Müsavat Rüstəm İbrahimbəyovu bitirdi
15:12 27-12-2013
CƏMİYYƏT
Müsavat Rüstəm İbrahimbəyovu bitirdi
Ssenarist Milli Şura ilə vidalaşdı
Milli Şuranın fəxri sədri Rüstəm İbrahimbəyov vəzifəsindən istefa verdi. Demək olar ki,bu könüllü istefa yox Müsavat partiyasının tələb və təzyiqi ilə postundan imtina etdi. Əslində Rüstəm İbrahimbəyov seçkilərə bir neçə gün qalmış müxalifət düşərgəsindən uzaqlaşmışdı və Rusiyanın verdiyi vədləri ala bilmədiyinə görə gündəmdən kənarda qalırdı. Amma fəxri sədr kimi simvolik vəzifəni əlində saxlamaqla gələcək planlarını reallaşdırmaq üçün fürsət gözləyirdi.
Amma Müsavat Rüstəm İbrahimbəyovu az qala kəmfürsət adlandıraraq dalana dirədilər. Bu isə nəticə. Maraqlıdır ki, Rüstəm İbrahimbəyov da istefası zamanı belə Müsavata son zərbəsini vurmağa çalışdı və buna naildə oldu. Belə ki, ssenarist bu dəfə Müsavatı açıq şəkildə hakimiyyətin siyasətini həyata keçirən güc kimi dəyərləndirdi. Onun yazdığı müraciətdə deyilr:-" Milli Şuranı tənqid edənlər öz destruktiv hərəkətlərini bizim təşkilatın "sıralarının təmizliyindən" narahatlıqları ilə ört-basdır edirlər, lakin ardıcıl olaraq qurumun yaradılmasına, prezident seçkisində Cəmil Həsənlinin namizədliyinin irəli sürülməsinə necə mane olduqlarını unudurlar".
İbrahimbəyov qeyd edib: "Müsavat Partiyası rəhbərliyinin mənim Milli Şuranın fəxri sədri seçilməyim ətrafında apardığı diskussiyaların Milli Şuraya qarşı ümumi kampaniyanın tərkib hissəsi olduğunu nəzərə alaraq qurumun fəxri sədri postundan imtina etməyi öz borcum hesab edirəm". Sözsüz ki, Rüstəmç İbrahimbəyovun açıq şəkildə Müsavatı təhqir etməsi təsirsiz ötüşməyəcək. İlk reaksiya isə elə Rüstəm İbrahimbəyovun öz silahdaşları,"EL" hərəkatının Ali Məclisinin sədrindən gəldi. "Milli Şuranın kəlimeyi-şəhadətini bu günə qədər ürəyində oxuyanlar, bundan sonra bunu bərkdən oxuya bilərlər. Psevdomillətçi şüarlarla fəaliyyət göstərən partiyalar üçün meydan boşdur. Qoy, yenə də 20 il öz enerjilərini bir-biriləri ilə didişməyə sərf etsinlər".Bunu Eldəniz Quliyev deyib. Onun sözlərinə görə, bu istefa ilə Milli Şuranın kəlimeyi-şəhadəti oxundu və artıq orada təmsil olunmaq öz mənasını itirdi.Həmçinin Eldəniz Quliyev Milli Şuranın sədri Cəmil Həsənlidən bu məsələyə diplomatik yox, səmimi münasibət bildirməyi tələb edib. Hadisəni "Unikal"a şərh edən millət vəkili Zahid Oruc hesab edir ki, Rüstəm İrahimbəyov olayı əslində olmayan bir şey idi:- "Məgər Rüstəm İbrahimbəyov siyasətə gəlmişdi ki, indi də siyasətdən getsin? Onun Milli Şuranın işindəki iştirakı da sırf simvolik xarakter daşıyırdı və virtual planda baş verirdi. Zatən onu zorən siyasətçi etmişdilər. Buna görə də onun Milli Şuradan və ümumən siyasətdən aralanmasını onun özü üçün düzgün addım hesab edirəm".
Millət vəkilinin sözlərinə görə, "Rüstəm İbrahimbəyov kinodramaturgiya sahəsində kifayət qədər uğurlar qazanmış bir sənətçidir. Lakin təəssüflər olsun ki, onun siyasi odisseyası başlanmadan sona çatdı və bu uğursuzluqda ondan başqa kiminsə təqsiri yoxdur. Kinodramaturq Azərbaycan hakimiyyətindən şəxsi səbəblər üzündən incik düşmüşdü və cəhd edirdi ki, bu incikliyi siyasi müstəviyə transfer etsin. Lakin bu səylər heç bir nəticə vermədi. Görərsiniz, o bundan sonra çalışacaq ki, Azərbaycan hakimiyyəti ilə yandırdığı körpüləri bərpa etsin". Həqiqətən də əksər ekspert hesab edirdi ki, Rüstəm İbrahimbəyov müxalifətə gəlməkdən peşman olmuşdu və fürsətdən yararlanaraq indi aradan çıxdı. Bu arada çıxılmaz duruma düşən tərəf AXCP oldu. Belə ki, AXCP İbrahimbəyova dəstək verirdi, indi isə meydanda tək adı. Güman edilir ki, yaxın günlərdə Milli Şurada Müsavatla AXCP-dən başqa hansısa qüvvə qalmayacaq. Bu isə o deməkdir ki, Milli Şura kitabı artıq bağlanılıb. Hədəfdə isə hələ ki, Müsavatdır. Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxan "Unikal"a verdiyi asçıqlamada bildirdi ki, "Rüstəm İbrahimbəyovu bezdirib Milli Şuradan getməyə vadar etdikləri üçün Müsavat Partiyasındakı əcinnələr dəstəsini təbrik etmək olar. Müsavatçılar indi də onun Rusiya vətəndaşı olduğu üçün Milli Şuraya sədrlik edə bilməyəcəyini bəhanə etməyə başlamışdılar. Azərbaycanda hamı bilir ki, Rüstəm müəllim xeyli əvvəl Rusiya vətəndaşlığından çıxmaq üçün bu ölkənin qurumlarına rəsmən ərizə verib. Məgər onun günahıdır ki, rus məmurları bu problem həll etmək istəmirlər?"
Əvəz Temirxanın sözlərinə görə, "Hakimiyyətin bir qolu olan Müsavat Partiyasının müxalifət daxilindəki əngəlləyici vbə bölücülük missiyasına son qoymağın zamanı yetişib və müxalifətdə olan hər bir kəs bunu dərk etməlidir".
Azərbaycan Sosial-Demokrat Partiyasının sədri Araz Əlizadənin "Unikal"a bildirdiyinə görə, "İsa Qəmbər hələ Azərbaycan Xalq Cəbhəsi yaradılandan bəri həmişə dağıdıcılıqla məşğul olub. O vaxtlar dəstə yaradıb Xalq Cəbhəsinin əsas yaradıcısı Zərdüşt Əlizadəyə qarşı kampaniyaya başlamışdı. Bu kampaniyaya Əbülfəz Əliyev, Etibar Məmmədov, Nemət Pənahov da qoşulmuşdular. İsa Qəmbər ümumiyyətlə destruktiv qüvvədir. Heç Müsavat Partiyasını da o yaratmayıb. Bu qurumn banisi Niyazi İbrahimli olub, İsa da tutub partiyanı onun əlindən aldı. İndi də onun Rüstəm İbrahimbəyova qarşı davranışı məni qətiyyən təəccübləndirmirdi. Belə dəm olmalıydı. Əks-təqdirdə İsa Qəmbər İsa Qəmbər olmazdı".Bunu da qeyd edək ki, Müsavat görünür bunu öncədən planlaşdırırdı və buna görə siyasi qüvvələrlə iki tərəfli danışıqlar aparılırdı.
Natiq Oruclu
Digər Xəbərlər
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49
2024-12-24 16:16:33