"Gecəqonduların əraziləri halallıq yolu ilə alınmalıdır"
11:19 24-12-2013
CƏMİYYƏT
"Gecəqonduların əraziləri halallıq yolu ilə alınmalıdır"
Prezident göydələnlərlə bağlı təklif vedi
Dekabrın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın icrasının yekunlarına həsr olunmuş konfrans keçirilib. Dövlət başçısı əvvəlcə Bakı şəhərində və ətraf qəsəbələrdə həyata keçirilən yenidənqurma tədbirlərini əks etdirən fotostendlərlə tanış olub. Prezident İlham Əliyev konfransı giriş nitqi ilə açıb. Sonra Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov, iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev, "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov və "Azəristiliktəchizat" Açıq Səhmdar Cəmiyyətinin sədri Yaşar Həsənov çıxış ediblər. Dövlət başçısı konfransda yekun nitqi söyləyib.
Publika.az-ın məlumatına görə isə müşavirədə Bakı şəhərinin inkişafı ilə bağlı mühüm mesajlar verilib. Məlumatına görə, iclasda çıxış edən dövlət başçısı bildirib ki, Səttarxan zavodunun vaxtilə sökülməsinin əleyhinə çıxanlar tapılsa da, indi onun yerində dünyanın ən gözəl memarlıq abidələrindən biri olan Heydər Əliyev mərkəzi ucaldılıb. Prezidentin çıxışı bir sıra mühüm məqamlarla yadda qalıb. O, qeyd edib ki, bundan sonra Bakı şəhərində göydələnlərin tikilməsi məhdudlaşdırılmalı, ictimai maraqlara cavab verən zonaların inşası genişləndirilməlidir. Onun fikrincə, bundan sonra Bakıda çoxmərtəbəli bina tikmək istəyən özəl şirkətlər şəhərin mərkəzində və ətrafındakı gecəqonduların sahibləri ilə anlaşaraq, halallıq yolu ilə o əraziləri satın almalıdırlar.
Prezident "Qış bulvar"ı ilə bağlı açıqlama da verib. O qeyd edib ki, bu ifadənin necə yaranmasından xəbərsizdir. Söhbət əslində yeni parkın salınmasından və şəhərin mərkəzi hissəsində daim müşayiət olunan nəqliyyat gərginliyinin azaldılmasından gedirmiş.
Digər Xəbərlər
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49
2024-12-24 16:16:33
2024-12-24 16:13:00