Tanınmış yazardan Cəmil Həsənliyə istefa çağırışı
13:24 26-12-2013
CƏMİYYƏT
Tanınmış yazardan Cəmil Həsənliyə istefa çağırışı
Tanınmış şair, köşə yazarı Elnur Astanbəyli Milli Şuranın sədri, prezidentliyə keçmiş namizəd Cəmil Həsənliyə çağırış edib. O, çağrışında Cəmil Həsənlidən Azərbaycan Yazıçılar Birliyindən istefa verməsini istəyib.
Yazar özünü demokratik düşərgənin lideri hesab edən şəxsin antidemokratik quruma üzv olmasını doğru saymadığını deyib. “Bu gün siz demokratik düşərgənin lideri statusundasınız. Azərbaycanın azad, çağdaş bir ölkəyə çevrilməsi uğrunda mübarizənin önündəsiniz. Belə olan təqdirdə bütün zamanlarda yalnız irticadan, şərdən yana olmuş bir qurumun - Azərbaycan Yazıçılar Birliyinin sıralarında hələ də qalmağınız nə qədər doğrudur?” - deyə E. Astanbəyli sual edib.
Cəmil Həsənli isə Elnur Astanbəylinin çağırışına cavab verərkən maraqlı fikirlər səsləndirib: “Yazıçılar Birliyinin şərdən, irticadan yana olan bir qurum olduğunu Elnur bəy iddia edir. Amma mən hesab etmirəm ki, Yazıçılar Birliyi şərdən, iticadan yana olan bir qurumdur. Burada Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələri təmsil olunub və bu gün də təmsil olunurlar. Azərbaycanda şər, irtica varsa, bunu Yazıçılar Birliyi ilə əlaqələndirmək doğru deyil. Bu qurum ictimai təşkilatdır”.
Cəmil Həsənli bildirib ki, o, təkcə Yazıçılar Birliyinin üzvü deyil: “Mən eyni zamanda Türk Tarix Qurumunun, bir sıra nəşrlərin, bülletenlərin, beynəlxalq analiz qruplarının da üzvüyəm. Bunlar mənim siyasi yönümü müəyyən etmir. Hər hansı təşkilatda olub-olmamağım özümlə bağlı olan məsələdir. Yazıçılar Birliyi qeyri-siyasi qurumdur. Mən hesab etmirəm ki, bu, ciddi məsələdir. Bilmək istəyirsinizsə, mənim Anara böyük hörmətim var. Bu hörmət daimidir. Kiminsə nəyisə yazmağı ilə bağlı deyil”.
C. Həsənlinin AYB-dən istefa verməsi ilə bağlı Elnur Astanbəylinin çağrışına tanınmış yazıçı Seymur Baycan da münasibət bildirib. O, Elnur Astanbəylinin bu çağırışını sadəlövhlük kimi qiymətləndirib: "Bəzi insanlar bu kimi məsələləri xırda söhbət hesab edirlər. Əslində isə bu kimi məsələlər çox ciddi məsələlərdir. Mədəniyyət məsələlərində prinsipiallıq göstərə bilməyən adamın başqa məsələlərdə də prinsipiallıq göstərə biləcəyin inanmaq çətindir. Mən düşünmürəm ki, Cəmil Həsənli AYB-ni tərk etsin. Nəinki Elnur Astanbəyli, bütün ölkə ictimaiyyəti yığışsa da, bütün köşə yazarları bu haqda yazsa da, nə qədər Cəmil müəllimə çağırışlar olsa da, alınmayacaq. Cəmil müəllim AYB-ni tərk etməyəcək. Bu, mümkün deyil. Onun oradan çıxması bir halda mümkündür, gərək Anar Rzayev onu AYB-dən qovsun. Bunun üçün də gərək tapşırıq verilsin. Düşünürəm ki, Elnur çox sadəlövh bir çağırış edib".
"Sizcə, Cəmil Həsənli niyə AYB-dən istefa verəməyəcək?" sualına Seymur Baycanın cavabı belə olub: "Qorxurlar Anardan. Hamısı qorxur. Cəmil Həsənli özü Anar haqqında yazı yazıb, böyük rəğbəti var. Ona görə də alınmayacaq".
Aliyə
Digər Xəbərlər
2024-11-23 09:40:24
2024-11-23 09:23:00
2024-11-23 09:13:51
2024-11-23 08:53:12
2024-11-22 23:33:36
2024-11-22 22:48:30
2024-11-22 20:35:08
2024-11-22 19:38:04
2024-11-22 18:45:14
2024-11-22 18:41:19
2024-11-22 18:05:14
2024-11-22 17:54:00
2024-11-22 17:28:04
2024-11-22 16:55:08
2024-11-22 16:46:45
2024-11-22 16:39:35
2024-11-22 16:28:54