Məmurlar gəlirlərini bəyan etmək ərəfəsində
11:51 06-12-2013
CƏMİYYƏT
Məmurlar gəlirlərini bəyan etmək ərəfəsində
Vəzifəli şəxslərin gəlir və xərclərinin bəyan edilməsi büdcə gəlirlərini təxminən 20 faizə qədər artıra bilər
İnkişaf etmiş ölkələrdə korrupsiyaya qarşı mubarizədə məmurların gəlir bəyannamələrinin təqdim edilməsi mühüm və təqdirəlayiq haldır, lakin bizdə bununla bağlı söz- söhbət o gədər uzun çəkdi ki, artıq yaddan çixmağa başlayır.
Keçmiş sovet dövründə - hələ yeniyetmə yaşlarımda televiziyada görduyüm bir maraqlı tamaşa yadıma düşdü. Əhvalat xəstəxananın iki nəfərlik otağında baş vermişdi. Xəstələrdən biri lotoreyada o vaxtlar üçün çox dəbdə olan “Moskviç- 407" markalı maşın udmuşdu. Ticarətçi işləyən palata yoldaşı xoşbəxt bilet sahibinin maşının yerinə pul kompensasiyası almaq fikrini bilib uduşlu biletin əvəzində maşının dəyərinin iki mislini təklif edir. Çünki o, qeyri-qanunu yolla qazandığı pula maşın alsaydı mütləq əlaqədar təşkilatların diqqətini cəlb edəcəyindən qorxurdu.
Həmin illərdə bu vəzifəni həyata keçirən əlaqədar təşkilatlar maliyyə şöbələri və SMTMŞ (sosializm mülkiyyətinin talanması ilə mubarizə şöbəsi) idi. Onların işi 100% nəticə verməsə də qeyri-qanuni yolla əsassız varlanma və möhtəkirliyin qarşısını xeyli alırdı. Bu gun isə əksinədir. Bu gün insanlar heç kimdən çəkinməyərək, açıq-aydın qeyri-qanuni yolla əldə edilmiş əmlakı ilə hətta fəxr edirlər. Nəticədə onların bu əməlləri gələcəkdə övladları üçün bir həyat normasına çevrilir və onlarda mənəvi dəyərlərin formalaşmasına mənfi təsir göstərir. Bu barədə İqdisadi Sosial İnkişaf Mərkəzinin sədri Vuqar Bayramov qeyd etmişdir ki, Azərbaycan Avropada böyük amillərdən biridir.
Gəlirlərin bəyannaməsi haqda qanun artıq çoxdan qüvvəyə minməli idi. Lakin gəlirlərin bəyan edilməsi ilə kifayətlənmək olmaz. İqtisadiyyat məsələləri üzrə ekspert Oktaq Haqverdiyev KIV - ə verdiyi müsahibəsində dəfələrlə vurğulayıb ki, məmurların yalnız gəlirlərinin bəyan edilməsindən tam nəticə əldə etmək olmaz. Onların gəliri ilə bərabər xərclərinin də açıqlanması vacibdir. Həmçinin qeyd edir ki "Azərbaycanda kölgə iqtisadiyyatının həcmini təxminən ÜDM 40%-nin təşkil etdiyini nəzərə alsaq məmurların gəlir və xərclər haqqında deklarasiya verməsi büdcə gəlirlərini ÜDM -un təxminən 20%-inədək artıra bilər, yəni büdcə gəlirləri 2 - 2,5 mlrd manat artar". Buradan da belə bir nəticə çıxır ki, məsələ uzandıqca büdcəmizə dəyən ziyan da artacaq. Azərbaycanda 2005- ci ildə məmurların gəlirlərinin bəyan edilməsi haqqında qəbul olunan qanun 2006-ci ildə quvvəyə minib. Prezident İlham Əliyev Nazilər Kabinetinə deklarasiya edilmə mexanizminin hazırlanmasını tapşırsa da, yeddi il keçməsinə baxmayaraq hələ mexanizm yoxdur.
Məsələnin tarixini araşdırmaq məqsədilə iqtisadçı-ekspert Oktay Haqverdiyevlə görüşdük. Cənab Haqverdiyev hələ nazir müavini işlədiyi dövrdə mərhum prezident Heydər Əliyevin tapşırığı ilə bu istiqamətdə işlər gördüklərini, hazırlanan sənədlərin isə Heydər Əliyevə təqdim olunmadığını deyir: "2006-ci ildə korrupsiyaya qarşı mubarizə haqda qəbul olunan qanunun maddələrindən birində qeyd olunub ki, məmurlar gəlir bəyannamələrini doldurmalıdırlar. Xatırlayıram, nazir müavını işləyirdim vaxtda Heydər Əliyevin tapşırığı ilə məni Prezident Aparatında şöbə müdiri Salman Cəfərovla birgə Parisdə keçirilən, çirkli pulların yuyulması və mütəşəkkil cinayətə qarşı mubarizəyə həsr olunmuş beynalxalq konfransa göndərmişdidilər. O zaman ilk dəfə gəlirlərin bəyan olunması məsələsi ilə qarşılaşdım. Sonralar bu məsələyə aid olan zəruri sənədlərin hazırlanması mənə tapşırıldı. Mən sənədlərlə arayışı hazırlayaraq və Azərbaycanda korrupsiyanın vəziyyətinı göstərərək yalnız rəsmi faktlara və qeyri hökümət təşkilatlarının müşahidələrinə istinad etmişəm. Bu sənədlər Heydər Əliyevə təqdim edilmədı. Hazırladığım 44 səhifəlik proqram layihəsinin bəndlərinin biri gəlirlərin bəyan olunmasına həsr edilmişdi. Bunlar 2000-ci ildən əvvəl baş verib. Nəticədə 2002-ci ildə Heydər Əliyev korrupsiyaya qarşı mubarizə haqqında fərman imzalayıb və Nazirlər Kabinetinə qanunun hazırlanması haqda tapşırıq vermişdı. Fərmanın girişində (preambulasında) hazırladığım bəzi qeydlərimdən istifadə olundu. Sonralar yalnız 2006-ci ildə gəlirlərin deklarasiya olunması haqda qanun qəbul olunaraq Nazirlər Kabinetinə iki ay müddətində bəyannamənin forması və təqdim edilmə qaydalarının hazırlanmaq tapşırıldı. Bu günə qədər bəyannamənin forması yoxdur ".
Məsələnin MDB ölkələrdə nə cür olmasına nəzər salsaq görərik ki, şimal qonşumuz bu qanunu qəbul edərək onun icrasına artıq başlayıb. Bu, Rusiyanın federal qanunu ilə 2013-cü il yanvarın 1-dən quvvəyə minir. Bu qanuna görə dövlət (bələdiyyə) təşkilatlarının rəhbərləri gəlirləri, əmlak və əmlak xarakterli öhdəlikləri, həyat yoldaşları və həmçinin həddi buluğa çatmamış övladlarının əmlak və əmlak xarakterli öhdəlikləri haqqinda məlumatları 2012-ci ildən başlayaraq təqdim etməlidir.
Ukraynada da bu ildən vətəndaşların gəlirlərinin bəyan edilməsi nəticəsində büdcəyə daxıl olan gəlirilərin artması gözlənilir.
Korrupsiya qarşı mubarizə komissiyasının sədri Vusal Hüseynovun mətbuatda qeyd etdiyi kimi bu gün Azərbaycanda dövlət məmurları tərəfəindən gəlirlər bəyannaməsinin tətbiq edilməsi barədə müzakirələr və hazırlıq mükəmməl qaydada davam edir. Onun sözlərinə görə, bu mexanizmin tamamilə quvvəyə minməsində bəzi gecikmələr var. Bunun üçün bəyannamələrin forması qəbul edilməlidir. Bəyannamənin hansı məlumatları ehtiva etməsi ilə bağlı həssas məsələlər olduğundan bu sənəd hələlik qəbul edilməyib.
“Eyni zamanda bəyannamənin təqdim edilmə qaydalarının tətbiq edilmə vaxtı artıq catıb və qanun yalnız nəzəriyyə yox, həm də praktiki quvvəyə minməlidir". Bunu, Korrupsiyaya Qarşı Mubarizə Fondunun icraçı direktoru Vasif Mövsümov “GXO“ qazetinə verdiyi açıqlamada bəyən edib. Bununla yanaşı o, qanunun yaxın vaxtlarda quvvəyə minəcəyini də istisna etmir. Korrupsiyaya qarşı komissiyanın hesabatında layihənin hazırlanıb Nazirlər Kabinetinə göndərilməsi onda belə bir qənaətin hasil olmasına səbəb olub. “Bu layihənin nəzarətsiz qalacağına inanmıram. Korrupsiya ilə mubarizə istiqamətində atılmış addımlar bu fikri təsdiqləyir".
2012-ci ildə Azərbaycan prezidentinin imzaladığı fərmana əsasən 2014-ci ilin 1yanvar tarixindən vəzifəli şəxslərin qəlirlərini bəyan edən mexanizm qüvvəyə minəcək.
2014-cü ilin çox yaxın olduğunu nəzərə alaraq tələsməyə dəyər. Yoxsa sadə vətandaşların gəlirlərini bəyan etmə növbəsı gəlib çatar.
Nazim Mustafayev
Digər Xəbərlər
2024-11-24 21:51:00
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41