Bakıdakı "London taksiləri" də qiyməti qaldırdılar?
12:02 06-12-2013
CƏMİYYƏT
Bakıdakı "London taksiləri" də qiyməti qaldırdılar?
Benzin və dizel yanacağının qiymətinin qalxması ilə əlaqədar bir sıra sərnişin avtobuslarının sürücüləri gediş haqlarını süni şəkildə qaldırıblar. Bahalaşma "London taksiləri"nə də şami olunub. Bu taksinin sürücüləri artıq sayğac əsasında işləməkdən imtina edirlər. Bu barədə day.az saytına oxuculardan biri məlumat verib.
Samir adlı oxucu yazır ki, "London taksilərinin" sürücüləri öz başlarına qiymət təyin edirlər. "Xalqlar dostluğu" metro stansiyasının yanından "20 yanvar" metrosuna getmək üçün ondan 15 manat pul tələb ediblər.
Məsələyə aydınlıq gətirmək üçün saytın əməkdaşı "Baku Taxi" şirkətinin aparıcı mütəxəssisi Amid Şiriyevlə əlaqə saxlayıb. "Bizim taksilərdə gediş haqqı xüsusi sayğaclar vasitəsi ilə müəyyən edilir. Bütün sürücülər bunu bilirlər", - deyən Şiriyev onu da qeyd edib ki, sürücülərin özbaşına qiymət müəyyən etmələri yolverilməzdir.
Onun sözlərinə görə, sürücülər tərəfindən qiymətin süni şəkildə qaldırılması halı təsdiq olunduqda müvafiq cəza tədbirləri görülür: "Əgər, doğrudan da, belə hal baş veribsə, vətəndaş şirkətin *9000 nömrəli qaynar xətti ilə əlaqə saxlasın və sürücü barədə məlumat versin".
Qeyd edək ki, cari tariflərə əsasən, "London taksiləri"ndə gedilən hər kilometr yola görə qiymət 70 qəpikdir. 10 kilometrdən 20 kilometrə qədər olan yol isə 4 qəpikdir. Əgər yol 20 km-dən çox olarsa, hər kilometrə görə qiymət 2 qəpik olur. Taksinin dayandığı hər dəqiqəyə görə 5 qəpik tətbiq olunur.
Digər Xəbərlər
2024-11-25 11:51:38
2024-11-25 11:50:15
2024-11-25 11:11:00
2024-11-25 11:03:32
2024-11-25 10:23:00
2024-11-25 10:17:10
2024-11-25 09:38:50
2024-11-25 09:27:37
2024-11-25 09:13:06
2024-11-25 08:53:18
2024-11-25 08:29:36
2024-11-25 00:14:00
2024-11-24 21:51:00
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52