"ATƏT-in Kiyev ministerialı Dağlıq Qarabağ tənzimlənməsi prizmasından geriyə addımdır"
12:35 12-12-2013
CƏMİYYƏT
"ATƏT-in Kiyev ministerialı Dağlıq Qarabağ
tənzimlənməsi prizmasından geriyə addımdır"
"ATƏT-in Ukraynanın paytaxtı Kiyevdə keçirilən üzv ölkələrin xarici işlər nazirlərinin ministerialında Dağlıq Qarabağ tənzimlənməsinə münasibətin bildirilməsi ənənədir. Bacarsaydılar, sammit təşkilatçıları Dağlıq Qarabağ tənzimlənməsi ilə bağlı bəyanatı gündəlikdən çıxarardılar".
Bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.
M.Əhmədoğlu bildirib ki, ATƏT-in son illərdəki bəyanatında Minsk qrupunun həmsədr ölkələrinin prezidentlərinin bəyanatlarına dəstək ifadə olunurdu: "Kiyev ministerialında bu dəstək göstərilmədi. Ukraynanın bu istiqamətdə heç bir səyi ortalıqda görünmədi. Yalnız Rusiya xarici işlər naziri S.Lavrov ATƏT MQ həmsədr ölkə prezidentlərinin yaydığı sənədin imzalanmaq üçün yararlı olduğunu bildirdi. Ermənistanın rəsmi mövqeyi əvvəlcə həmsədrlərin son beş illik yekununa söykənirdisə, ministerialda bəyanat qəbul edildikdən sonra Ermənistan aldadıcı manevr etdi. Guya o həmsədr ölkə prezidentlərinin son dörd ildəki mövqeyini qəbul edir. ABŞ az qala Dağlıq Qarabağı müstəqil tərəf kimi təqdim etsin, belə vəziyyətdə ATƏT-in Kiyev sammitinin Dağlıq Qarabağ tənzimlənməsi üzrə qəbul etdiyi sənədi son illərin ən əhəmiyyətsiz kağız parçası adlandırmaq olar".
Politoloqun fikrincə, hər halda Ermənistana növbəti dəfə tənzimlənmədən yayınmağa şəraitin yaradılması Ermənistanın ümumi vəziyyətində müsbət tərəfə heç bir dəyişiklik yaratmadı.
M.Əhmədoğlunun sözlərinə görə, Ukraynanın ATƏT-ə sədrliyi ən uğursuz sədrlik oldu. Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində Ukraynanın ATƏT-ə sədrliyində böyük ümidlər özünü doğrultmadı: "Səbəbi Ukrayna rəhbərliyinin apardığı erməni xarakterli ikiüzlü siyasətdədir. Avrointeqrasiya ilə bağlı proseslər bunu aydın göstərdi. Yanukoviç hökuməti həm Rusiyaya, həm də Qərbə eyni vədləri veribmiş. Hər iki tərəfi aldatmaq niyyətində imiş. Ermənistan rəsmi siyasətinin də mahiyyəti belədir: hər iki tərəfə sağmal inək kimi yanaşmaq. Yanukeviç hökumətinin ən yüksək təmsilçiləri də daxil olmaqla, böyük əksəriyyəti Ukraynadakı erməni diasporu ilə korporativ əlaqələrə malikdirlər. Rəsmi Kiyev hətta Dağlıq Qarabağın erməni və azərbaycanlı icmalarının dialoqunun təşkilinə, bu dialoqun Ukraynada keçirilməsinə dair hətta təşəbbüs ortalığa qoya bilmədi".
Politoloq hesab edir ki, Dnestryani münaqişənin tənzimlənməsində münaqişədən əziyyət çəkənlər arasında dialoqun qurulmasının böyük əhəmiyyəti Ukraynaya çox yaxşı bəllidir: "Təəccüblüdür ki, Dağlıq Qarabağın erməni və azərbaycanlı icmaları arasında dialoqun əhəmiyyətini rəsmi Kiyev inkar etdi. Və bu zaman Ukrayna belə güman edirdi ki, Azərbaycanı aldada biləcəkdir. Ukraynanın ATƏT-ə sədrliyi dövründə Ukraynadakı erməni diasporu gücləndi, təşkilatlandı, ABŞ-la əlaqələr qurdu. Dini əlaqələrə yeni stimul verdi. Ukraynanın ATƏT-ə sədrliyinin bir ili ərzində Ukraynada azərbaycanlılara qarşı münasibət pisləşdi. Ukrayna prezidenti V.Yanukoviç Spitak zəlzələsinin 25 illiyi münasibəti ilə Ermənistan Prezidentinə məktub göndərdi. Bu ermənilərə və Ermənistana xüsusi münasibət deməkdir. Ukrayna ermənilərinin sədri V.Şatvoryanın Yanukeviç hökumətinin ən yüksək rəhbərliyi ilə korporativ əlaqələri bəhrəsini verir".
Digər Xəbərlər
2024-12-26 09:40:57
2024-12-26 09:34:25
2024-12-26 09:26:59
2024-12-26 08:58:34
2024-12-26 08:57:00
2024-12-26 01:06:40
2024-12-26 00:27:14
2024-12-26 00:16:51
2024-12-26 00:05:12
2024-12-25 23:30:42
2024-12-25 23:06:31
2024-12-25 22:45:19
2024-12-25 22:17:27
2024-12-25 21:54:31
2024-12-25 21:39:19
2024-12-25 21:00:21
2024-12-25 20:15:03
2024-12-25 19:58:16
2024-12-25 19:55:22