Rektor: “Ona “vətən xaini” damğası vuraraq işdən qovmuşam”
12:55 14-12-2013
CƏMİYYƏT
Rektor: “Ona “vətən xaini” damğası vuraraq işdən qovmuşam”
“Adam deyir ki, ömrümün sonuna kimi buradan yazacam...”
Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) rüşvət qiymətlərinin qaldırılması haqda musavat.com saytı redaksiyaya daxil olan məktubu dərc edib. Məktub müəllifləri universitetin rektoru Hacıyevi rüşvət almaqda, 10 milyonlarla pulu mənimsəməkdə və maxenasiyalarda ittiham ediblər. Rektor Şəmsəddin Hacıyev sözügedən materilla bağlı “Qafqazinfo”ya açıqlama verib.
Onun sözlərinə görə, mətbuata anonim şəkildə ötürülən bu məktubdan həftədə bir neçəsi onun özünə də göndərilir: “Konkret bu məktubun özü də bizə göndərilib. Mən onu mediaya təqdim edə bilərəm. Onun kim tərəfidən yazıldığı, hansı məqsədlə bu addımların atıldığı həm bizə, həm də lazım olan instansiyalara məlumdur. Bu adam universitet rektorunun keçmiş müşaviri Bədirxan Musyevdir. Mən ona “vətən xaini” damğası vuraraq işdən qovmuşam. Adamın hələ SSRİ dövründə yazdığı donoslara görə bütün sovet ölkələri arasında təkcə Azərbaycanda bu universitetin fəaliyyətini dayandırıblar. Bu adamın əməllərindən hələ o vaxt Heydər Əliyev şəxsən xəbərdar idi, sözünü də bir dəfə konfransda üzünə deyib”.
Ş. Hacıyev bildirib ki, məktubda guya rüşvət kimi alındığı iddia edilən və açıqlanan rəqəmlər o qədər böyük və fantastikdir ki, onları təkzib etməyə, yalan olduğunu deməyə ehtiyac belə yoxdur: “Mən fikirləşirəm ki, görəsən ağlı başında olan hansı adam inanar ki, tələbə bir semester üçün 5 min manta pul ödəyir? Heç bu məbləğdə illik təhsil haqqı belə ölkənin heç bir ali məktəbində yoxdur. Ancaq bir halda ki, yazıblar və bunu iddia edirlər, onda mən belə bir açıqlama verirəm. Hər kəs bilsin ki, İqtisad Universitetinin hər bir korpusuna video-kameralar vasitəsi ilə nəzarət olunur. Orada gedən bütün proseslər nəzarətdədir. Əgər hansısa bir tələbə ortaya çıxıb yazılanların həqiqət olduğunu bildirsə, onda üəryiniz nə istəyirsə yaza və mənə deyə bilərsiniz. Artıq neçə ildir ki, burada bütün proseslər tam şəffaf şəkildə həyata keçirlir. İqtisad Universiteti Avropanın nüfuzlu ali təhsil müəssisələrinin siyahılarında yer alır”.
Rektor həmçinin deyib ki, universitetin keçmiş müşavirinin anonim məktubları təhdid xarakteri daşıyır: “O bu əməllərinə görə iki dəfə məhkəməyə verilib. Adam özü də mənə açıq şəkildə deyir ki, ömrünün sonuna kimi buradan yazacaq. İstəyi odur ki, onu işinə bərpa edim. Əgər bərpa etsəm gəlib yalvaracaq. Bax məsələ budur. Təhdid və böhtan. Bunu isə artıq hər kəs bilir”.
Digər Xəbərlər
2024-11-25 00:14:00
2024-11-24 21:51:00
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24