərgərlik məmulatlarının qiymətlərində isə bahalaşma müşahidə olunub.
Əhaliyə göstərilən pullu xidmətlərdən dəmiryol və hava sərnişindaşıma nəqliyyatı tarifləri noyabr ayında ucuzlaşıb, xəstəxana xidmətlərinin, paltarların təmizlənməsi, təmiri və kirayəsinin qiymət və tarifləri isə bahalaşıb.
Bəs bahalaşma dalğasını siyasilərimiz necə şərh edirlər?
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini Bünyamin Qəmbərli “Unikal”a açıqlamasında bildirdi ki, “Enerji daşıyıcılarının qiymətinin birdən-birə 30% bahalaşdırlması gözlənilməz addımdır və təbii ki,bu artım digər zəruri tələbat mallarının qiymətlərinə də avtomatik şəkildə təsir edəcək. Artıq əhali arasında ciddi narazılıq əhvali-ruhiyyəsi baş qaldırır. Qiymət artımının qabağı alınmasa və artmış qiymətlər tarazlaşdırlmasa, ölkədə kimsənin proqnozlaşdıra bilməyəcəyi bir durum yarana bilər”.
Qəmbərli hesab edir ki, “Hökumət rəsmiləri qiymətlərin qalxmasına ən müxtəlif formalarda haqq qazandırmağa çalışırlar, lakin hələlik respublikanın prezidenti son sözünü deməyib. Mənim fikrimcə, cənab prezident prosesə müdaxilə edib qiymətlərin tam şəkildə olmasa da, ciddi şəkildə endirilməsi barədə göstəriş verəcək. Digər mümkün variant isə əməkhaqlarının artırılmasıdır. Mən qəti şəkidə əminəm ki, möhtərəm prezident seçkilərdə ona səs verənlərin səsini eşidəcək”.
Vəhdət Partiyasının sədri Tahir Kərimlinin “Unikal”a söylədiyinə görə, enerji daşıyıcılarının qiymətinin artmasını ürək ağrısı ilə qarşılayıb: “Hazırda Azərbaycan dövləti çox həssas bir mərhələ yaşamaqdadır və hesab edirəm ki, Azərbaycan prezidenti cənab İlham Əliyev bu gərgin durumda çox zəruri manevrlər etməklə vəziyyəti balanslaşdırmağa çalışır. Lakin Tarif Şurasının gözlənilmədən qiymətləri artırması əhalinin diqqətini dövlətin taleyüklü problemlərindən yayındırıb”.
Partiya sədri hesab edir ki, “Tarif Şurası enerji daşıyıclarının qiymətinin artırılması barədə qərar qəbul edərkən hüquqi baxımdan da özünün səlahiyyət hədlərini aşıb. Çünki enerji daşıyıcılarının baza hissəsinin deyil, aksiz qiymətləri artırılıb. Aksiz qiymətlərinin artırılması isə birbaşa Nazirlər Kabinetinin səlahiyyətinə aid olan məsələdir. Yəni Tarif Şurası səlahiyyət həddini aşıb”.
Kərimlinin dediyinə görə, başçılıq etdiyi siyasi partiya prezident İlham Əliyevin siyasi xəttini dəstəkləyir: “Biz qiymətlərin qalxacağını əvvəlcədən gözləyirdik və bunu önləmək üçün hökumətə müvafiq təkliflər də göndərmişdik. 2014-cü ilin dövlət büdcəsinin layihəsi müzakirəyə çıxardılarkən məlum oldu ki, büdcənin gəlir hissəsi ilə xərclər bölümü arsındakı uyğunsuzluq milyard yarım manatdan yuxarıdır. Tarif Şurası bu uyğunsuzluğu aradan qaldırmaq üçün bu addımı atmaq qərarına gəlib. Ancaq biz hesab edirik ki, bu uyğunsuzluğu aradan qaldırmağın başqa yollarını da tapmaq mümkün idi. Güman edirəm ki, qiymət artımına müqabil olaraq əhalinin aztəminatlı hissəsinə kompensasiya ödənilməsi barədə qərar qəbul ediləcək”.
Nurlan Gündüzlü
Digər Xəbərlər
2024-11-25 11:11:00
2024-11-25 11:03:32
2024-11-25 10:23:00
2024-11-25 10:17:10
2024-11-25 09:38:50
2024-11-25 09:27:37
2024-11-25 09:13:06
2024-11-25 08:53:18
2024-11-25 08:29:36
2024-11-25 00:14:00
2024-11-24 21:51:00
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44