Putindən daha bir jest: Jirinovski ağıllı siyasətçidir”
11:10 20-12-2013
CƏMİYYƏT
Putindən daha bir jest: Jirinovski ağıllı siyasətçidir”
Rusiya prezidenti Vladimir Putinin dünən Moskvada 1300 yerli və xarici jurnalistlər üçün keçirdiyi mətbuat konfransında maraqlı olaylar yaşanıb. Belə ki Rusiyanın gələcək prezidentilə bağlı ona ünvanlanmış suallara cavab verərkən bildirib ki, “Öz siyasi varisimin kim olacağı haqqında deməyə heç bir sözüm yoxdur”.
“Komsomolskaya Pravda” qəzetinin “Ölkədə iki nömrəli siyasətçi kimdir? Sizin siyasi varisiniz varmı?” sualının cavabında Putin maraqlı açıqlamalar verib. O bildirib ki, Rusiyada çoxlu siyasətçilər var. “Onlar çox təcrübəli insanlardır”.
Putin nümunə olaraq Rusiya Kommunist Partiyasının sədri Gennadi Züqanovun adını çəkib. Bu ad zalda KİV nümayəndələrinin gülüşü ilə qarşılanıb. Putin isə deyib ki, “Burada gülməli heç nə yoxdur. Kommunistlərə milyonlarla insan səs verir. O tanınmış siyasətçidir. Züqanovun məsələlərə öz yanaşması var. Onların çoxu ilə razı deyiləm. Amma bir çox fikirləri mənə real təsir bağışlayır. Xüsusi ilə beynəlxlaq münasibətlər və bəzi sosial məsələlərdə onun fikirləri real təsir bağışlayır”.
Putin daha sonra bədnam Jirinovskinin adını çəkib. Onu “ istedadlı insan” adlandıran Putin bir qədər çılğın adam olduğunu bildirib.
“Amma deyə bilərəm ki, onun tərəfindən xeyli sayda sağlam təkliflər səslənir. Sağlam olanları kifayət qədərdir.”
O daha sonra isə Sergey Mironovun və Dimitri Medvedyevin adlarını çəkib.
Maraqlıdır, görəsən, Putin sol kommunistlərin lideri Züqanovun və millətçi Jirinovskinin adlarını xüsusi qabartmaqla Rusiyaya və ümumən xaric dövlətlərə hansı mesajı vermək istəyib?
Vətəndaş və İnkişaf partiyasının sədri Əli Əliyev “Unikal”a verdiyi açıqlamada bildirdi ki, “Rusiya prezidenti Vladimir Putinin mətbuat konfransında səsləndirdiyi fikirlər və kommunist lideri Züqanovla millətçi Jirinovskinin adını ön plana çıxartması ondan xəbər verir ki, bundan sonra Rusiyanın daxili və xarici siyasəti şovinist-imperialist yöndə olacaq. Putin ikinci dəfə prezident kreslosunda əyləşəndən sonra keçmiş SSRİ-ni yeni formada bərpa etmək kursu götürəcəyəni açıq şəkildə bəyan etdi və mətbuat konfransında da bu ideyaya sadiq olduğunu bir daha nümayiş etdirdi”.
Partiya sədrinin sözlərinə görə, “Həm Gennedi Züqanov, həm də Nikolay Jirinovski Rusiya Dumasında təmsil edilməklə Kremlə yaxın olan siyasətçilərdir. Putinin hakimiyyəti dövründə Rusiyanın demokratik müxalifəti, faktiki olaraq, sıxışdırlaraq siyasi səhnədən çıxardılıb və Azərbaycanda olduğu kimi, orada da parlamentdə yalnız hökumətyönlü partiyalar təmsil edilib. Züqanovla Jirinovskinin adlarının qabardılması və onların Rusiyanın ən ağıllı siyasətçiləri kimi vurğulanması ondan xəbər verir ki, Rusiya yaxın illərdə imperialist siyasət aparmaqda davam edəcək. Buna görə də biz Azərbaycan siyasətçiləri olaraq çalışmalıyıq ki, ölkədəki Rusiyayönlü siyasi qüvvələri vaxtında ifşa edək. Milli Şuranın Azərbaycanda oynamaq istədiyi rol barədə mənim vaxtilə dediklərimi bu gün Müsavatın başqanı İsa Qəmbər də təkrar edir”.
Azərbaycan Sosial-Demokrat Partiyasının sədri Araz Əlizadənin “Unikal”a verdiyi açıqlamaya görə, “Rusiya prezidenti Vladimir Putin, əslində, mətbuat konfransında tam həqiqəti deyib. Çünki həm Gennadi Züqanov, həm də Nikolay Jirinovski Kremlin “əl müxalifəti”ni təmsil edirlər. Çox qəribədir ki, Ukraynada millətçi rolunda çıxış edən keçmiş baş nazir Yuliya Timoşenko milliyyətcə ermənidir. Rusiyada isə bu rolda yəhudi Jirinovski çıxış edir. Jirinovskidən bir dəfə soruşdular ki, miliyyətin nədir? Cavab verdi ki, anam rus qadınıdır, atam isə hüquqşünasdır”.
Partiya sədrinin müşahidəsinə görə, “Kreml hansısa bir sosial layihəni həyata keçirtmək istəyəndə bu ideyanı əvvəlcə Jirinovskinin dili ilə ictimai müzakirəyə çıxardır. Diqqət yetirsəniz görərsiniz ki, Gennadi Züqanov zahirən hökuməti tənqid edir. Amma onun çıxışına və yürüdlən siyasətə fikir verəndə aydın olur ki, o da hökumətin siyasətini təbliğ edir. Buna görə də Putinin onları ağıllı siyasətçilər adlandırması tamamilə qanunauyğundur”.
Natiq Oruclu
Digər Xəbərlər
2024-12-24 23:48:13
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49