Milli Şura bu dəfə də uğursuzluğa düçar olacaq...
12:01 12-12-2013
CƏMİYYƏT
Milli Şura bu dəfə də uğursuzluğa düçar olacaq...
Gənc fəallar düşünürlər ki, radikallar onların hadisələri təhlil edə bilməyən həmyaşıdlarından istifadə edə bilməyəcəklər.
Mitinq keçirməklə nəyəsə nail olacağına ümid edən Milli Şura bu dəfə də dekabrın 15-də “güc”ünü göstərməyi planlaşdırır. Ölkəmizdə baş verənlərdən hər zaman narazı qalan müxalifətçilər son prosesləri də mənfi hal kimi dəyərləndiriblər. Fikirlərini çatdırmaq üçünsə, yenə gənclərdən istifadə edəcəklərini bildirən radikallar onları ətraflarına toplamağa çalışırlar. Bakı Şəhər İcra Hakimiyyətinə mitinqin keçirilməsi ilə bağlı yazdıqları rəsmi məktuba cavab almayan müxalif qüvvələr buna məhəl qoymadan hazırlıq işlərini davam etdirdiklərini vurğulayıblar.
Ölkəmizin gənc fəalları isə mitinq baş tutacağı halda belə, Milli Şura üzvlərinin bu dəfəki çıxışlarının da həmişəki kimi, səmərəsiz olacağını, əvvəlkilərdən heç nə ilə fərqlənməyəcəyini bildirdilər.
Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin sədri Seymur Orucov söylədi ki, müxalifətin uğursuzluğu göz qabağındadır və danılmaz faktdır. Təəssüf doğuran ən əsas məsələ isə onların gənclərdən öz niyyətləri üçün istifadə etmələridir: “Gəncləri məkrli işlərə qoşmağa çalışırlar. Düşünürlər ki, cavanlar cəmiyyətin qayğısız təbəqəsini təşkil edirlər və onları ələ almaq asan ola bilər. Ümid edirlər ki, beyinləri təmiz olduğundan daha rahat istifadə olunacaqlar. Ona görə də radikallar ətraflarına daha çox gəncləri toplamağa meyllidirlər. Amma unudurlar ki, Azərbaycan gəncliyi öz qərarını çoxdan verib. Onlar cənab İlham Əliyevin ətrafında yumruq kimi birləşiblər. Hamıya bəllidir ki, müxaliflər gəncləri hər zaman bir kart kimi ortaya atırlar. İstərdim ki, bəzi gənclərimiz onların yalanlarına aldanmasınlar”.
S.Orucovun fikrincə, son prezident seçkiləri müxalifətin yalanlarını ifşa etdi. Yəni onları çox az faiz əhalinin dəstəklədiyi bir daha təsdiqini tapdı: “Azərbaycan əhalisinin 35 yaşa qədərini hesaba aldıqda, əhalinin 66 faizi gənc sayılır. Onların çox hissəsi hazırkı ölkə başçısını dəstəkləyir. Bilirsiniz ki, vətəndaşların 84 faizdən çoxu cənab İlham Əliyevə səs verdi. Qalan 15-ə yaxın səs faizi isə o biri namizədlər arasında bölündü. Birləşmiş müxalifətin Azərbaycan cəmiyyətindən aldığı səs cəmi 5 faizi əhatə edə bildi”. Belə faiz göstəricisindən sonra isə müxalifət “gənclər bizim ətrafımızda birləşib” deməklə özünü biabır edir: “Ölkə gəncləri heç zaman onların ətrafında birləşməyiblər. Bu, ağ yalandır. Məncə, müxalifət artıq yeni metodlar tapmalı, yeni işlər görməlidir ki, o 5 faiz tərəfdarını da itirməsin. Yoxsa ətrafındakıların sayı 5 faizdən 1-ə düşəcək. Yalan vədlər verməklə, cəmiyyəti aldatmaqla heç bir nəticə əldə etməyəcəklər. Bu, mümkün deyil. Ona görə də budəfəki mitinq hər zamankı kimi uğursuz alınacaq və əvvəlkilərdən fərqlənməyəcək. Fikir versəniz, görərsiniz ki, müxalifətçilərin ətrafında orta və yaşlı nəslin nümayəndələri çox az sayda olur. Onlar da ya qohum-əqrəbaları, ya da hər hansı bir səhvinə görə işindən uzaqlaşdırılmış şəxslərdir. Yəni müxaliflər cəmiyyət üçün faydası olmayanlardan da istifadə etməyə çalışırlar”.
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov düşünür ki, radikallar yeni bir oyun qurmağa çalışırlar. Özlərini müxalifət adlandıran şəxslər kimisə yamsılamağı, nəyəsə baxıb eynisini təkrarlamağı xoşlayırlar. Yəqin onlar bu dəfə də Ukraynada baş verən hadisələrdən ilhamlanıblar: “Seçkidən öncə sizə müxalifətçilərin özlərində iradə tapıb siyasi səhnədən gedəcəklərinə ümid etdiyimi söyləmişdim. Amma görünür, yeni oyun taparaq onu oynamağa çalışırlar. Düşünürlər ki, Azərbaycanda da aranı qarışdırmağa müvəffəq olacaqlar. Təəssüf ki, real dəstəklərinin olmadığını hələ də başa düşməyiblər. Xalqın böyük hissəsi onlara tərəf deyil”.
Belə çıxır ki, müxalifət sadəcə olaraq, müəyyən manevrlər etməklə mövcud olduğunu göstərməyə çalışır. Yəni, bunlar da hər hansı bir qüvvə kimi mövcuddurlar və fəaliyyət göstərirlər: “Milli Şura və onun ətrafında toplaşan qüvvələr uğursuzluğa məhkumdurlar. Bu isə onların növbəti mitinq cəhdlərində öz əksini tapacaq. Bizdəki müxalifət digər ölkələrdəki kimi sağlam deyil. Onlar yalnız seçkidən-seçkiyə üzə çıxırlar və müxtəlif çirkin oyunlar qurmağa çalışırlar. Yalnız öz ambisiyalarını düşünürlər. Bu dəfəki mitinq cəhdləri də əvvəlkindən seçilmir. Çünki onlar elə bir gücə sahib deyillər”.
Müsahibimiz onu da vurğuladı ki, gəncləri təsir altına salıb məqsədləri üçün istifadə etməyə çalışanlar ciddi bir iş görə bilməyəcəklər. Dəstəksiz, dayaqsız, xalq arasında nüfuzu olmayan Milli Şuranın nə isə əldə edəcəyi inandırıcı deyil.
Əli
Digər Xəbərlər
2024-12-26 09:26:59
2024-12-26 08:58:34
2024-12-26 08:57:00
2024-12-26 01:06:40
2024-12-26 00:27:14
2024-12-26 00:16:51
2024-12-26 00:05:12
2024-12-25 23:30:42
2024-12-25 23:06:31
2024-12-25 22:45:19
2024-12-25 22:17:27
2024-12-25 21:54:31
2024-12-25 21:39:19
2024-12-25 21:00:21
2024-12-25 20:15:03
2024-12-25 19:58:16
2024-12-25 19:55:22
2024-12-25 19:43:09
2024-12-25 19:27:03
2024-12-25 19:25:29