Müsavat parçalanmaq üzrədir
13:14 25-12-2013
CƏMİYYƏT
Müsavat parçalanmaq üzrədir
Kütləvi istefalar qaçılmazdır
Müsavat partiyası indidə yeni problemlə üz-üzə qalıb. Bu dəfə problem kənardan yox öz daxilindən gəlir. Belə ki, partiya rəhbərliyində olan və bəzi rayon təşkilatları partiya rəhbərliyinin həyata keçirtdiyi siyasi kursla razılaşmırlar bu isə özlüyündə istefa dalğasının yaranmasına gətirib çıxaracaq. Belə ki, Müsavat partiyasının rəhbərliyində olan, həmçinin sıravi üzvlərin bir hissəsi partiyanın Milli Şuradan çıxmasına qarşıdılar və hesab edirlər ki, bu addım müxalifəti bir dəfəlik parçalayacaq.
Buna görə də təkid edirlər ki, bu əməkdaşlıq davam etdirilsin. Müsavat rəhbərliyindəkilər isə digər partiyalarla ikitərəfli əməkdaşlığa üstünlük verməklə yaranan problemi aradan qaldırmağa çalışırlar. Amma deyəsən buna nail ola bilməyəcəklər. Çünki istefa verənlərdən biri artıq bəyan edib ki, partiyanı tərk etməsində Müsavatın Milli Şuradan çıxmağa həvəs göstərməsidir. “Müsavat Partiyasının Milli Şuradan getmək niyyətinin mənim istefa barədə qərarıma təsiri olub”. Bunu açıqlamasında Müsavat Partiyası başqanının keçmiş müşaviri Yeganə Hacıyeva deyib. O bildirib ki, partiyadan istefasının digər səbəbləri olsa da, bu barədə geniş danışmaq istəmir.Y. Hacıyeva qeyd edib ki, Müsavat Partiyasından istefa versə də, Milli Şuranın Sədr Aparatındakı fəaliyyətini davam etdirəcək: “İstefamın müəyyən səbəbləri var. Lakin mən bu barədə danışmaq istəmirəm. Çünki bu, sonradan xoşagəlməz məqamlar yaradır. Mən bildirmişəm ki, mühüm olan partiyalar, siyasi qurumlar deyil, mühüm olan Azərbaycandır və cəmiyyətin maraqlarıdır. Təbii ki, narazı olduğumuz məqamlar var idi. Açıq olan suallar çox idi. Lakin bu partiya mənim uzun illər təmsil olunduğum və dostlarımın olduğu partiyadır. Müsavat həm də mənim keçmişimdir və mən o keçmişimlə fəxr edirəm”.Bunu da qeyd edək ki, hazırda daha çox narahatçılıq yaradan məqamlardan biri də partiyanın rayon təşkilatlarındadır. Bildirilir ki, zamanında AXC-də olmuş Müsavatın hazırki üzvlərinin böyük hissəsi hesab edir ki, müxalifətin birliyi məhz AXCP və Müsavatın birliyi ilə mümkündür. Bu gün isə Müsavat AXCP-dən uzaqlaşmaq xətti tutub. Buna görə də sıravi partiya üzvləri bu dəfə günahı qarşı tərəfdən yox, elə partiya rəhbərliyinin özündə axtarırlar. Hətta bu günlərdə Müsavatın nədən AXCP-dən kənarlaşmağa cəhd etməsi ilə bağlı yeni versiyada ortaya atılıb. Belə ki, siyasi kluarlarda informasiya dolaşır ki, Müsavat Milli Şuradan hakimiyyətlə razılaşmaya görə gedir. Ssenari isə belədir. Müsavat Milli Şuranı tərk edir, təşkilatlanma işlərinə başlayır. Hakimiyyət isə 2015-ci ildə keçiriləcək parlament seçkiləri ilə bağlı Seçki Məcəlləsində dəyişiklik edəcək və proporsional seçki sistemi tətbiq olunacaq. Nəticədə Müsavat 8 mandat ədə edə biləck. Məhz bu xəbər gündəmə gələndən sonra sıravi müsavatçıların partiya rəhbərliyinə narazılığı artıb. Ekspertlər bunu da bildirir ki, sıravi müsavatçıların partiya rəhbərliyinə qarşı aqressiv olmasında AXCP-in də ciddi rolu var. Belə ki, sosial şəbəkələrdə cəbhəçilər belə bir rəy yaradıblar ki, Milli Şuranı tərk edənlərin tək adı –xəyanətkardır. Demək olar ki, bu fikir artıq kütləvi şəkild qəbul olunmağa başlanıb və təsirləri də özünü göstərir. Həmçinin Rüstm İbrahimbəyovun aqressiv açıqlamaları da bu fikrin formalaşmasına təsir edir. Belə ki, Rüstəm İbrahimbəyov açıq şəkildə bəyan etdi ki, Milli Şuraya qarşı çıxanlar hakimiyyətlə işbirliyində olanlardır. Bu cür qınaqları isə deyəsən sıravi müsavatçılar qəbul etmək niyyətində deyillər və buna görə də partiya sıralarını tərk etməyə hazırlıq görürlər.
Toğrul Əliyev
Digər Xəbərlər
2024-12-24 23:48:13
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49