Azərbaycanın Rusiya ilə sərhədlərinin razılaşdırılması məsələsinə aydınlıq gətirildi
12:39 12-12-2013
CƏMİYYƏT
Azərbaycanın Rusiya ilə sərhədlərinin
razılaşdırılması məsələsinə aydınlıq gətirildi
"Azərbaycanla Rusiya arasında sərhədlərin demarkasiyası ilə bağlı növbəti görüş Azərbaycanda keçiriləcək".
Bu barədə jurnalistlərə açıqlamasında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov bildirib.
Komitə sədrinin sözlərinə görə, hazırda sərhədlərin delimitasiyası ilə bağlı ikinci mərhələ - sərhədlərin demarkasiyası məsələsi həll edilir. Bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev və Rusiyanın keçmiş Prezidenti Dmitri Medvedev tərəfindən iki ölkə arasında sərhəd xəritəsi də imzalanıb. Daha sonra sənədi xarici işlər nazirləri də imzalayıblar: "Beləliklə, həm Rusiya Dövlət Duması, həm də Azərbaycan Milli Məclisi bu sənədləri ratifikasiya edib və bu, hüquqi baxımdan təsdiqlənib. Yəni bu işlər xəritə, sənəd, kağız üzərində görülüb. İndi mərj nişanları koordinatlara uyğun olaraq yerə bərkidilməlidir. Bu, ən məsuliyyətli və ağır məsələdir. Rusiya tərəfinin dəvətilə bu yaxınlarda Moskva şəhərində toplanaraq vahid sistem qəbul olundu. Hazırda biz bu sistemi öyrənirik. Diplomatik kanallarla məsələ həll olandan sonra demarkasiya işlərinə başlanacaq. Bununla bağlı növbəti görüş Azərbaycanda keçiriləcək".
Digər Xəbərlər
2024-12-23 20:41:44
2024-12-23 20:34:54
2024-12-23 20:20:25
2024-12-23 20:07:03
2024-12-23 19:57:23
2024-12-23 19:20:35
2024-12-23 17:50:00
2024-12-23 17:16:45
2024-12-23 16:58:00
2024-12-23 16:57:00
2024-12-23 16:46:46
2024-12-23 16:40:00
2024-12-23 16:16:00
2024-12-23 16:01:34
2024-12-23 15:47:54
2024-12-23 15:25:00
2024-12-23 15:02:57
2024-12-23 14:25:00
2024-12-23 14:22:10