Qarşı-qarşıya durduğumuz təhlükə
12:44 28-12-2013
CƏMİYYƏT
Qarşı-qarşıya durduğumuz təhlükə
Həkim kompüterin sağlamlığa vurduğu ziyanları açıqlayır
Bəşəriyyətin ən böyük kəşflərindən biri də kompüterlər hesab olunur. İlk kompüterin yaranması 1946-cı ilə təsadüf edir. Böyük inkişaf mərhələrindən keçən kompüterlər 1990-cı illərdən etibarən evlərə girib. Son zamanlar isə həyatımızın əvəzedilməz hissəsinə çevrilib. Sağlamlığımıza vurduğu zərəri düşünmədən işdə və işdən sonra saatlarla kompüter arxasında zaman keçiririk.
Amerika alimlərinin araşdırmaları zamanı məlum olub ki, kompüter arxasında uzun zaman keçirmək təzyiqin qalxmasına, əsəb sisteminin pozulmasına və hipertoniya xəstəliyinin yaranmasına gətirib çıxarır. Bu, əsasən köhnə kompüterlərdən istifadə zamanı yaranır.
Həkim-nevroloq Lalə Məmmədova bildirir ki, televizor və kompüterin quruluşu eyni texniki prinsiplərə əsaslanır. Amma insanlar kompüterin ekranı qarşısında oturduqları üçün konlar orqanizm üçün daha çox təhlükəlidir: "Hamı televizoru ən azı 1-2 metr uzaqlıqdan izləyir. Kompüterin isə qarşısında oturur. Bu zaman təkcə rentgen şüalanması deyil, eyni zamanda ultrabənövşəyi şüalanma da baş verir. Ultra bənövşəyi şüalar bütün orqanlara, ən çox isə gözlərə və baş nahiyəsinə zərər vurur. Bu səbəbdən də bu, ümumi yorğunluğa, yuxusuzluğa, narahatlığa, əzginlik, qıcığa qarşı həssaslığın artmasına səbəb ola bilər. Gözlərin qızarması, sulanması, göz ağrıları baş verə, ürək döyüntüləri, bədən temperaturu yüksələ, hər hansı xəstəlik varsa, kəskinləşə, mədədə, ürəkdə ağrılar meydana çıxa bilər. Bundan başqa, təzyiqin enib-qalxması, boyun ağrılarına da rast gəlinir".
Həkimin bildirdiyinə görə, müasir kompüterlərdən fərqli olaraq, kineskoplu köhnə kompüter monitorları daha çox ultrabənövşəyi şüalar yayır. Köhnə kompüterlərin monitorlarına qoyulan qapaqlıqların heç bir təsiri olmadığını deyən həkim bu qapaqlıqların ancaq işığı azaltdığını deyir: "Çox zaman "zaşitnik" deyilən qapaqlıqlardan istifadə edərək, gözlərimizi və başımızı qoruduğumuzu düşünürük. Əslində isə belə qoruyucular sadəcə işığı azaldır. Şüalanma isə eyni ilə qalır".
Kompüter arxasında zaman keçirən insanlar çox zaman gözlərinin ağrımasından şikayətlənirlər. Çünki kompüterin onların bütün orqanizminə verdiyi zərərlərdən xəbərsiz olurlar. Uzun müddət kompüter qarşısında keçirənlərin boyun, baş əzələləri, qolları və çiyinləri gərilir. Bu isə insanlarda osteoxondroz, uşaqlarda isə skolioz xəstəliyinin yaranmasına səbəb olur. Bundan əlavə, kompüterdən istifadə edənlərin biləkləri ağrıyır, barmaqlarının ucu bərkiyir. Barmaqlarda keyləşmə və zəiflik yaranır.
Müasir kompüterlər şüalanmaya görə zərərsiz olsa da, uzun zaman kompüter qarşısında keçirmək insanlarda stress və depressiyaların yaranmasına gətirib çıxarır. Bundan başqa, oturaq həyat tərzi, düzgün qidalanmamaq çəkinin artmasına da öz təsirini göstərir. Həkimin bildirdiyinə görə, insanlar gününün çox hissəsini kompüter arxasında keçirmək məcburiyyətindədirsə, hündürlüyü nizamlana bilən, kürək üçün dəstəyi olan, yumşaq döşəkli kreslo seçməlidirlər. Çünki sərt və nizamlı olmayan stulda uzun müddət oturmaq bel və boyun ağrılarına səbəb olur. Kompüter qarşısında oturduğunuz zaman monitor gözünüzdən aşağı və ya tam qarşısınızda olmalıdır: "Kompüter qarşısında uzun müddət eyni formada oturmayın, boynunuzu və əllərinizi tez-tez hərəkət etdirin. Ara-sıra ayağa qalxıb gəzin, dərindən nəfəs alın. Bu, sizi kompüterin zərərlərindən az da olsa uzaqlaşdıracaq. Hər 40 dəqiqədən bir 10 dəqiqə gözlərinizə fasilə verin".
Gözlərinizin ağrımasının qarşısını almaq üçün monitorun rənginə diqqət yetirmək lazımdır. Monitor tünd və parlaq olmamalıdır. Pəncərə qarşısında kompüterdə işləmək zərərlidir. Çünki günəş şüaları monitorda əks olunacaq və bu da gözlərə zərər vuracaq.
Uzun müddət kompüter arxasında oturmaq uşaqlara daha çox təsir edr. Belə ki, onlar göz ağrılarından şikayətlənir, duruş və skelet problemləri meydana gəlir. Çox zaman kompüter arxasında oturan uşaqlarda onurğa sütunu əyriliyi meydana çıxır, onlar düz otura bilmirlər.
Kompüter uşaqların eşitmə və nitq qüsurunun aradan qaldırılmasına kömək etsə də, uşaqları ondan uzaq saxlamaq lazımdır. Uşaqlar yanınızda olan zaman kompüterdə çox vaxt keçirmək onlarda da bu vərdişin formalaşmasına gətirib çıxara bilər.
Kompüter bizə dost olduğu qədər də düşməndir. Özünüzü ondan qorumağa çalışın.
İradə Cəlil
Digər Xəbərlər
2024-11-25 11:11:00
2024-11-25 11:03:32
2024-11-25 10:23:00
2024-11-25 10:17:10
2024-11-25 09:38:50
2024-11-25 09:27:37
2024-11-25 09:13:06
2024-11-25 08:53:18
2024-11-25 08:29:36
2024-11-25 00:14:00
2024-11-24 21:51:00
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44