Ölkədə nə qədər uşaq var?
11:12 19-12-2013
CƏMİYYƏT
Ölkədə nə qədər uşaq var?
Uşaqlar ölkə əhalisinin, təxminən, 28%-ni təşkil edir
Azərbaycanda 2 milyon 539 min 700 uşaq var. Ailə, Qadın və Uşaq Problemləri Üzrə Dövlət Komitəsinin Uşaq Problemləri şöbəsinin müdir müavini Pərviz Əliyev “Valideyn qayğısı - Uşaqların Təhlükəsizliyi” mövzusunda keçirilən tədbirdə çıxışında bildirib ki, 2007-2012-ci illərdə təbii və texnogen xarakterli hadisələrdə 61 uşaq həlak olub. Onun sözlərinə görə, 2006-2012-ci illərdə çimərlik mövsümlərində 79 uşaq suda batıb, 471 uşaq xilas edilib: “2012-ci ildə yanğınlar zamanı 150 uşaq təxliyə olunub. 2011-ci ildə yol-nəqliyyat hadisələri zamanı 76 uşaq, 2012-ci ildə 79, 2013-cü ildə 77 uşaq həlak olub”.
Məlumatdan aydın olur ki, uşaqlar ölkə əhalisinin, təxminən, 28%-ni təşkil edir. Cəmiyyətin normal inkişafı baxımından bu rəqəm nəyi ifadə edir?
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədri Azər Mehdiyev “Unikal”a bu vəziyyətin heç də ürəkaçan olmadığını bildirib: “2007-ci ildə 5 yaşına çatmamış uşaqlar arasında ölüm halları hər 1000 diri doğulmuş uşağa görə 39 nəfər olub. Bu göstəricilərə görə Azərbaycan dünya ölkələri sırasında 77-ci yerdədir. Hansı ki, bu sıralamaya əsasən, Gürcüstan 88, Ermənistan isə 99-cudur (daha əvvəlki yerdə olmaq nəticənin daha ağır olmasını ifadə edir)”.
1 yaşınadək körpələr arasında ölüm səviyyəsinə gəldikdə isə A.Mehdiyev bu rəqəmin hər 1000 diri doğulmuş uşağa görə 34 nəfər olduğunu deyib.
O daha ciddi məqam kimi ölkəmizdə ana və uşaq ölümünün kifayət qədər ciddi qeydiyyata alınmadığını, qeydiyyatdan gizlədilmə hallarının çox olduğunu deyib: “Bunun səbəblərini səhiyyə müəssisələrində axtarmaq lazımdır. Ana və uşaq ölümünün sayının çox olduğu səhiyyə müəssisələrinin rəhbərləri işdən çıxarılacağından və ya başqa formada cəzalandırılacağından ehtiyat edərək faktları gizlədir. Ölüm səbəbləri isə araşdırılmır, bütün hallarda günahı həkimlərdə görürlər və son nəticədə cəzalandırılanlar da həkimlər olur”.
Beynəlxalq İnsan Hüquqları Cəmiyyətinin Azərbaycan Bölməsinin rəhbəri Səadət Bənənyarlı “Unikal”a verdiyi açıqlamada bildirdi ki, “Ölkədəki uşaqların sayı barədə dövlət rəsmisinin açıqladığı rəqəmlərdə müəmmalı məqamlar var. Bilinmir ki, bu rəqəm 9 milyonluq əhaliyə nisbətdə göstərilib, yoxsa daha az say baxımından. Həm də bilinmir ki, xarici ölkələrə köçüb getmiş vətəndaşlarımız bu sayda nəzərə alınıbmı?”
Hüquq müdafiəçisinin sözlərinə görə, “Həmin rəqəmlərə əsasən hazırda uşaqlar ölkə əhalisinin 28 faizini təşkil edir. Bu faiz 9 milyona nisbətdə nüəyyən edilibsə, deməli, ölkədə uşaqların sayı baxımından kritik durum formalaşıb və bu krizisin aradan qaldırlması üçün ciddi tədbirlər görülməlidir”.
Bənənyarlının sözlərinə görə, “Ötən əsrin 60-70-ci iləri ilə müqayisədə hazırda ölkədə doğuşun səviyyəsi xeyli aşağı düşüb. Ümumiyyətlə, demoqrafik proseslərdə bu cür dalğavari mənzərə zaman-zaman bütün xalqlarda müşahidə olunur. Bununla belə qeyd etməliyəm ki, ölkəmizin son iyirmi ildə keçdiyi mürəkkəb tarixi proses də doğuşların sayına öz təsirini göstərib və bu məqamda kimisə ittiham etmək düzgün deyil. Hər bur xaqın tarixində belə keçməkeşli məqamlar olub”.
Məzahir Avşar
Digər Xəbərlər
2024-12-23 20:41:44
2024-12-23 20:34:54
2024-12-23 20:20:25
2024-12-23 20:07:03
2024-12-23 19:57:23
2024-12-23 19:20:35
2024-12-23 17:50:00
2024-12-23 17:16:45
2024-12-23 16:58:00
2024-12-23 16:57:00
2024-12-23 16:46:46
2024-12-23 16:40:00
2024-12-23 16:16:00
2024-12-23 16:01:34
2024-12-23 15:47:54
2024-12-23 15:25:00
2024-12-23 15:02:57
2024-12-23 14:25:00
2024-12-23 14:22:10