Mikayıl Cabbarov Misir Mərdanovun adamına vəzifə verib?
13:17 13-12-2013
CƏMİYYƏT
Mikayıl Cabbarov Misir Mərdanovun adamına vəzifə verib?
Təhsil nazirinin son təyinatlarından biri ilə bağlı müəmma
Srağagün yayılan məlumata görə, təhsil naziri Mikayıl Cabbarov sələfi Misir Mərdanovun yaxın adamı kimi tanınan, keçmiş nazirin köməkçisi funksiyasını yerinə yetirən Afiq Əzizova yeni vəzifə verib. A.Əzizov Bakı Şəhəri üzrə Təhsil İdarəsində məktəbdənkənar təhsil sektorunun müdiri vəzifəsinə təyin edilib.
BŞTİ yarandığı müddətdən bəri həmin vəzifəni tutan Qənirə Sultanova isə sektorda böyük məsləhətçi vəzifəsinə təyinat alıb.
KİV-lər qeyd edirlər ki, A.Əzizov Misir Mərdanova yaxın adam kimi tanınıb. O, hətta keçmiş nazirin 3 cildlik "Azərbaycanın təhsil tarixi" kitabında da buraxılışa məsul olub. 33 yaşlı A.Əzizov Azərbaycan Dövlət Neft Akademiyası, daha sonra isə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirib. İxtisasca menecmentdir.
"Unikal"ın araşdırması zamanı isə məlum olub ki, A. Əzizovun keçmiş təhsil naziri ilə yaxın münasibətləri olsa da, onu birbaşa Mərdanovun kadrı adlandırmaq doğru olmazdı. Belə ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsində məktəbdənkənar təhsil sektorunun müdiri təyin edilən Əzizovla hazırki təhsil nazirinin də xeyli əvvəldən tanışlığı və yaxın münasibətləri olub. Elə sözügedən təyinatda da əsas amil kimi bunu qəbul etmək lazımdır.
Günel Əkbər
Digər Xəbərlər
2024-12-23 20:41:44
2024-12-23 20:34:54
2024-12-23 20:20:25
2024-12-23 20:07:03
2024-12-23 19:57:23
2024-12-23 19:20:35
2024-12-23 17:50:00
2024-12-23 17:16:45
2024-12-23 16:58:00
2024-12-23 16:57:00
2024-12-23 16:46:46
2024-12-23 16:40:00
2024-12-23 16:16:00
2024-12-23 16:01:34
2024-12-23 15:47:54
2024-12-23 15:25:00
2024-12-23 15:02:57
2024-12-23 14:25:00
2024-12-23 14:22:10