Səlim Müslümovdan sabiq məmura bəd xəbər
12:44 07-12-2013
CƏMİYYƏT
Səlim Müslümovdan sabiq məmura bəd xəbər
Yeni nazir keçmiş rəis Nəbi Şükürlü ilə müavinlərinin fəaliyyətini təftiş edəcək
"Dövlət Məşğulluq Xidməti və Dövlət Əmək Müfəttişliyinin də fəaliyyətləri geniş şəkildə təhlil və təftiş olunacaq". Bu barədə jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov məlumat verib.
Nazirin sözlərinə görə, keçən müddət ərzində neqativ halların aradan qaldırılması üçün müəyyən inzibati tədbirlər görülüb.
Müslümov bildirib ki, bu vaxta kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 10-dan çox yerli şöbəsinin rəhbərləri, müdir müavinləri işdən azad olunub? "Bu vaxta kimi olunan bütün müraciətlər araşdırılıb. Əvvəllər müraciətlər hansısa kvotalar əsasında edilirdi, bu da yerli məmurlara seçim imkanı yaradırdı və neqativ hallara gətirib çıxarırdı. Tapşırıq verdik, bütün qanunauyğun müraciətlər baxılsın və noyabr ayında təxminən 20 minədək ailəyə ünvanlı sosial yardım təyin olundu. Mənə verilən məlumata görə, hazırda rayonlarda bununla bağlı müraciət yoxdur".
Nazir deyib ki, neqativ halları tam aradan qaldırmaq üçün mütləq şəkildə bu sahənin elektronlaşdırılması həyata keçirilməlidir: "Ancaq bu halda bütün neqativ hallar aradan qaldırıla bilər".
Nazir, həmçinin bildirib ki, bundan sonra dövlət məşğulluq xidməti və dövlət əmək müfəttişliyinin də fəaliyyəti geniş şəkildə təhlil və təftiş olunacaq, müvafiq qərarlar qəbul olunacaq.
Burada xüsusilə Dövlət Əmək Müfəttişliyində yoxlamaların aparılması maraq doğurur. Məsələ burasındadır ki, ötən ay Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yeni kadr islahatı aparılıb. Dövlət Sosial Müdafiə Fondunun Maliyyə-büdcə şöbəsinin müdiri İdris İsayev nazir Səlim Müslümovun əmri ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi vəzifəsinə təyin olunub.
Belədə aydın bilmək olur ki, Müslümovun xəbərdarlığı Dövlət Əmək Müfəttişliyinin keçmiş rəhbərliyinə yönəlib. Belə ki, Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi vəzifəsində 2010-cu ilə kimi Nəbi Şükürlü çalışıb. Amma ondan sonra 3 il müddətində bu vəzifə boş olub. İlk üç ayda müvəqqəti olaraq həmin vəzifəni müfəttişliyin rəis müavini Rauf Tağıyev icra edib. Lakin sonradan xidmətin rəis müavini olan Məhərrəm Məhərov bu işi müvəqqəti yerinə yetirib.
Ona görə də aparılacaq yoxlamalarda həm Nəbi Şükürovun dövründə, həm də ondan sonrakı dövrdə Dövlət Əmək Müfəttişliyində yol verilən nöqsanların, digər neqativ halların gün işığına çıxarılacağını gözləmək olar. Mətbuat, xarici şirkətlərdəki müstəqil həmkarlar təşkilatları və ekspertlər müfəttişliyin fəaliyyətindən narazılıq edir və onu əmək qanunvericiliyinin tələblərinin yerinə yetirilməsinə nəzarət əvəzinə başqa prinsiplər əsasında çalışmaqda günahlandırır. Söhbət xüsusən bu qurumun işçilərdən daha çox işəgötürənlərin mənafelərinin müdafiəçisinə çevrilməsindən bunun arxasında başqa maraqların rol oynamasından gedir.
Ona görə də Səlim Müslümovun bu qurumda aparacağı təftiş və onun nəticələri çox önəmlidir. Əgər Dövlət Əmək Müfəttişliyi barədə indiyədək səslənən iddialar doğrudursa, onda həyata keçiriləcək yoxlamaların həm keçmiş rəisin, həm də ondan boş qalan vəzifəni müvəqqəti icra etmiş və hələ də postlarında saxlanılan rəis müavinlərinin müəyyən problemlərlə rastlaşacağını proqnozlaşdırmaq mümkündür.
Sakit Əliyev
Digər Xəbərlər
2024-12-24 23:48:13
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49