ABŞ kəşfiyyatının dünyada bütün mobil telefon sahiblərini izlədiyi açıqlandı
Milli Kəşfiyyat Agentliyi dünyada işlək olan 5 milyard mobil telefonun sahiblərinin harada olduğunu və kimlərlə təmas saxladığını dərhal müəyyən edir
ABŞ-ın Milli Kəşfiyyat Agentliyi dünyada işlək olan 5 milyard mobil telefonu hər gün izləyir.
Agentlik hər gün bütün dünya üzrə işlək olan mobil telefonları izləyir. Bu da kəşfiyyata imkan verir ki, qlobal səviyyədə istənilən fiziki şəxsin hərəkətlərini izləsin və və onların təmaslarına nəzarət detsin.
Bu fakt Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Eduard Snoudenin açıqladığı sənədlərdən ortaya çıxıb.
Qəzet yazır ki, hər abonent öz yeri barədə məlumatı mobil rabitə operatoruna müxtəlik yolla “ötürür”. Belə ki, mobil rabitə qülləsi ilə telefon aparatı arasında əlaqə yaranan kimi telefon sahibinin harada olduğu dərhal operatorun xüsusi registrinə düşür.
Üstəlik məlum olub ki, smartfonların və Wi-Fi simsiz internet şəbəkəsini istifadə edən digər mobil qurğuların sahiblərinin yerini daha dəqiq müəyyən etmək mümkündür. Belə qurğuların sahiblərinin harada olduqları az qala bir neçə metr dəqiqliyinə qədər qeydə alınır.
GPS qlobal naviqasiya sistemindən istifadə edənlərin yerini isə nöqtə dəqiqliyi ilə bilmək olur. Bundan əlavə, mobil rabitə operatorlarının əksəriyyəti abonentlərini eyni zamanda bir neçə qüllədən alınan məlumatlar əsasında izləyir. Amerika Milli Kəşfiyyat Agentliyinin isə bütün bu məlumatlara çıxış imkanı var.
Qəzetin yazdığına görə, Amerika kəşfiyyatı mobil telefon sahiblərini online izləyərək onların terrorçuluqla nə dərəcədə bağlı olduğunu da ayrıd edə bilir. Əgər hansısa mobil rabitə trayektoriyası xüsusi xidmətlərin müəyyən etdiyi trayektoriya ilə üst-üstə düşürsə, deməli, söhbət potensial terrorçudan və ya onlarla əlbir olan şəxslərdən gedir.
Milli Kəşfiyyat Agentliy bu faktları inkar etməyib və bildirib ki, belə izləmə qanunidir. Baxmayaraq ki, izləmə altında olanların böyük əksəriyyəti hansısa cinayətdə şübhəli bilinmir.
Digər Xəbərlər
2025-02-25 15:40:42

2025-02-25 15:34:43

2025-02-25 15:31:00

2025-02-25 15:13:00

2025-02-25 15:04:23

2025-02-25 15:00:37

2025-02-25 14:39:00

2025-02-25 14:17:53

2025-02-25 14:15:00

2025-02-25 13:21:30

2025-02-25 13:15:14

2025-02-25 12:56:51

2025-02-25 12:51:00

2025-02-25 12:47:15

2025-02-25 12:17:59

2025-02-25 11:58:07

2025-02-25 11:40:44

2025-02-25 11:39:47

2025-02-25 11:30:00
2025-02-25 11:23:31
