Ziya Məmmədovun çarəsizliyi
15:24 01-02-2014
İQTİSADİYYAT
Ziya Məmmədovun çarəsizliyi
Nazirlik süni qiymət artımının
qarşısını ala bilmir
Qarın yağması ilə əlaqədar yollarda sürüşmə yarandığından, dünən axşam saatlarından başlayaraq, bəzi şəxslər bundan istifadə etmək qərarına gəliblər. Belə ki, ki, Bakı-Sumqayıt yolunda maşınları itələmək üçün xüsusi dayanmış adamlar 1 manat müqabilində hərəkət etməkdə çətinlik çəkən maşınları itələmək təklifi edirlər.
Sumqayıtdan Bakıya doğru hərəkət edən taksilərdə isə dünən xüsusi qiymət artımı müşahidə olunur. Adi günlərdə bir sərnişini 1 manata aparan taksilərin qiyməti adambaşına 20 manat artırıb.
"Biz yalnız lisenziyalı və taksometrlə təchiz olunmuş taksilərdəki süni qiymət artımına cavabdehlik daşıyırıq. Qeyri-qanuni taksi fəaliyyəti ilə məşğul olanlarla isə mübarizə aparırıq və vətəndaşlara da dəfələrlə müraciət etmişik ki, bu tipli taksilərə əyləşməsinlər". Bu sözləri Bakı-Sumqayıt taksilərinin hava durumundan istifadə edərək qiymətləri 20 manata qaldırması xəbərinə münasibət bildirən Nəqliyyat nazirliyinin mətbuat katibi Namiq Həsənov deyib. N.Həsənovun sözlərinə görə bəziləri qeyri-qanuni fəaliyyət göstərdiyi üçün qiymət artımında da özbaşınalıq edir: "Hansı taksi fərqlənmə nişanlı və lisenziyalıdır, biz yalnız onlarla bağlı danışa bilərik. Liseniyalı taksilərdən isə bu vaxta qədər bizə süni qiymət artımı ilə əlaqəli heç bir müraciət daxil olmayıb. Bütün avtobus və taksi sürücülərinə də göstəriş verilib ki, havanın qeyri-sabit keçəcəyi günlərdə süni qiymət artımına yol verməsinlər. Əgər lisenziya ilə fəaliyyət göstərən nəqliyyat vasitələrində belə bir hal müşahidə olunsa, onlara müvafiq protokollar tətbiq olunacaq. Qanunsuz qiymət artımı isə dəllallıqdır".
Nazirlik sözçüsü bildirib ki, qeyri-qanuni fəaliyyət göstərən taksilərin sayı 10-15 min civarındadır və faktiki olaraq onlarla mübarizə çətindir: "Onların hər birinə bir müfəttiş ayırmaq və qanunsuzluğu müəyyənləşdirmək mümkün deyil. Biz bir növ onlara qarşı mübarizədə çətinlik çəkirik. Gərək əhali özü də bu hallara qarşı mübarizə aparsın və aşkarladığı faktlarla bağlı bizə məlumat versin".
Əvvəla, qeyd edək ki, nazirlik rəsmisi qeyri-müəyyən danışır; məsələ burasındadır ki, qiymət artımı lisenziyalı taksilərdə də müşahidə olunur. Hətta nazirliyin gətirdiyi "London taksiləri"ndən istifadə etməkümumiyyətlə sərf etmir. Onlar çoxdan pul sayğacı ilə deyil, öz müəyyənləşdirdikləri qiymətlə işləyirlər.
İkincisi, Ziya Məmmədovun nazirliyi apardıqları "taksi islahatı"nın sərnişindaşımada "inqilabi sıçrayış" olacağını vəd edirdi, halbuki artıq bu sahədə istər qiymət, istərsə də xidmət sarıdan nəinki müısbət dəyişiklik yoxdur, hətta neqativ hallar daha da artıb. Belə olacağını mətbuat onsuz da təxmin edirdi. Amma təəssüf ki, Ziya Məmmədovun nazirliyi hələ də problemləri inkar etmək yolunu tutub. Bu cür yanaşma ilə isə müsbət nəticələrə ümid etmək mümkün deyil.
Azər Aslan
Digər Xəbərlər
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53
2024-11-21 11:57:20
2024-11-21 11:46:13
2024-11-21 11:40:03
2024-11-21 11:36:17
2024-11-21 11:20:05
2024-11-21 10:53:23
2024-11-21 10:43:28