Türkiyədə yüksək rütbəli məmur oğlu Azərbaycana qaçdı
13:16 25-12-2013
CƏMİYYƏT
Türkiyədə yüksək rütbəli məmur oğlu Azərbaycana qaçdı
Türkiyədə Rəcəb Tayyib Ərdoğan iqtidarını sarsıdan və arxasında Fətullah Gülənin dayandığı 17 dekabr həbs əməliyyatının ardınca Ankara Böyükşəhər bələdiyyə başqanı Məlik Gökçəkin oğlu Osman Gökçəkin Azərbaycana qaçdığı məlum olub.
Üç nazir oğlunun də həbs olunduğu əməliyyatdan sonra “Beyaz TV”-nin sahibi olan başqan oğlu “iş dalınca” təcili Azərbaycana uçub. Məlumatı internet portallarından birinə AKP-yə yaxın qaynaq verib.
Melik Gökçək növbəti dəfə AKP-nin Ankara bələdiyyə başqanlığına namizədliyi irəli sürülüb. Bildirilir ki, namizədliyi açıqlanmazdan əvvəl o, baş nazir Ərdoğanın lehinə tez twitter mesajları yayırmış. Lakin Melik Gökçək 17 dekabrdan bu yana bir dəfə də olsun Fətullah Gülən təriqətinin əleyhinə mesaj yaymayıb.
Ankara bələdiyyə başqanının təriqəti qəzəbləndirəcək hər hansı bəyanatla çıxış etməkdən çəkinməsi AKP içərisində onun əleydarlarını daha da qəzəbləndirib.
Bələdiyyə başqanının oğlunun sahibi olduğu “Beyaz TV” isə açıq şəkildə Fətullah Güləni vurmasa belə siyasətə dair tok-şoularında təriqəti tənqid edən ekspertlərə tribuna verir.
Müşahidəçilər qeyd edir ki, Melik Gökçək Fətullah Gülənlə Ərdoğan arasında müharibədə kimin üstün gələcəyini gözləyir və bu mərhələdə tərəflərdən hansısa birini dəstəkləməməyi üstün tutur.
Qeyd edək ki, Ankara bələdiyyə başqanının oğlu birinci dəfə deyil Azərbaycana qaçır. 2009-cu ildə Türkiyədəki bələdiyyə seçkiləri ərəfəsində də Melik Gökçəkin oğlu yaralı halda Bakıya qaçmışdı.
Bəs bələdiyyə başqanının oğlu həmin il Bakıya niyə qaçmış, yaxud qaçırılmışdı?
Xatırladırıq ki, həmin seçki ərəfəsində AKP-nin Ankara Keçiörən bələdiyyə başqanlığına namizəd Turqut Altınokla bağlı qalmaqal baş verib. Keçmiş MHP-çi olan və AKP qurulduqdan sonra bu partiyaya keçərək Keçiörən bələdiyyə başqanı seçilən Altınok bu seçkilərdə namizədliyini verdikdən onun seks görüntüləri internetdə yayılıb. T.Altınok bu görüntülərin yayılmasında Melik Gökçəki günahlandırıb. Bildirilib ki, görüntülərin yayılmasını Gökçəkin bizneslə məşğul olan oğlu Osman təşkil edib.
Nəticədə T.Altınok namizədliyini geri götürməyə məcbur olub və uzun müddətdir intriqalarda olduğu Ankara bələdiyyə başqanı ilə haqq-hesab çəkməyi qərara alıb. O, görüntüləri yayan Osman Gökçəki ayağındab tapança ilə vurub. Lakin bu hadisə Gökçəkin seçki kampaniyasına zərbə vura biləcəyinə görə gizli saxlanılıb, hadisəni gizlətmək üçün Gökçəkin oğlu Osman Gökçək Türkiyədəki xəstəxanalara da yerləşdirilməyib. Onu gizli şəkildə əvvəlcə Dubaya, 4 gün sonra isə Bakıya gətirib, buradakı xəstəxanaların birinə yerləşdiriblər. Daha sonra izi itirmək məqsədilə
Ankara bələdiyyə başqanının oğlunu Bakıdan naməlum ölkəyə aparıblar.
Alı
Digər Xəbərlər
2024-12-26 01:06:40
2024-12-26 00:27:14
2024-12-26 00:16:51
2024-12-26 00:05:12
2024-12-25 23:30:42
2024-12-25 23:06:31
2024-12-25 22:45:19
2024-12-25 22:17:27
2024-12-25 21:54:31
2024-12-25 21:39:19
2024-12-25 21:00:21
2024-12-25 20:15:03
2024-12-25 19:58:16
2024-12-25 19:55:22
2024-12-25 19:43:09
2024-12-25 19:27:03
2024-12-25 19:25:29
2024-12-25 19:03:45
2024-12-25 18:41:55
2024-12-25 18:18:24