Cəmil Həsənlinin planı
11:47 21-12-2013
CƏMİYYƏT
Cəmil Həsənlinin planı
Müsavatsız yeni birlik
Milli Şurada proseslər səngimək bilmir. Müsavat partiyası konkret şərtini ortaya qoyub və çox böyük ehtimal ki, Milli Şuranı tərk edəcəklər. Elə buna görə də artıq bir sıra partiyalarla təkbə-tək görüşlər keçirir və hər birinə ikilikdə əməkdaşlıq təklif edirlər. Bu isə sübut edir ki, artıq Müsavat fərqli, Milli Şurasız xətt yürütməkdə israrlıdır.
Amma Cəmil Həsənli də başda olmaqla AXCP bütün güclərini səfərbər edərək Milli Şuranı qorumağa çalışırlar. Hətta Rüstəm İbrahimbəyov bəyan edib ki, Milli Şuranın qalması üçün fəxri sədrlikdən də istefa verə bilər:- "Müsavat başqanı İsa Qəmbərin başqa bir dövlətin vətəndaşının sədr olduğu təşkilatın üzvü olmaq Müsavat Partiyası üçün məqbul deyil fikirləri süni şeylərdir. Çünki Müsavatın başqanı vaxtilə məni namizəd kimi dəstəkləyirdi. Amma bilirdi ki, mən Rusiya vətəndaşıyam. Bizim partiyalar arasında 20 ildir mübahisələr gedir, səbəbini də başa düşmürəm. Ona görə də bunu ciddi qəbul etmirəm. Başa düşürəm ki, hansısa məqsədlə bir-birinə sataşırlar. Ancaq yenə deyirəm, dostlarım mənə məsləhət etsə ki, Milli Şuranın birliyini saxlamaq üçün yaxşı olardı sən istefa ərizəsi yazasan, onu da yazaram".Amma Cəmil Həsənli Rüstəm İbrahimbəyovun vəzifəsində qalmasına çalışır və buna uyğunda addım atır. Hətta belə ehtimal da var ki, hazırda Milli Şuranın yerdə qalan üzvləri Müsavatsız Milli Şuranın yenidən formalaşması prosesinə başlayıblar. Hesab edilir ki, Müsavat Milli Şuradan gedərsə bu boşluğu doldurmaq üçün Rəsul Quliyev geri qaytarılacaq və ALP-in də yenidən Milli Şurada təmsil olunmasına çalışacaqlar. Elə Müsavatıda narahat edən budur ki, Milli Şuradan ayrılandan sonra meydanda tək qala bilərlər və bütün müxalifət düşərgəsi Müsavatı müxalifəti parçalamaqda ittiham edər .Bu isə sözsüz ki, Müsavatın nüfuzuna zərbə olacaq. Elə bu günlərdə Cəmil Həsənlinin yeni sədr aparatı formalaşdırmasıda yuxarıda deyilənləri təsdiq edir. Belə ki, aparata Oqtay Gülalıyev (hüquq müdafiəçisi), Turqut Qəmbər, Ülvi Həsənli (hər ikisi "Nida" hərəkatı), Şahvələd Çobanoğlu (publisist), Yeganə Hacıyeva (Müsavat başqanının müşaviri) daxil olublar.Şuranın sədri Cəmil Həsənli bildirib ki, namizədləri seçərkən şəxsi keyfiyyətlərə, fərdi fəallığa və prezident seçkisi kampaniyası zamanı fəaliyyətin səmərəliliyinə əsaslanıb: "Gələcəkdə aparatın tərkibi genişləndirilə bilər".Gördüyünüz kimi aparat üzvləri seçkilərdə maksimum dərəcədə partiyasızlığa çalışılıb. Düzdür bunların sırasında Müsavat üzvü Yeganə Hacıyevada var. Amma o bu posta gələn kimi Müsavatdan imtina etdi. Bununla da təsdiqləndi ki, Cəmil Həsənli partiyalardan kənarda durmağa çalışır. Bəs bunun başqa səbəbləri nədir? İlk ehtimal oldur ki, Cəmil Həsənli Müsavatla AXCP-in əlində oyuncağa çevrilmək istəmir. Çünki son mitinqdə də göründü ki, AXCP və Müsavat istəyəndə aksiyalar uğurlu olur, istəməyəndə isə yox. Nəticədə də Cəmil Həsənli onların diqtəsi ilə hərəkət etmək zorunda qalır. Məhz buna görə də Cəmil Həsənli partiyalarla eyni məsafədə duraraq özünə komanda yaradır. İkinci başlıca səbəb isə Milli Şuranın gələcəkdə partiyaya çevrilmə ehtimalıdır. Qeyd edək ki, bu variant mümkün variantdır və Cəmil Həsənli çalışacaq ki, Milli Şura partiyaya çevrilərsə daha çox Ziyalılar İttifaqının və "El" hərəkatının bazasından istifadə etsin. Bunu da qeyd edək ki, Eldar Namazovda bir müddət öncə açıqlama vermişdi ki, "El" hərəkatını partiyaya çevirə bilərlər. Çox böyük ehtimal ki, hərəkatı yox, elə Milli Şuranı patiyaya çevirmək istiqamətində işlər görülür. Bundan başqa gəncləri ətrafına toplayan "Nida" və "ReAl" təşkilatları da Cəmil Həsənlinin yaradacağı partiyaya qoşulsunlar. Belə olan halda yeni yaranacaq partiya kifayət qədər güclü olacaq. Bunu da qeyd edək ki, cəmiyyətin ənənəvi müxalifətə inamı qalmayıb və yeni qüvvə yaranarsa çox böyük ehtimal ki, bu qüvvələrə hardasa maraq ola bilər.Görünür Cəmil Həsənlidə bunu hesablayıb və buna görə belə taktiki gedişlərdən istifadə edirlər. Hər halda yaxın günlərdə proseslərə ciddi aydınlıq gətiriləcək və
müxalifət daxilində baş verən təlatümün detalları ortaya çıxacaq
Toğrul Əliyev
Digər Xəbərlər
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49
2024-12-24 16:16:33
2024-12-24 16:13:00