Arif Balayevin milyonluq biznesi
12:39 07-12-2013
CƏMİYYƏT
Arif Balayevin milyonluq biznesi
Xəzər rayonunda başçı müavini nələr edir?
Son zamanlar dövlət məmurlarının ciddi bizneslə məşğul olduqları və çirkli pulların ölkədən çıxartmaqla məşğul olduqları geniş vüsət alıb. Amma sən demə bu işlərlə tək yüksək ranqlı məmurlar yox, hətta icra hakimiyyəti başçılarının müavinləri də məşğul olurmuş.
“Unikal”a daxil olan məlumata görə qısa müddətdə milyonlara sahiblənən belə məmurlardan biri də Xəzər rayon icra hakimiyyəti başçısının müavini Arif Balayevdir. Adi bir dövlət məmurunun qısa zamanda milyonlara sahiblənməsi yəqin ki, maraq yaradacaq səbəbdir. Çünki artıq dəfələrlə sübut olunub ki, bəzi rayon icra hakimiyyəti rəhbərləri dövlət büdcəsini talan etməklə gözəgörünməz oliqarxlara çevriliblər. Görünür Arif Balayevdə bu ənənədən kənarda qalmayıb. Tək bunu demək kifayətdir ki, Arif Balayev Zirə kəndini demək olar ki, tamamı ilə “özəlləşdirib”. Bu “özəlləşdirmənin” içində nəhəng quşçuluq fabrikidə var ki, dəyəri yüz minlərlə manat həcmindədir. Həmçinin Arif Balayevin torpaq biznesində də xüsusi payı var. Ən azından ona görə ki, Zirə qəsəbəsinin bələdiyyə sədri onun adamıdır və kənddə bütün işlər Arif Balayevin razılığından sonra reallaşır. Bunu da qeyd edək ki, Arif Balayev başçı müavini kimi kommunal təsərrüfata cavabdehdir. Mənbənin sözlərinə görə rayonda bu sahə bir tərəfdən bərbad haldadır, digər tərəfdən isə Arif Balayev “ölü canlar” prinsipindən istifadə edərək rahatlıqla büdcədən lazimi vəsaiti çıxara bilir. Mövzuya qayıdacağıq.
İnformasiya şöbəsi
Digər Xəbərlər
2024-11-22 23:33:36
2024-11-22 22:48:30
2024-11-22 20:35:08
2024-11-22 19:38:04
2024-11-22 18:45:14
2024-11-22 18:41:19
2024-11-22 18:05:14
2024-11-22 17:54:00
2024-11-22 17:28:04
2024-11-22 16:55:08
2024-11-22 16:46:45
2024-11-22 16:39:35
2024-11-22 16:28:54
2024-11-22 16:27:05
2024-11-22 16:24:00
2024-11-22 15:55:41
2024-11-22 15:54:59
2024-11-22 15:46:00