Məmurların uzun müddət post sahibi olmaları təhlükədi
12:51 14-12-2013
CƏMİYYƏT
Məmurların uzun müddət post sahibi olmaları təhlükədi
Türkan Azad: “Belə insanlar həm də ətraf mühitin psixologiyasına mənfi təsir göstərir”
Ölkədə kadr islahatları sistemli şəkildə həyata keçirilməkdədir. Prezident seçkilərindən sonra prezident üç naziri işindən kənarlaşdırdı və hesab edilir ki, yaxın altı ay ərzində islahatlar daha ciddi şəkildə həyata keçiriləcək. Məsələn, iddia olunur ki, yaxın zamanlarda nəqliyyat naziri Ziya Məmmədov postunu itirəcək. Çünki cəmiyyətdə xoş olmayan imicə malikdir və buda hakimiyyətin işinə əngəllər törədir. Maraqlıdır, ümumiyyətlə dövlət məmurlarının uzun illər eyni vəzifədə qalmaları hansı problemləri yaradır? Bu tip problemlər ilk dəfə çox ciddi şəkildə Böyük Britaniyada baş vermişdi.
Onda aydın olmuşdu ki, elə nazir var ki, 30 il eyni postda qalıb. Məhz uzun müddət eyni postda qalan şəxslərin rəhbəri olduqları nazirliklərin iş keyfiyyətləri kifayət qədər aşağı imiş və haqlı narazılılar yüksək həddə çatıbmış. Məhz bu göstəricilərdən sonra qərbdə dövlət məmurlarının tez-tez rotasiyası prosesinə başladılar. Amma Azərbaycanda bu proses indilərdə başlayır. Gəlin öncəliklə niyə məhz indiliklərdə bu prosesə start verməyin səbəbinə baxaq sonra mövcud olan problemlərə. Mütəxəssislər hesab edir ki, Azərbaycan müstəqilliyinə qovuşandan sonra kifayət qədər ciddi problemlər yaşandı. Bir tərəfdən Dağlıq Qarabağın işğalı, bir tərəfdən ölkədə vətəndaş qarşıdurmasının yaranması təsirsiz ötüşmədi.Bu səbəbdən mobil və etibarlı bir komandanın yaradılması zərurəti ortaya çıxdı və o zaman Heydər Əliyev məhz bu sistemi qəbul etdi. Növbəti dönəmdə isə İlham Əliyev regionların inkişaf proqramının icrasına başladı və bu da mobil və etibarlı komandanın mövcudluğunu tələb edirdi. Bu məqamda nəzərə alındı və köhnə komanda yerində qaldı. Amma artıq vəziyyət dəyişib və kadr islahatlarına start verilib. Ən maraqlısı isə budur ki, İlham Əliyev gəncləşməyə xüsusi diqqət ayırır və Təhsil Naziri təyinatında bunun şahidi olduq. İndi isə qayıdağın məmurların uzun müddət bir postda qalmalarının yaratdığı fəsadlara. Ekspertlər hesab edir ki, ilk fəsad budur ki, belə məmurlarda bir əminlik yaranır və nəticədə işlərini sonuna qədər həyata keçirə bilmirlər. Bundan başqa belə insanlarda var-dövlətə ciddi maraq artır və nəticədə oliqarxlaşma prosesi başlayır. Həqiqətəndə diqqət yetirsək bu gün oliqarxlaşan məmurların əksəriyyəti eyni postda çalışan şəxslər olub. Bu gün artıq onlarla vidalaşmağın sonu çatıb. Bununla yanaşı uzun müddət eyni postda olan şəxslər adətən yaşlı olurlar və cəmiyyətdə ki, yenilikləri qəbul edə bilmirlər. Təsəvvürünüzə gətirin ki, elə yaşlı dövlət məmuru var ki, sərbəst şəkildə internetə belə daxil ola bilmirlər. Bu isə sözsüz ki, bir dövlət qurumunun faktiki iflic olması deməkdir. Amma sən demə uzun müddət eyni vəzifədə qalmaq həm də psixoloji fəsadlar yaradırmış. “Seçim” Psixoloji Mərkəzinin direktoru Türkan Azad bildirir ki, bu məsələdə iki formada psixoloji problem ortaya çıxır:-“İlk növbədə bu şəxsdə bir eqo yaranır və proseslərə yalnız öz maraqları çərçivəsindən yanaşır. Çünki oturduğu kürsüdə əvəzolunmazlığını düşünür və bəzi hallarda bu işə öz şəxsi mülkiyyəti, həyat tərzi kimi baxır. Ona görə də bu insanlar hər zaman ətraflarından ehtiyat edir və bəzi hallarda şəkər xəstəliyinə tutulurlar. Bundan başqa bu şəxslərdə müxtəlif fobiyalar kifayət qədər aktivləşir. Fobiyalar artdıqca aqressiya güclənir və nəticədə ətraf mühitə bir nifrət yaranır. Bunun da nəticəsində bürokratiya artır. Uzun müddət eyni kürsüdə oturan məmurlar həm də ətrafın psixologiyasına mənfi təsir göstərir. Bu necə olur? Vətəndaş bu məmurla hər dəfə üz-üzə gələndə və hər dəfə bir biganəliyin şahidi olanda sözsüz ki, vətəndaşda bir biganəlik yaranır. Ən azından probleminin həll olunmayacağı qənaəti ilə məmurun otağına daxil olur. İnsanlarda özünəinamsızlığın formalaşmasında bu faktorun mühüm rolu var. Məhz özünəgüvənsizlik səbəbindən vətəndaş öz hüquqlarından imtina edir, bu isə özlüyündə rüşvət faktorunun ortaya çıxmasına təsir edir”. Gördüyünüz kimi bu sözün həqiqi mənasında bir problemdir və bu problemdən qurtulmağın zamanı çatıb.
Mehdi Əli
Digər Xəbərlər
2024-12-23 20:41:44
2024-12-23 20:34:54
2024-12-23 20:20:25
2024-12-23 20:07:03
2024-12-23 19:57:23
2024-12-23 19:20:35
2024-12-23 17:50:00
2024-12-23 17:16:45
2024-12-23 16:58:00
2024-12-23 16:57:00
2024-12-23 16:46:46
2024-12-23 16:40:00
2024-12-23 16:16:00
2024-12-23 16:01:34
2024-12-23 15:47:54
2024-12-23 15:25:00
2024-12-23 15:02:57
2024-12-23 14:25:00
2024-12-23 14:22:10