“Əslində, Ermənistanda hakimiyyət yoxdur”
12:54 26-12-2013
CƏMİYYƏT
“Əslində, Ermənistanda hakimiyyət yoxdur”
David Şahnəzəryan: “Ermənistan Rusiya imperiyasının tərkib hissəsinə çevrildi”
Ermənistanın Rusiyanın təşkil etdiyi Gömrük Birliyinə və Avrasiya İttifaqına daxil olmaq yönündə atdığı real addımlar ölkə müxalifətinin liderləri tərəfindən konkret arqumentlərə əsaslanan kəskin etirazlarla qarşılanır və şərh olunur.
Müxalifət liderləri hesab edirlər ki, hazırkı Ermənistan iqtidarı ölkənin milli maraqları və dövlət suverenliyinin ziddinə hərəkət edərək Kremlin adicə əlaltısına çevrilib və sadəcə, Ermənistanda Rusiyanın iradəsini gerçəkləşdirməklə məşğuldur.
Belə ki, Ermənistanın keçmiş milli təhlükəsizlik naziri David Şahnəzəryan dünən İrəvanda keçirdiyi mətbuat konfransında bildirib ki, “Ermənistan Rusiya imperiyasının tərkib hissəsinə çevrildi və hazırda bunun hüquqi təminatı baş verir”.
Armenia today saytının yazdığına görə, Şahnəzəryan deyib: “Bu ərəfədə Moskavada imzalanmış sənəd sentyabrın 3-də başlanmış prosesin məntiqi davamıdır. Serj Sərkisyan o zaman öhdəlik götürmüşdü ki, Ermənistan Gömrük Birliyinə daxil olacaq”.
Keçmiş nazir hesab edir ki, “ArmRosQazProm” üzrə razılaşmadan sonra ölkənin fəaliyyətdə olan konstitusiyasına zidd gedən hesabca ikinci sənəd imzalanıb.
Şahnəzəryanın dəyərləndirməsinə görə, “Əslində, Ermənistanda hakimiyyət yoxdur, Rusiya imperiyasının maraqlarımızı qoruyan təmsilçiləri var. Xarici siyasət, iqtisadi sahə və həmçinin milli təhlükəsizlik üzrə bütün önəmli qərarlar Kremldə qəbul edilir”.
Onun sözlərinə görə, “Bu gün Ermənistanda az adam Gömrük Birliyi və Avrasiya İttifaqına daxil olmağın təhlükəsindən danışır. Bu proses məntiqi sonluğunu tapsa, indiki hökumət konstitusiyadan kənar olacaq və indiki hökuməti de-yure satqın elan etmək mümkün olacaq”.
O deyib: “Əslində, Robert Köçəryanın konstitusiyanın müddəalarını pozub seçkilərdə qatıldığı və prezident olduğu 1998-ci ildəki durum təkrar olunur. Bundan sonra nə baş verdiyinin hamımız çox gözəl bilirik – ölkənin iqtisadiyyatı və energetikası Rusiyanın əlinə verildi. Serj Sərkisyan Ermənistanın ikinci prezidentinin başladığıl işi davam etdirir və bütün bunlar əsas siyasi qüvvələrin sükutu fonunda baş verir”.
O, qeyd edib ki, parlamentdəki əsas qüvvələr Gömrük Birliyinə daxil olmağa etiraz etmədi, lakin “ErmRusQazProm” üzrə razılaşmaya etirazlarını bildirdilər: “Bu mövqe başa düşülən deyil, çünki bu razılaşma Gömrük Birliyinə daxil olmağın vizit kartıdır. Necə deyərlər, bəlalar başlanıb, təzələrinə hazırlaşın”.
Nəzəryan keçmiş prezident Levon Ter-Petrosyanın “Ermənistanda avromaydanın mümkünsüzlüyü barədə son bəyanatına toxunarkən qeyd edib ki, “Bu, Ermənistan Milli Konqresinin mövqeyidir. Əgər biz konstitusiya qanununun bərpasə ideyasından, sistemli islahatların keçirilməsindən, həmçinin dövlətçilikdən və suverenlikdən imtina ediriksə, belə bir bəyanat tamamilə qəbil edilə bilər”.
O bildirib ki, “Təbii ki, Ermənistanda antirusiya əhvali-ruhiyyəsi yoxdur, lakin Rusiya imperiyasının Ermənistana münasibətdə yürütdüyü siyasətin doğurduğu antiimperiya əhvali-ruhiyyəsi göz qabağındadır. Kremlin Ermənistana münasibətdə siyasəti düşmən dövləti silahlandırmaqdan, bu cür razılaşmalarla Ermənistanın ləyaqətini alçaltmaqdan, Ermənistandan mühacir axınını təmin etməkdən ibarətdir. Bütün bunlar Kremlin ardıcıl siyasətidir. İndiki hakimiyyət sistemi isə nəinki bizim maraqlarımızı, heç ləyaqətimizi də qorumağa qabil deyil. Hakimiyyət könüllü şəkildə köləliyə gedir və bu ən alçaldıcı amildir”.
Nurlan Gündüzlü
Digər Xəbərlər
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49
2024-12-24 16:16:33