Tağı Əhmədovun müəmmalı susqunluğu
11:12 20-12-2013
CƏMİYYƏT
Tağı Əhmədovun müəmmalı susqunluğu
Bakı Metropoliteni sərnişin axınının azalmasını niyə şərh etmir?
Bakı Metropoliteni yeni hərəkət cədvəlinə keçib. Bu, sərnişin axınının artımı ilə bağlıdır.
Amma ilginc olanı ondan ibarətdir ki, Metropoliten İdarəsinin dövlət strukturlarına verdiyi informasiyada daşıma səviyyəsi 2009-cu ildəkindən azdır.
Belə ki, 2009-cu ildə metroda sutkalıq daşıma həcmi 564 657 idisə, bu ilin 11 ayında bu göstərici 560 647 nəfərə düşüb. Halbuki səhər və axşam pik saatlarda sıxlıqdan vaqonlara minmək olmur. Bunu Metropoliten rəhbərliyi də inkar edə bilmir, müsahibələrində bəzən sutkada 700 min sərnişin daşıdıqlarını bildirirlər. Metropoliten rəhbəri T.Əhmədov maliyyə nəzarətinin zəif olmasını göstərən bu ziddiyyətli informasiyanı şərh etməkdən imtina edib.
Dövlətstatkoma görə, bu ilin 11 ayında metrodan 187 256,4 min nəfər istifadə edib. Bu, ötən ilin eyni dövründəkindən 5,8% çoxdur. Noyabrda bu göstərici 18 548.3 min nəfər olub. Noyabrda orta sutkalıq həcm 598 332 sərnişin təşkil edib. Bu, ötən ilin noyabrındakından 30 min nəfər çoxdur.
Bakı Metropolitenində sərnişin daşımaları həcmi 2009-cu ildə qiymətlər 3 dəfə artırılandan sonra azalmağa başlayıb. 2009-cu ildə sərnişin daşımaları həcmi 2,8% artaraq maksimuma - 206,1 mln nəfərə çatıb. Növbəti ildə bu göstərici 12,2% azalaraq 181,1 mln nəfər olub. O illərin müşahidəsi göstərir ki, qiymət artımından sonra sərnişinlər azalıb. Amma 2011-ci ildən sərnişin daşımaları artmağa başlayıb. 2012-ci ildə metroda sərnişin daşımalarının rəsmi səviyyəsi 195,6 mln nəfər olub.
Müstəqil ekspertlər dəfələrlə təklif ediblər ki, Bakı Metropoliteninin ödəniş terminalları Vergilər Nazirliyinin kassa nəzarəti sisteminə qoşulsun. Hələlik hökumət buna reaksiya göstərmir. Elə bu reaksiyasızlığın səbəbi də maraqlıdır.
Amma daha maraqlı və təəccüblü olanı yazının əvvəlində də qeyd etdiyimiz kimi, Bakı Metropoliteninin yeni hərəkət cədvəlinə keçməsi ilə bağlı göstərdiyi səbəbdir. Əgər Tağı Əhmədovun rəhbərlik etdiyi qurum yeni hərəkət cədvəlinə keçir və bunu da sərnişin axınının artımı ilə bağlayırsa, rəsmi rəqəmlər isə tamamilə əksinə - 2009-cu illə müqayisədə sərnişin axınının azaldığını göstərirsə, o zaman ortada yaranan ziddiyyətə də aydınlıq gətirməlidir.
Əks halda bu, ictimai rəydə fərqli yozumlara yol aça bilər.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-12-24 10:33:25
2024-12-24 09:49:00
2024-12-24 09:48:16
2024-12-24 09:20:00
2024-12-24 09:13:00
2024-12-24 08:55:44
2024-12-23 20:41:44
2024-12-23 20:34:54
2024-12-23 20:20:25
2024-12-23 20:07:03
2024-12-23 19:57:23
2024-12-23 19:20:35
2024-12-23 17:50:00
2024-12-23 17:16:45
2024-12-23 16:58:00
2024-12-23 16:57:00
2024-12-23 16:46:46
2024-12-23 16:40:00
2024-12-23 16:16:00