Zakir Həsənov 2 ayda bacarıqlı oldu ya yox?
11:15 24-12-2013
CƏMİYYƏT
Zakir Həsənov 2 ayda bacarıqlı oldu ya yox?
İslahatlar orduda inamı bərpa etdi
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun vəzifəyə təyin olunmasından iki ay vaxt keçir. Bununla bağlı "Doktrina" Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzi hesabat hazırlayıb. Gəlin hesabatdakı bəzi məqamlara baxaq. Hesabatda deyilir:-"İki aylıq dövrdə 50-dən artıq orta və yüksək vəzifəli hərbi qulluqçu ehtiyata göndərildi və ya başqa vəzifəyə göndərildi.
Bu dövrdə Müdafiə Nazirliyində kadr islahatlarının aparıldığı barədə məlumatlar verildi. Lakin bu kadrların Azərbaycan Silahlı Qüvvələrinə hər hansı fayda verəcəyinə inanmaq çox çətindir. Birincisi, bu kadrların əksəriyyəti bir vaxtlar Səfər Əbiyevin yaxın adamları olublar və beləliklə, ordumuzdakı pis durumun ortaya çıxmasında, korrupsiya və rüşvətxorluğun tüğyan etməsində, əsgər ölümlərinin sayının artmasında onların da birbaşa və dolayı məsuliyyəti var. İndi həmin kadrları yenidən vəzifəyə gətirməklə orduda hansısa ciddi dəyişikliklərin olacağına inanmaq sadəcə sadəlövhlükdür. İkincisi, bu kadrlar arasında NATO standartlarına uyğun kimisə tapmaq çox çətindir və məlumatlara görə, onların hamısı Sovet hərb sisteminin yetirmələridirlər və beləliklə, bu kadrlarla Azərbaycan Silahlı Qüvvələrində hansısa NATO standartlarının tətbiq olunacağı inandırıcı deyil". Amma ekspertlər bu fikirdə deyillər. Belə ki, mütəxəssislərin rəyinə görə zamanında bu zabitlər ordudan ona görə uzaqlaşdırılmışdılar ki, Səfər Əbiyevin korrupsiya maşınında iştirakdan imtina etmişdilər. Bəziləri isə dayaqsız olduqlarından müxtəlif vaxtlarda nazirin qurbanlıq oyunçularına çevrilmişdilər. Məhz bu səbəbdən zamanında vurulmuş peşəkar kadrların geri qaytarılması məqsədəuyğun hesab edilir.
Daha sonra hesabatda struktur dəyişikliklərinə diqqət ayrılır:-" "Doktrina" JHAM ekspertləri Naxçıvandakı Əlahiddə Ümumqoşun Ordusunun yaradılmasını əsaslandırılmamış qərar hesab edir. Düzdür, bu, müdafiə nazirinin səlahiyyətindən kənar məsələdir, amma düşünürük ki, ölkə rəhbərliyi qərarı verərkən əsasən müdafiə nazirinin mövqeyinə əsaslanıb. Hesab edirik ki, bu qərar Azərbaycan Silahlı Qüvvələrinin bir mərkəzdən idarəolunması istiqamətində problemləri ortaya çıxacaq və ən əsası, hərbi xərclərin lazımsız məsələlərə yönləndilməsinə gətirəcək. Eyni zamanda bu qərar Naxçıvandakı hərbi hissələrdə hərbçilərin hüquqlarının pozulması hallarının qarşısını almayacaq, korrupsiyanın miqdarının daha da artmasına gətirib çıxaracaq. Bu qərarın Silahlı Qüvvələrin hissə və bölmələrinin döyüş qabiliyyətinin artırılmasına səbəb olacağı barədə ciddi şübhələr var". Amma ekspertlər hesab edir ki, bu fikirdə kökündən yanlışdır. Çünki Naxçıvanda belə bir birləşmənin yaradılması Ermənistanın blokadasında olan muxtar respublikanın mərkəzləşdirilmiş şəkildə təhlükəsizliyinin təmin olunmasına dəstək olacaq. Qeyd edək ki, hələ sovetlər dövründə belə idarəetmə formasından istifadə edilirdi və kifayət qədər ciddi nəticələr əldə edilmişdi. Həmçinin konstitusiyası olan muxtar resbublikanın belə bir birləşməyə sahib olmasıda tam qanunauyğundur. Beləliklə ekspertlər hesab edir ki, hazırlanan hesabat reallığa uyğun deyil və yeni nazirin həyata keçirtdiyi islahatlar orduda özünəinamı tam olaraq bərpa edib.
Toğrul Əliyev
Digər Xəbərlər
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49
2024-12-24 16:16:33
2024-12-24 16:13:00