Azərbaycanda terror qorxusu
12:52 14-12-2013
CƏMİYYƏT
Azərbaycanda terror qorxusu
Qamət Süleymanov qorxdu
“Əbu Bəkr” məscidinin imamı Hacı Qamət Süleymanov Sumqayıtda dini qruplaşmalar arasında baş verən atışmaya münasibət bildirib.
Qamət Süleymanov açıqlamasında Sumqayıtda baş verənlərlə bağlı geniş məlumata sahib olmadığını, lakin bunun hansısa radikal qruplaşmalar arasındakı anlaşılmazlıq olduğunu qeyd edib:
“Bildiyimə görə, onlar hansısa təriqətə mənsub olmayıblar. Vəhhabilik deyilən bir şey yoxdur, mətbuat sadəcə olaraq vəhhabi damğasını gündəmdə saxlamağa çalışır. Hər bir şeyi öz adı ilə adlandırmaq lazımdır. Biz hər zaman qeyri-müsəlmanları qınayırıq ki, nə baş verirsə bunun təqsirini müsəlmanlarda görürlər. Baş verən bir şeyi hansısa yola, dinə, əqidəyə mənsub etmək yanlışdır. Müsəlman müsəlmana silah qaldırmaz. Onlar radikaldırlar, hansısa başqa ad vermək lazım deyil”.
Qeyd edək ki, Daxili İşlər Nazirliyi və Baş Prokurorluq Sumqayıtdakı hadisələrlə bağlı məlumat yayıb. Məlumatda bildirilir ki, dekabrın 11-də saat 20.30 radələrində Sumqayıt şəhərinin 10-cu mikrorayonunda yerləşən "Çay evi"ndə ektremist təmayüllü "Xəvarici"lərlə "Sələfi" təriqətinə mənsub bir qrup şəxs arasında fikir ayrılığı zəminində münaqişə baş vermiş, nəticədə şəhər sakinləri Anar Rəhimov və Elmar Məmmədli bıçaq xəsarətləri alıblar. Silahlı münaqişənin iştirakçısı olan 7 nəfər saxlanılıb. Maraqlıdır, bəs nədən Şeyx Qamət onların kimliyi haqqında açıqlama belə verməkdən yayınıb? Əldə etdiyimiz məlumata görə bunun başlıca səbəbi şeyxin onlardan çəkinməsidir.Çünki onlarla düşmən həddindədir. Hətta bir neçə il öncə “xəvaric”lər adlanan bu dəstə Qamət Süleymanovun əyləşdiyi məscidi partlatmışdılar və bir nəfər ölmüşdü. Məhz bundan sonra “Əbu-Bəkr” məscidi bağlandı. “Xəvaric”lər ümumiyyətlə son iki ildə kifayət qədər artıblar və nədənsə əsas bazaları Sumqayıt şəhəridir. Bunu da yada salaq ki, bir neçə gün öncə Qusarda maşını atəşə tutub, iki nəfərin ölümünə bais olanlarda elə “xəvaric”lər idi. Amma ekspertlər hesab edir ki, bu heç də son hadisə olmayacaq. Əksinə məlum qrup daha da güclənəcək. Bunun başlıca səbəblərindən biri də Suriyadır. Belə ki, hazırda Suriyada vətəndaş müharibəsi gedir və müxalifət düşərgəsində azərbaycalılarda vuruşur və onlarda məhz bu təriqətin üzvləridir. Ekspertlər hesab edir ki, bir müddətdən sonra bu şəxslər ölkəyə qayıdacaq və bundan sonra silahlı toqquşmalar daha da artacaq. Çünki onlar Azərbaycanı kafir ölkə hesab edirlər və mübarizə yolu kimi terroru seçirlər. Çox maraqlıdır ki, onlar elə iş mexanizmi qurublar ki, hər gün sıraları genişlənir və statistik rəqəmlərə baxsaq məlum olur ki, adətən 17-30 yaş arasında olan gənclər bu təriqətə daha çox meyl göstərirlər. Bununda başlıca səbəbləri həmin şəxslərin maddi sıxıntılar çəkməsidir. Bu təriqət isə gəncləri ətrafına toplayır və tam özünküləşdirənə qədər maddi problemlərini həll edirlər və bundan sonra bu şəxslər sözün həqiqi mənasında terror yolunun daşıyıcısına çevrilirlər. Beləliklə gördüyünüz kimi Azərbaycanı qarşıda daha ciddi və təhlükəli təriqət oyunları gözləyir.
Toğrul Əliyev
Digər Xəbərlər
2024-12-23 20:41:44
2024-12-23 20:34:54
2024-12-23 20:20:25
2024-12-23 20:07:03
2024-12-23 19:57:23
2024-12-23 19:20:35
2024-12-23 17:50:00
2024-12-23 17:16:45
2024-12-23 16:58:00
2024-12-23 16:57:00
2024-12-23 16:46:46
2024-12-23 16:40:00
2024-12-23 16:16:00
2024-12-23 16:01:34
2024-12-23 15:47:54
2024-12-23 15:25:00
2024-12-23 15:02:57
2024-12-23 14:25:00
2024-12-23 14:22:10