Əli İnsanovun bəyanatına cavab: “Qaçqınların adından sui-istifadə etməyin!”
13:17 25-12-2013
CƏMİYYƏT
Əli İnsanovun bəyanatına cavab:
“Qaçqınların adından sui-istifadə etməyin!”
“Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsindən böyük dəstək alırıq və şübhəsiz, bundan sonra da dəstək alacağıq. Ona görə də bu məsələlər hamısı müəyyən siyasi proseslərdə qaçqınların adından istifadə etmək istəyənlərin işinə yarayır.
Biz, Qaçqınlar Cəmiyyəti olaraq xahiş edirik ki, qaçqınların adından istifadə eləmək yox, əksinə, qaçqınların problemlərinin həllinə kömək olun. Azərbaycandakı siyasi təşkilatlar, ayrı-ayrı şəxslər konkret fəaliyyət ortaya qoysunlar. Məsələni siyasiləşdirməsinlər”.
Bunu açıqlamasında Azərbaycan Qaçqınlar Cəmiyyətinin sədri Əziz Ələkbərli deyib. “Azərbaycan Qaçqınlar Cəmiyyəti olaraq bildiririk ki, istər qaçqınların, istərsə də məcburi köçkünlərin problemləri daim Azərbaycan hakimiyyətinin diqqət mərkəzində olub və bu illər ərzində məsələ ilə bağlı dövlət başçısının bir sıra fərman və sərəncamları imzalanıb. Bu il Qərbi Azərbaycan qaçqınlarının sonuncu deportasiyasının 25-ci ili tamam olur və bu, təkcə qaçqınların yox, həm də bütün Azərbaycan xalqının tarixi faciəsidir. Biz həmin tarixdə tarixi torpaqlarımızın böyük bir hissəsini itirmişik, 250 min nəfər soydaşımız öz ata-baba yurdlarından didərgin düşüb. Biz, Azərbaycan Qaçqınlar Cəmiyyəti olaraq, il boyu bu məsələni diqqət mərkəzində saxlamışıq və bu məsələ ilə bağlı bir sıra tədbirlərin keçirilməsini planlaşdırmışıq. Bu məsələdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi və şəxsən Komitənin sədri, baş nazirin müavini Əli Həsənov bizi dəstəkləyib və biz həmin tədbirlərimizi Komitənin dəstəyi ilə həyata keçiririk”.
Ə. Ələkbərli bildirib ki, qaçqınların problemləri ilə bağlı bir çox məsələlər, xüsusilə qaçqınların məskunlaşması problemi həll olunub, lakin bəzi müşküllər qalmaqdadır. “Qaçqınlar Cəmiyyəti olaraq bütün bu məsələlərlə bağlı ölkə başçısına xüsusi müraciət ünvanlamışıq və ümid edirik ki, həmin məsələlər də bu yaxında həll olunacaq. Bəzi təşkilat və siyasi ambisiyalı şəxslərin bu məsələlərdən sui-istifadə etməsini isə yolverilməz hesab edir və bunu qəti şəkildə pisləyirik. Qərbi Azərbaycan qaçqınlarının adından bu cür qərəzcəsinə istifadə etmək yox, problemlərin həllində Azərbaycan hakimiyyətinə yardımçı olmaq lazımdır. Qaçqınlar bu yaxınlarda keçirilən Prezident seçkilərində öz qəti mövqelərini bildirmiş və cənab İlham Əliyevin namizədliyini birmənalı şəkildə dəstəkləmişlər”. Qeyd edək ki, keçmiş səhiyyə naziri Əli İnsanov bəyanat verib. Vəkil Toğrul Babayev vasitəsilə açıqlanan bəyanatda Ə. İnsanov məcburi köçkünlərin hüquqlarının qorunmadığına diqqəti çəkib. Bəyanatda bildirilir ki, 25 il keçməsinə baxmayaraq hələ də məcburi köçkünlərin problemləri həllini tapmayıb.
Digər Xəbərlər
2024-12-24 23:48:13
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49